02 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

“Qarabağ təbliğatı” mövzusunda görüş keçirilib

Danimarkanın paytaxtı Kopenhagendə “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi (İB) “Qarabağ təbliğatı” mövzusunda görüş keçirib. İB-dən Azərtac-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb. Kopenhagen şəhərindəki “Vətən” cəmiyyətinin sədri, tədbirin təşkilatçısı Səfər Sadiqinin təqdimatı ilə başlayan tədbirdən əvvəl Azərbaycanın dövlət himni səsləndirilıb. “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyinin sədri Nazim Əhmədli Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını danimarkalı qonaqların diqqətinə çatdırıb. Danimarkalılarla yanaşı, bu ölkədə yaşayan həmvətənlərimizin və almaniyalı qonaqların da qatıldığı görüşdə Azərbaycan həqiqətlərini əks etdirən filmlər təqdim olunub. Qonaqlara Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər verilib. Danimarkada yaşayan həmvətənlərimizin yaratdığı “Cırtdan” rəqs qrupunun çıxışını maraqla izləyən iştirakçılar Azərbaycan paxlavasının və türk mətbəxinin təamlarından da dadıblar.xeber100.com

Oktyabr 23, 2016 11:20

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Fərəhli kəndində, Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Nəmirli, Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 22, 2016 6:10

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 21, 2016 2:36

Tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Serbiya Respublikası Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 20-də Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, Serbiya Müdafiə Nazirliyi Hərbi Tibb Akademiyasının nümayəndələri, polkovnik Draqan Dinçin və polkovnik Neboyşa Yoviç iştirak ediblər. İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri təcrübə və fikir mübadiləsi ilə bölüşəcəklər. Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalındakı şəraitlə tanış olacaq və Hərbi Tibb Fakültəsindəki tədris prosesini izləyəcəklər.xeber100.com

Oktyabr 20, 2016 3:32

Müdafiə Nazirliyinin məlumatına əsasən…

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiriblər. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazisində monitorinqin keçirilməsini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və YSPQ-in nümayəndəsi, mayor Kristian Xirş təmin ediblər.xeber100.com

Oktyabr 20, 2016 3:24

NATO-Azərbaycan birgə fəaliyyət planı…

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlər qrupu Bakıya səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək. Həmçinin qarşılıqlı fikir mübadiləsi aparılacaq, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.xeber100.com

Oktyabr 19, 2016 5:44

“Folklor və dövlətçilik” mövzusunda konfrans keçırilib

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçırilib. Tədbir ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar təşkil olunub. Azərtac xəbər verir ki, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır. Tədbirdə zərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətləri və elmi problemləri müzakirə edilib.xeber100.com

Oktyabr 18, 2016 12:20

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, işğal altında olan Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 18, 2016 12:16

“Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illik yubileyi münasibətilə Kubanın paytaxtı Havananın İnqilab Muzeyində “Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb. Tədbirdə Kuba hökumətinin, o cümlədən Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun təmsilçiləri, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Fotosərginin açılışında Kubanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Tədbirdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin klassik musiqi əsərləri səsləndirilib, Azərbaycanın inkişafından və turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş olunub. Fotosərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub.xeber100.com

Oktyabr 17, 2016 2:12

Müdafiə Nazirliyinin məlumatına əsasən…

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmilərinin oktyabrın 18-də Bakıya səfəri planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, birinci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulur.xeber100.com  

Oktyabr 17, 2016 2:05
    Page 234 of 271« First«...102030...232233234235236...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az