Üçtərəfli əməkdaşlıq mexanizmi…

"Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq". Türkiyənin “Habertürk” kanalının verdiyi məlumata görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib. Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Ərdoğan Rusiyanın dövlət başçısı  ilə bu barədə razılığa gəldiklərini qeyd edib: “Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münaqişənin həllində Türkiyənin da daxil olduğu Minsk qrupu daha səmərəli fəaliyyət göstərə bilərdi. Ancaq Azərbaycandan başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadılır? Ancaq artıq bəzi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münaqişənin həllində xeyli irəliləyiş olar”.xeber100.com

Avqust 11, 2016 3:04

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında”…

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilib. Bu barədə qurumun baş nazir Artur Rasi-zadətərəfindən imzalanan qərarında bildirilir. Qərara görə, Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib: – Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Mis və sink əsasında ərintilər (latun): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Mis və qalay əsasında ərintilər (tunc): 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Digər mis ərintiləri, mis tullantıları və qırıntıları: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Saflaşdırılmış misin, mis ərintilərinin: 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Mis və sink əsasında ərintilər (latun) – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla – Digərləri – 10 faiz, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.xeber100.com

Avqust 7, 2016 1:31