Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında…

Qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.Milli Məclisin Mətbəəsində baş tutan tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.xeber100.com  

Fevral 2, 2020 9:13

İslam Əməkdaşlıq Təşkilatının yaradılmasının 50 illiyi qeyd edilib

Nyu-Yorkdakı “Millenium-Hilton” otelində İslam Konfransı Təşkilatının (İKT, indiki İslam Əməkdaşlıq Təşkilatı (İƏT)) yaradılmasının 50 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.Azərtac xəbər verir ki, BMT yanında İƏT-in daimi müşahidəçi missiyası tərəfindən təşkil olunmuş bayram tədbirində İƏT-in üzvü olan və bu təşkilatın üzvləri olmayan bir sıra dövlətləri təmsil edən nümayəndələr, habelə BMT Baş katibliyinin müxtəlif bölmələrinin, BMT ilə əlaqədar köməkçi orqanların, bir sıra başqa beynəlxalq təşkilat və idarələrin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Norveç Xarici İşlər nazirinin dövlət katibi də vardı.İslam Əməkdaşlıq Təşkilatının daimi müşahidəçisi, səfir Aqşin Mehdiyev qonaqları salamlayandan sonra qısa bəyanatla çıxış edib, tədbirdə iştirak etmələrinə qonaqlara təşəkkürünü bildirib, İƏT-in məqsəd və prioritetlərini vurğulayıb.Sonra İƏT sammitinin budəfəki sessiyasının sədri və tədbiri qəbul edən ölkənin nümayəndəsi kimi çıxış üçün Səudiyyə Ərəbistanı Krallığının Nyu-Yorkdakı səfiri və BMT yanında daimi nümayəndəsi Abdulla Əl-Müəllimiyə söz verilib.Səfir Əl-Müəllimi İƏT-in beynəlxalq münasibətlərdə mühüm rol oynamasını vurğulayaraq qeyd edib ki, İƏT daim sülhü və həmrəyliyi dəstəkləyir, İslamın ali təliminə və prinsiplərinə riayət etməklə, müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edir. Əl-Müəllimi xüsusi diqqətə çatdırıb ki, İƏT-in fəaliyyəti təkcə müsəlmanları deyil, digər dinlərin və mədəniyyətlərin nümayəndələrini də əhatə edir.xeber100.com

Yanvar 25, 2020 9:43