02 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının məlumatı

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.Bu barədə Azərtac-a GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib. Görüşdə Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.Ukrayna, Gürcüstan və Moldovanın Baş nazirlərinin iştirak edəcəyi görüşdə 2020-ci ildə Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr, GUAM-ın səmərəliliyinin yüksəldilməsi, təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi tərəfinin inkişafı müzakirə ediləcək.Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.xeber100.com

Dekabr 9, 2019 1:12

Müdafiə Nazirliyinin məlumatı əsasında…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Dekabr 8, 2019 2:47

Avronest Parlament Assambleyasının VIII illik sessiyası keçiriləcək

Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyası keçiriləcək.Azərtac xəbər verir ki, “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiya dekabrın 9-da öz işinə başlayacaq.Sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.Avronest PA-nın bu sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov iştirak edəcəklər.xeber100.com

Dekabr 8, 2019 2:45

Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Dekabr 6, 2019 2:30

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Dekabr 5, 2019 1:03

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçiriləcək

Dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçiriləcək.Azərtac xəbər verir ki, təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin iclasa qatılacağı gözlənilir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu iclas sədrlik dövründə qarşıya qoyulmuş hədəflərlə bağlı daha yaxşı əməkdaşlığa nail olmağa imkan yaradır. Bu hədəflər arasında münaqişələrin qarşısının alınması və nizamlanması, eləcə də onların əhaliyə təsirlərinin azaldılması, daha təhlükəsiz gələcəyin təmin olunması, eləcə də səmərəli multilateralizmin təşviq edilməsi yer alır.Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Şurasının iclasında iştirak etmək üçün Slovakiya paytaxtında səfərdədir.xeber100.com

Dekabr 5, 2019 1:00

Nazirlər Kabinetinin qərarına əsasən…

Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarı bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır.Azərtac xəbər verir ki, bu fikir Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarının izahında yer alıb.Bildirilir ki, istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır. Həmçinin qeyd olunur ki, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib. Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir.Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.xeber100.com

Dekabr 5, 2019 11:20

Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 3, 2019 3:06

Təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç aparacaqlar.xeber100.com

Dekabr 3, 2019 3:02

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.xeber100.com

Noyabr 30, 2019 9:25
    Page 66 of 271« First«...102030...6465666768...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az