TürkPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib

Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TürkPA Katibliyinin əməkdaşları iştirak ediblər.İclası açan komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirib ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir. Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, iclasda “Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda hesabat layihəsi ətrafında müzakirələr aparılacaq, tövsiyə qərarı qəbul ediləcək.Müzakirələrin sonunda “Ortaq texnologiyanın inkişafı: TürkPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda tövsiyə qərarı qəbul olunub. İclasda bir sıra təşkilati məsələlərə də baxılıb.Tədbirə yekun vuran komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin üzvü Salaidin Aydarov iclasın yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyasının İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası başa çatıb.xeber100.com

Aprel 8, 2019 2:14