Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.Trend-ə Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, forumun fəaliyyəti haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, Forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycanın Gənclər və İdman Nazirlər Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyi bildirilib.Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvləri tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndirib. Daha sonra, nazir Elmar Məmmədyarov Forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət edib.Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.xeber100.com

Mart 3, 2019 1:21

ABŞ Konqresi Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu vurğulayan konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü qeyd edib.Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirdiyi diqqətə çatdırılıb.xeber100.com

Fevral 28, 2019 1:51

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı açıqlama verib.Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir: "Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir".xeber100.com

Fevral 26, 2019 10:37