Daxili İşlər Nazirliyi “Zuerx” platformasına qarşı əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində həmin piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyənləşdirilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar “Whatsapp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400-dan çox şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər. Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyəti ilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar. Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyə edirik.xeber100.com

Dekabr 2, 2025 1:13

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 120 illik tarixi fəaliyyət yolunda

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik tarixi fəaliyyət yoluna malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” kimi fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayıb. Bu əlamətdar yubiley münasibətilə dekabrın 2-də “Həmkarlarla 120 il” adlı tədbir keçirilib. Tədbirdə təşkilatın əldə edilən nailiyyətlərə və gələcək fəaliyyət istiqamətlərinə nəzər salınıb. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) ölkədə əmək münasibətlərinin tənzimlənməsi və işçi hüquqlarının müdafiəsi sahəsindəki rolunu vurğulayıb. Daha sonra tədbirdə Milli Məclisin sədrinin müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, həmçinin Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri çıxış edərək MİHİ-nin fəaliyyətinə dair fikirlərini bölüşüblər. Yubiley çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə video-təqdimatlar nümayiş olunub. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib. Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib.xeber100.com    

Dekabr 2, 2025 1:09

Türkiyə İş Qurumu: Birgə iş axtarışı platforması yaradılır

Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır. Bu barədə eksklüziv açıqlamasında Türkiyə İş Qurumunun ( İŞKUR) baş direktorunun müavini İbrahim Oğuzhan Yıldırım məlumat verib. “Hazırda həmin platforma üzərində çalışırıq. Birgə iş axtarışı platforması vasitəsilə Azərbaycanda iş axtaran şəxs Türkiyədəki özəl sektora vakant iş üçün müraciət edə biləcək. Həmçinin Türkiyə vətəndaşları da Azərbaycandakı özəl sektorda işəgötürənə eyni şəkildə müraciət etmək imkanına malik olacaq”, - deyə direktor müavini qeyd edib. O bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dövlət Məşğulluq Agentliyi ilə birgə müzakirələr aparılır. İ.Yıldırım birgə iş platformasının 2026-cı ildə istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib. “Türkiyə İş Qurumunun əməkdaşları demək olar ki, hər ay Azərbaycan Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə birgə görüşlər keçirir. Biz qarşılıqlı olaraq həyata keçirdiyimiz layihələri birlikdə izləyirik və bir-birimizi məlumatlandırırıq. Digər istiqamətlərdə də müxtəlif layihələrlə bağlı ikitərəfli əməkdaşlığımız davam edir. Amma hazırda ən aktual və əsaslı şəkildə nəzərdən keçirdiyimiz dəyişiklik bu platformanın təsis edilməsi ilə bağlıdır. Məqsədimiz əsaslı şəkildə bu məsələyə mane olmayan bir razılaşma hazırlamaqdır. Türkiyə ilə Azərbaycanın işçi qüvvəsinə ehtiyacı, iki ölkə arasındakı ixtisas fərqlilikləri və ya işçi qüvvəsi çatışmazlığı mövzuları müzakirə ediləcək məsələlərdən biridir”.xeber100.com  

Dekabr 2, 2025 1:01

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq

Mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti olacaq. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, bəzi yerlərdə 26° isti olacaq. Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 14-17° isti, gündüz 20-25° isti olacaq.xeber100.com

May 10, 2025 6:14

Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu olacağı proqnozlaşdırılır. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 25-30° isti olacağı gözlənilir. Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı güman edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, dağlıq ərazilərdə 3°-dək, gündüz 17-22° isti olacaq. Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacağı güman edilir. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 9-14°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 10-14°, gündüz 19-24° isti olacağı güman edilir.xeber100.com

Aprel 18, 2024 3:23