Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 23-27° isti, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti olacaq.Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20° isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 11-16°, gündüz 26-31°, dağlarda gecə 5-9°, gündüz 13-18° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.xeber100.com

May 30, 2018 11:28

Mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16°, gündüz 21-26° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti olacaq.Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 30-da Abşeron yarımadasında komfort temperatur şəraiti və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Axşam hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14° isti, gündüz 27-32° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 10-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.xeber100.com

May 29, 2018 12:21

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Apa-ya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 24-27° isti olacağı gözlənilir.Abşeron çimərliklərində gözlənilən hava şəraiti - şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək.Mayın 28-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 8-13° isti, gündüz 27-32° isti olacaq. Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 12-17° isti, gündüz 23-28° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti təşkil edəcək.Sabah Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 25-30° isti olacaq.Mayın 28-də Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti təşkil edəcək.xeber100.com

May 27, 2018 2:07

Mayın 26-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində mayın 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 27-29° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda səhər saatlarından başlayaraq şimal-qərb küləyinin güclənməsi əlverişsiz hava şəraitinə səbəb olacaq. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddət ərzində xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.Azərbaycanın rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 14-19°, gündüz 28-33°, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12° isti, gündüz 14-19° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 13-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.Havanın temperaturunun gecə 14-19° isti, gündüz 28-33° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 17-19° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.Xəbərdarlığa əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.xeber100.com

May 25, 2018 3:17

Hidrometeorologiya Departamentinin məlumatı

Ölkə ərazisində mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 28-33° isti, Bakıda gecə 18-20°, gündüz 31-33° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 756 civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20° olacaq.Cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.Azərbaycanın əksər rayonlarında hava şəraiti günün birinci yarısınadək əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında isə bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 32-37° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 27-32° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 13-18° isti, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının əksər ərazilərində hava əsasən yağmursuz olacaq. Lakin səhər Şəki, Qəbələ, Oğuz, Qusar rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20° isti, gündüz 32-37° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 16-19° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.xeber100.com  

May 24, 2018 2:19

Mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 28-30° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 760 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil, Şıxda şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35°, dağlarda gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.Xəbərdarlığa görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu mayın 26-27-də tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.xeber100.com

May 23, 2018 12:38

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Ölkə ərazisində mayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21°, gündüz 28-33° isti, Bakıda gecə 18-20°, gündüz 31-33° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14° isti, gündüz 27-32° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 14-18°isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 17-19° isti, gündüz 28-33° isti, dağlarda gecə15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.xeber100.com

May 22, 2018 4:39

Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin genişləndirilməsi üçün səylər artırılacaq.Bunu ölkəmizin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhid və əlillər naziri Faizullah Zaki İbrahimi ilə görüşündə bildirib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə nazir Sahil Babayev ölkəmizin sosial müdafiə sistemi barədə əfqanıstanlı həmkarına məlumat verib. Nazir bu sistemdə şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, əmək və sosial müdafiə sahələrində iş mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdırıb.Görüşdə bildirilib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, konkret sahələr üzrə müəyyən təcrübə mübadilələri aparılır. Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.xeber100.com  

May 22, 2018 1:53