Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 7-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.xeber100.com

Fevral 6, 2018 12:45

“2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.Azərtac-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir”, deyə qeyd edən E.Babayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.Şöbə müdiri bildirib ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib.“Buna görə də Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaqdır”, -deyə E.Babayev söyləyib.xeber100.com

Fevral 6, 2018 12:42

Fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 7-9° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.Sinoptiklərin xəbərdarlığına əsasən, fevralın 5-i axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-5° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-10° isti olacağı gözlənilir.xeber100.com

Fevral 5, 2018 3:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti paytaxtın Səbail rayonundakı 162 saylı məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, məktəbin müəllim və yuxarı sinif şagirdlərinin, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsinin iştirakı ilə keçən tədbirdə ölkə qanunvericiliyində uşaq əməyi ilə bağlı mütərəqqi beynəlxalq normalardan irəli gələn humanist yanaşmaların əksini tapdığı vurğulanıb. Bildirilib ki, milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir. Həmçinin 15 yaşına çatmamış uşaqların işə götürülməsi qadağandır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək müqaviləsinin bağlanıldığı şəxs 15 yaşdan aşağı yaşda olduqda, bunu avtomatik şəraitdə müəyyən edir və sistemdə hər hansı belə əmək müqaviləsinin qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi mümkün deyildir.Seminarda 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları, ölkəmizin Əmək Məcəlləsində bununla bağlı əksini tapan prinsiplər barədə məlumatlar verilib. Belə şəxslərlə əmək müqaviləsinin onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edənlərin yazılı razılığı əsasında bağlanılmalı olduğu diqqətə çatdırılıb. Həmçinin həmin yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub. Onların əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və s. yeraltı işlərdə əmək fəaliyyətinə, habelə əxlaqi kamilliklərinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb olunmalarının da qanunla qadağan edildiyi bildirilib.xeber100.com

Fevral 5, 2018 3:26

Milli Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3°, gündüz 8-12° isti, Bakıda gecə 0-2°, gündüz 9-11° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 7-11° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com

Fevral 2, 2018 2:59

Fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 2-si Gənclər Gününə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, Bakıda gecə 0-2°, gündüz 9-11° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 771 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 2-dən 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° şaxta, bəzi yerlərdə 2° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com  

Fevral 1, 2018 2:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3°, gündüz 5-7° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° dərəcə şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir zəif duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, dağlıq ərazilərdə 12-14° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-7° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-7° şaxta olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 5-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.xeber100.com  

Yanvar 31, 2018 3:19

Gənclər və idman naziri vətəndaşları qəbul edib

Yanvarın 31-də gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərindəki Gənclər Mərkəzində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinlərini qəbul edib.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələrə dair müraciətlər əksini tapıb.Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təminatı və fəaliyyəti ilə bağlı məsələlərə aid olub.İdman sahəsi üzrə isə müraciətlər arasında isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular üstünlük təşkil edib.Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.xeber100.com

Yanvar 31, 2018 3:15

Yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi əsəcək ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Xəbərdarlığa əsasən, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var.xeber100.com

Yanvar 30, 2018 2:15