Seysmoloji Xidmət Mərkəzinin məlumatı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Yer Elmləri Bölməsi və Elmi-Texniki Şuranın birgə iclası keçirilib.Mərkəzin informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda RSXM-in cari il ərzində apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Baş direktor çıxışı zamanı bildirib ki, mərkəzin bütün şöbələri üzrə illik məlumatlar təqdim edilib və yekun hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Q.Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında məlumat verib. O, il ərzində hesabat gününə qədər 8934 yeraltı təkanın qeydə alındığını qeyd edib. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 yeraltı təkan qeydə alınıb və onlardan 26-sı hiss olunan zəlzələlərdir.Baş direktor onu da əlavə edib ki, ötən ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı isə artıb. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 kilometr təşkil edib. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 kilometrə qədər artması onun Xəzər akvatoriyasına keçməsi ilə əlaqədardır.Hesabat ili ərzində ən güclü yeraltı təkan Ağdam ərazisində baş verib.xeber100.com

Dekabr 19, 2017 3:19

Dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9°, gündüz 10-13° isti, Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7°, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6°, gündüz 9-13° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° , gündüz 9-14° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-8°, gündüz 10-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.xeber100.com

Dekabr 18, 2017 1:18

Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib

Dekabrın 18-də Bakıda Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib.Azərtac xəbər verir ki, tәdbirdә Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini Pәrviz Musayev, Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Serhan Aktoprak, ombudsman Elmira Süleymanova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vә digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.Bildirilib ki, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiya qәbul edilib. Bu Konvensiya Azәrbaycan Respublikası Milli Mәclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilә ratifikasiya olunub. 2000-ci ildәn etibarәn dekabrın 18-i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb. Azərbaycan hələ müstəqilliyinin ilk illərindən kütləvi miqrasiya axını ilə üzləşmiş ölkədir. Çünki Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bir milyondan çox azәrbaycanlı qaçqın vә mәcburi köçkün vəziyyətinə düşüb. Doğrudur, bu insanlar Azәrbaycan dövlәtinin qayğısı ilә әhatә olunublar. İşğal edilmiş ərazilər isə hazırda terrorçuların sığınacaq yerinə, narkotiklərin qanunsuz dövriyyəsi və tranziti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bu işğal faktı ilə bağlı 4 qətnaməsi icra edilməmiş qalır.xeber100.com  

Dekabr 18, 2017 1:15

Dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 12-14° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6°, gündüz 6-12° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə çiskin, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 8-13° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-7°, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.xeber100.com  

Dekabr 15, 2017 1:59

Milli Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcəyi gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 11°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-4°, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-7°, gündüz 9-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.xeber100.com  

Dekabr 14, 2017 3:15

Dövlət Sərhəd Xidmətinin hesabat müşavirəsi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.DSX-nin mətbuat mərkəzindən Azərtac-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.Fuad Ələsgərov müşavirədə çıxış edərək həyata keçirilmiş struktur islahatlarından, Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlardan danışıb.Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.Məruzədə bu ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin olunması, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl şəkildə davam etdirilməsi, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olduğu bildirilib.Diqqətə çatdırılıb ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə edilməsi dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.xeber100.com  

Dekabr 14, 2017 3:12

Dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8° , gündüz 10-13° isti, Bakıda gecə 6-8° , gündüz 10-12° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14 isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcəyi gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6°, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-5°, gündüz 10-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-10° isti olacağı gözlənilir.

Dekabr 12, 2017 3:05

Daxili İşlər Nazirliyinin məlumatı

Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) veteranlar şurasının üzvləri şəxsi heyətin təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunması işində yaxından iştirak edirlər.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyev veteranlarla görüşdə onların qayğılarının daim diqqətdə saxlanıldığını, vaxtaşırı keçirilən tədbirlərdə cari məsələlərin həllində kömək göstərildiyini bildirib. Qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin yerinin müəyyən edilməsində, narkomaniya əleyhinə, eləcə də yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasında polis veteranları fəallıq göstərirlər.Şuranın üzvləri ilin əvvəlindən bu günədək ümumtəhsil məktəblərində 45 görüş keçiriblər. Bu görüşlərdə milli mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, dini radikalizmlə mübarizə, narkotik vasitələrin fəsadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparıblar.Bu ilin ötən dövründə polis veteranları cinayətkarlığa qarşı mübarizə sahəsində 53 cinayət hadisəsinin açılmasında və axtarışda olan 20 nəfərin yerinin müəyyən olunmasında yaxından iştirak ediblər.xeber100.com

Dekabr 12, 2017 2:42