Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 65292 nəfər və ya 0,7 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 9875273 nəfərə çatıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, bir kvadratkilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107459 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.Doqquz ay ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib. Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47388 nikah və 10977 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub. Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2299 nəfər Azərbaycana gələn, 1377 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 922 nəfər təşkil edib.xeber100.com

Noyabr 16, 2017 1:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11°, gündüz 15-18° isti, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6°, gündüz 15-20° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 14-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam ayrı-ayrı yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşam ayrı-ayrı yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-13°, gündüz 16-19° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com  

Noyabr 15, 2017 2:19

Noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-18° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 16-21° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti°, gündüz 7-12° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-11°, gündüz 16-19° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 14, 2017 1:03

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13°, gündüz 15-18° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yuxarı - 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 14-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 15-19° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman, çiskin olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-13°, gündüz 16-18° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 13, 2017 12:22

“Caspian Ecology 2017” sərgisinə həsr olunmuş konfrans keçirilib

Noyabrın 13-də “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində noyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, cari ildə sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin AZƏRSU, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət qurumları iştirak edəcəklər. Sərgidə həmçinin BP, SOCAR, HAZARDOUS WASTES, POLYMART, RETRO Holding, SOCAR Polymer, ODIS FILTERING LTD kimi iri şirkətlər öz xidmət və məhsullarını təqdim edəcəklər.Ümumilikdə, “Caspian Ecology 2017”-də təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş etdiriləcək.İlk dəfə olaraq “Caspian Ecology 2017” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçiriləcək. Konfransda “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə” kimi bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulacaq.xeber100.com  

Noyabr 13, 2017 12:18

Noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 15-18° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Temperatur gecə 3-8°, gündüz 14-19° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 9-14° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperaturun gecə 6-11°, gündüz 15-19° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 7-12°, gündüz 15-19° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər dağlarda duman, çiskin gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13°, gündüz 16-18° isti,dağlarda gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 12, 2017 6:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11°, gündüz 14-17° isti, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək- 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, gündüz əksər bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-11°, gündüz 14-18° isti, dağlarda gecə 3-7°, gündüz 8-13° isti olacağı gözlənilir.xeber100.com

Noyabr 10, 2017 2:24