Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir

Azərbaycanda oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti təşkil edəcək. Oktyabrın 15-dən 17-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Gecə 7-12° isti, gündüz 20-25° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 °isti, gündüz 7-12° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° isti, gündüz 14-17° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Gecə 12-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-14° isti olacaq.xeber100.com

Oktyabr 14, 2016 3:19

Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 23-28° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 °isti, gündüz 13-18° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti olacağı ehtimal edilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti təşkil edəcək.xeber100.com

Oktyabr 13, 2016 11:23

Səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən bu ay 7 rayon və şəhərdə (Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, oktyabrın 25-də saat 9.00-dan 13.00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, oktyabrın 26-da saat 9.00-dan 13.00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli rayon şöbəsinin inzibati binasında və saat 14.00-dan 18.00-dək Saatlı rayon şöbəsinin inzibati binasında qeyd olunan şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar. Səyyar formada protez-ortopedik bərpa xidməti oktyabrın 27-də saat 9.00-dan 13.00-dək Sabirabad rayon mərkəzi xəstəxanasında, saat 14.00-dan 18.00-dək Nazirlik yanında DSMF-nin Hacıqabul rayon şöbəsinin inzibati binasında, oktyabrın 28-də saat 9.00-dan 14.00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində davam etdiriləcək. Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış vətəndaşlarla yanaşı, qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslərə ehtiyac duyduqları protez-ortopedik bərpa xidmətləri göstəriləcək.xeber100.com

Oktyabr 13, 2016 11:20

“İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası”…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin yuxarı kurs tələbələri üçün “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda treninq keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtaac-a bildiriblər ki, universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirak etdiyi treninqdə mərkəzin direktoru Fərəc Qasımzadə gənclərin əmək bazarına inteqrasiyasına xidmət edən aktiv məşğulluq tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, bu tədbirlərin bir istiqaməti də ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrində öz ixtisasları üzrə iş axtarışı, işəgötürənlərlə düzgün ünsiyyətin qurulması, habelə işə düzəlmənin metodologiyasına dair bilik və bacarıqların formalaşdırılmasına yönəlib. Belə tədbirlər yuxarı kurs tələbələrinə məzun olduqdan sonra ixtisaslarına uyğun iş yeri ilə təmin olunmaqda, işəgötürənlərə ixtisaslı kadrların seçimində dəstək məqsədi daşıyır. Qeyd edək ki, “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda treninqlərin digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulub.xeber100.com

Oktyabr 12, 2016 12:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən…

Azərbaycanda oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-22° isti təşkil edəcək. Oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 6-11° isti, gündüz 20-25° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək. Gecə 11-16° isti, gündüz 18-23° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək. Oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.xeber100.com  

Oktyabr 11, 2016 11:55

Dövlət Sərhəd Xidmətinin məlumatı…

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin sentyabrında dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilib, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilib. DSX-nin mətbuat mərkəzindən Azərtac-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 36 halda 59 nəfər saxlanılıb. Onların 25-i Azərbaycan, 15-i İran, 6-sı Özbəkistan, 5-i Banqladeş, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan, hər ölkədən bir nəfər оlmaqla Ukrayna, Belçika, Uqanda, Keniya vətəndaşıdır. Sərhəd rеjim qaydalarını pоzarkən yaşıl sərhəddə 7 halda 14, Xəzər dənizində 14 halda 15, Sərhəd Nəzarəti məntəqələrində 848 halda 1153 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq mühafizə оrqanları tərəfindən axtarışda оlan 373 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 5 kilоqram 334,1 qram narkоtik maddə aşkarlanaraq götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində 72 halda ümumi dəyəri təqribən 158 min manat оlan qaçaqmal, о cümlədən 3 ədəd 16 millimetrlik tüfəng, 4 ədəd tank əleyhinə mina, 40 ədəd 9 millimetrlik patron, bir durbin, 8800 ABŞ dolları, 1320 Rusiya rublu, 20 ədəd Ermənistan istehsalı olan spirtli içkilər, 13 min 935 qutu müxtəlif markalı siqaret, 23 mоbil tеlеfоn, 3 qayıq, 4 bıçaq, 358 müxtəlif növ dərman prеparatları, sənayе və kənd təsərrüfatı malları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.xeber100.com

Oktyabr 11, 2016 11:41

Hidrometeorologiya Departamenti xəbərdarlıq edir

Azərbaycanda oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 14-17° isti, gündüz 20-23° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 22-27° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 10, 2016 11:34