Hidrometeorologiya Departamentinin hava proqnozu…

Azərbaycanda sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 16-21° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 14-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz təsricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.xeber100.com

Sentyabr 2, 2016 2:59

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti təşkil edəcək.xeber100.com

Avqust 28, 2016 1:17

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil və Şıxda 28-29° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 13-18° isti, gündüz 24-29° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 34-39° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.xeber100.com

Avqust 24, 2016 3:18

“Rossiyskaya qazeta” yazır…

Selsi şkalası ilə heç olmasa 40 dərəcə temperaturda su ilə isti vanna qəbulu orta hesabla saatda 126 kalori yandırmağa imkan verir ki, bu da yarım saatlıq gəzintinin ekvivalentidir. “Rossiyskaya qazeta” xəbər verir ki, bu, Labforo və Lester (Böyük Britaniya) universitetləri alimlərinin gəldiyi qənaətdir. Onlar diabet xəstələrinin qanındakı şəkərin səviyyəsinə nəzarət etmək üçün fiziki məşğələlərə alternativ olan üsulları tədqiq ediblər. Eksperimentə fiziki məşq keçməyən 10 nəfər qatılıb. Onlar xüsusi bilərziklə isti vanna qəbul ediblər. Bilərziklə növbəti 24 saat ərzində onların qanında şəkərin səviyyəsi izlənilib. Başqa bir gün eyni iştirakçılar velosiped sürüblər. Bu zaman intensivlik onların bədəninin istiliyini bir dərəcə artırıb. Bu artım isti vanna qəbul edərkən orqanizmdə dəyişikliklərə müvafiqdir. Doktor Stiv Folkner bildirib: “Aşkar etdik ki, vanna qəbulundan sonra iştirakçılarda qlükozanın pik səviyyələri fiziki məşğələlərlə müqayisədə orta hesabla 10 faiz azdır. Bu, bizim üçün tamamilə gözlənilməz sürpriz idi”. İsti vanna qəbulu zamanı kalorinin sürətli yanmasının səbəbini alimlər bununla izah ediblər ki, həmin vaxt orqanizmdə istilik şok zülalları aktiv surətdə azad olur. Bu zülallar qandakı şəkəri azaltmağa kömək edir və bununla qlükozanın mənimsənilməsini yaxşılaşdırır.xeber100.com

Avqust 24, 2016 1:28

Dövlət qulluğuna qəbul başlayır

İyul ayında elan edilmiş müsabiqələr üzrə test imtahanı mərhələsi 26 avqust tarixindən başlayacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Apa-ya verilən məlumata görə, test imtahanlarının keçirilmə tarixi və yeri komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Namizədlər komissiyanın rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində “Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat” elektron xidmətindən də istifadə edərək test imtahanının vaxtını və yerini öyrənə bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə 6-7-ci təsnifatları üzrə nəzərdə tutulub. Namizədlər test imtahanının keçirilməsi qaydaları ilə “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı vasitəsilə tanış ola bilərlər. İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur: Dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı; Qanunvericilik sahəsində - 40 test tapşırığı; İnformasiya texnologiyaları sahəsində - 15 test tapşırığı; Məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait komissiyanın rəsmi internet saytının “Test imtahanı proqramları” bölməsində yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış veriləcək. Eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.xeber100.com

Avqust 23, 2016 11:22

Namizədlərin qeydə alınması başa çatıb

12 və 19 iyul 2016-cı il tarixində 32 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 284 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqələr üzrə namizədlərin qeydə alınması başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Apa-ya verilən məlumata görə, müsabiqələr üzrə 6368 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2285 nəfər) və Dövlət Statistika Komitəsi (1065 nəfər) olub. Ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) olan vakant vəzifələr Nazirlər kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Hüquqi təminat şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda olan aparıcı məsləhətçi vəzifəsi (434 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təşkilat-protokol şöbəsinin Təşkilat sektorunda olan məsləhətçi vəzifəsi (345 namizəd), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin Təsərrüfat sektorunda olan məsləhətçi vəzifəsi (330 namizəd), Dövlət Statistika Komitəsinin İnsan resursları və hüquq şöbəsinin İnsan resurslarının idarə edilməsi sektorunda olan məsləhətçi vəzifəsi (228 namizəd) və Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi (tərcüməçi) vəzifəsi (204 namizəd) olub.xeber100.com

Avqust 23, 2016 11:14

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil və Şıxda 28-29° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 35-40° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 21-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

Avqust 22, 2016 11:57