Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda sentyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 16-19° isti, gündüz 19-22° isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz və 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 11-16° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 15-20° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 14-19° isti, gündüz 20-25° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti təşkil edəcək.xeber100.com

Sentyabr 23, 2016 3:33

“Alternativ gələcəklə əlaqə” layihəsinə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “Multimedia Mərkəzi”nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək. Fonddan Azərtac-a bildiriblər ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında enerji və alternativ enerji mənbələrinin, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və genişləndirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi qarşıda duran əsas amillərdən biri kimi qeyd olunur. “Alternativ gələcəklə əlaqə” layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı cəmiyyətə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir. Qeyd edək ki, layihə əsasən media işçilərinin iştirakı üçün nəzərdə tutulub. Layihə 27-28-29-30 sentyabr tarixlərində keçiriləcək.xeber100.com

Sentyabr 22, 2016 12:21

Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 26-30° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləy gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20° isti, gündüz 26-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 19, 2016 12:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-29° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti olacağı ehtimal edilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti olacağı ehtimal edilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 18, 2016 9:56

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb

Sentyabrın 16-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Azərtac xəbər verir ki, komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Dəyişikliyə əsasən sənədin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasından "peşə və vəzifələrin" sözləri çıxarılacaq. İclasda "Turizm haqqında" Qanun layihəsi barədə müzakirələr aparılıb. Hadı Rəcəbli deyib ki, layihə dünya təcrübəsinə uyğun hazırlanıb. O, turizmin inkişafının ölkəmizdə prioritet məsələlərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə son zamanlar mühüm addımların atıldığını bildirib. Qeyd edilib ki, sənəd səkkiz fəsildən və 93 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Müzakirələr zamanı deputatlar qanun layihəsi barədə fikirlərini açıqlayıb, rəy və təkliflərini veriblər. Deputatlar, həmçinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxıblar. İclasda 2016-ci il payız sessiyasının iş planı da təsdiqlənib.xeber100.com

Sentyabr 16, 2016 3:38

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı…

Regionlarda qeydiyyatda olan avtomobillərin paytaxta girişinə nəzarət gücləndirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azərtac-a bildiriblər ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötənilki qərarına əsasən, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişi ilə bağlı məhdudiyyət davam edir. Məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabrın 15-dən daha da gücləndirilib. Bunu nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən il sentyabrın 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadə etməyə davam etsinlər. Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabrından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə edilən ödənişsiz dayanacaqlar yaradılıb. Sakinlər həmin duracaqlarda avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər. Tətbiq edilən məhdudiyyət hər il mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə saat 07:30-dan saat 20:00-dək qüvvədədir. İdarə yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin edilməsi üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət olunmasını xahiş edir.xeber100.com

Sentyabr 15, 2016 2:10

Seminar-müşavirə keçirilib

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə növbəti seminar-müşavirə sentyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilib. Azərtac xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə hər iki qurumun məsul nümayəndələri, BŞBPİ-nin və paytaxtın polis idarələrinin, habelə şimal bölgəsi üzrə polis orqanlarının əməkdaşları, Bakıda və rayonlarda fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Əziz Baqişev referendumun keçirildiyi gün ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrinə dair məruzə ilə çıxış edib. Bildirilib ki, ümumxalq səsverməsinin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi şəkildə yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır. Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə digər hüquqazidd hərəkətlərin aradan qaldırılması ilə bağlı aidiyyətı dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təsdiq edilən xüsusi tədbirlər planının icrası nəzarətə götürülüb. Sonra MSK-nın nümayəndələri İlham Məmmədovun və Samir Tağıyevin məruzələri dinlənilib. Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.xeber100.com

Sentyabr 15, 2016 12:39