Miqrasiya Xidməti müsabiqə elan edir

Dövlət Miqrasiya Xidməti (DMX) on illik yubileyi münasibətilə müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin on illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməkdir. DMX-dən Azərtac-a bildiriblər ki, müsabiqə üç nominasiya – film, təsviri sənət (rəngkarlıq) və fərdi jurnalist məqaləsi üzrə keçirilir. Ən yaxşı sənədli film nominasiyası üzrə birinci yerin sahibi birinci dərəcəli diplom və 2 iki min manat məbləğində pul mükafatı ilə təltif olunacaq. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq, ikinci və üçüncü dərəcəli diplomlar, eyni zamanda, 1500 və min manat məbləğlərində pul mükafatlarına layiq görüləcək. Bundan başqa, bir həvəsləndirici yerin sahibinə fəxri fərman və 800 manat məbləğində pul mükafatı veriləcək. Rəngkarlıq nominasiyası üzrə isə ilk üç yerin sahiblərinə tutduqları yerə uyğun dərəcədə diplomlar və müvafiq olaraq, 1000, 800 və 500 manat məbləğində pul mükafatları təqdim ediləcək. Üç həvəsləndirici mükafatın sahibləri isə fəxri fərmanlar və 300 manatla təltif olunacaqlar. Ən yaxşı məqalə üzrə müsabiqənin ilk üç qalibi isə uyğun dərəcədə diplomlarla yanaşı, müvafiq olaraq 1000, 800, 500 manat məbləğində pul mükafatına layiq görüləcək. Üç həvəsləndirici mükafatın sahibləri isə fəxri fərmanlar və 300 manatla təltif olunacaqlar. Müsabiqədə yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər iştirak edə bilərlər. Təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilməməli, məlumatlar anketdə əks etdirilməli (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulması, həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunmalıdır. “Ən yaxşı sənədli film” nominasiyası üzrə işlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə cari il dekabrın 20-dək, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı məqalə” nominasiyaları üzrə müraciətlər isə gələn yanvarın 15-dək Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinə təqdim edilməlidir. Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90x70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər. Sənədli film üzrə iştirakçılar müsabiqəyə xronometrajı 30 dəqiqədən az və 45 dəqiqədən çox olmamaqla əsər təqdim etməlidirlər. Fərdi jurnalist yazıları (məqalə) üzrə yazının A4 formatda (3 nüsxə) çap (müəllifin imzası göstərilməməlidir) və elektron (arial şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır. Təqdim olunan bütün əsərlər ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etməyə, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməyə yönəlməlidir. Əsərlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202, Dövlət Miqrasiya Xidməti Aparatının inzibati binası. Əlaqə telefonları: (+99412) 562-11-97.

Sentyabr 15, 2016 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda sentyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Gecə 18-21° isti, gündüz 24-26° isti olacaq. Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-27° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Gecə 16-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-22° isti olacaq.xeber100.com

Sentyabr 15, 2016 11:17

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə…

Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 26-30° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 28-33° isti olacağı ehtimalı var. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı ehtimalı var. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 27 32° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var, gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı ehtimalı var.xeber100.com

Sentyabr 12, 2016 11:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildiriblər ki, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 24-28° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 26-31° isti olacağı ehtimal edilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 11, 2016 6:08

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən…

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu və müqəddəs Qurban bayramı ilə əlaqədar bölgələrə və regionlardan paytaxt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunmasını nəzərə alaraq sürücülərə müraciət ünvanlayıb. İdarədən Azərtac-a bildiriblər ki, müraciətdə sürücülərə bu günlərdə son dərəcə diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Xüsusən qaranlıqda yola çıxanlardan xahiş edilir ki, yorğun və yuxulu olarkən sükan arxasına keçməsinlər. Yolboyu yuxu və yorğunluq hiss etdikdə Dövlət Yol Polisinin istənilən stasionar postunda avtomobili saxlayıb qısamüddətli istirahət etmək mümkündür. BDYPİ xüsusi olaraq sürücülərin diqqətinə çatdırır ki, qaranlıqda yol hərəkətinin digər iştirakçılarının diqqətini yayındırmamaq və qəza şəraiti yaratmamaq üçün işıq cihazlarından düzgün istifadə etmək lazımdır. İşıqlandırılmayan yollarda qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları yaxın işıqlara keçirməyi unutmayın. İşıqlandırılan yollarda isə uzaq işıqlardan istifadə qəti qadağandır. Müraciətdə qeyd olunub: “Baş Dövlət Yol Polisi İdarəsi xüsusi olaraq sürücülərdən yol və hava şəratini nəzərə almağı, ərazidəki sürət həddinə əməl etməyi, ötmə-manevr qaydalarını pozmamağı tövsiyə edir. Qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq və digər bu kimi hallar ağır nəticələrə səbəb ola bilər. Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz sürət həddinin aşılması, ötmə-manevr qaydalarının pozulması və qarşı yola çıxılması ucbatından baş verir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların, edilən duaların Uca Yaradan tərəfindən qəbul olunmasını diləyir”.xeber100.com

Sentyabr 10, 2016 10:44

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 29-34° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Gündüz cənub-qərb küləyi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti təşkil edəcək.xeber100.com  

Sentyabr 8, 2016 3:56