Sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq.Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 29-34° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər duman olacaq, şərq küləyi arabir güclənəcək. Gecə 5-10°, gündüz 13-18° isti olacaq.Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 13-18° isti olacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Şərq küləyi arabir güclənəcək. Gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı, arabir güclənən şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 16-20°, gündüz 25-30° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonların da havanın əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, arabir yağış yağacaq, dağlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Gecə 18-20°, gündüz 22-27° isti, dağlarda gecə 13-15°, gündüz 15-19° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 11, 2022 2:38