Sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq.Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 29-34° isti olacaq.Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər duman olacaq, şərq küləyi arabir güclənəcək. Gecə 5-10°, gündüz 13-18° isti olacaq.Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq, duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 13-18° isti olacaq.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi dağlıq ərazilərdə gecə və səhər saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı proqnozlaşdırılır. Şərq küləyi arabir güclənəcək. Gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı, arabir güclənən şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 16-20°, gündüz 25-30° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonların da havanın əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, arabir yağış yağacaq, dağlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Gecə 18-20°, gündüz 22-27° isti, dağlarda gecə 13-15°, gündüz 15-19° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 11, 2022 2:38

Sentyabrda havanın iqlim normasına yaxın olacağı gözlənilir

Sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.Sentyabrın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 5-8-də xəzri küləyinin güclənəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 20-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 24-29° isti, ayın ilk günlərində 33-36° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 12-23 millimetr).Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 25-30° isti, ayın ilk günlərində 33-38° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 7-13 millimetr).Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14-18° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 16-21° isti, ayın ilk günlərində 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 34-50 millimetr).Gəncə şəhərində, Qazax, Ağstafa, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 20-23° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 16-21°, gündüzlər 23-28° isti, ayın ilk günlərində 32-36° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-44 millimetr).Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 14-19°, gündüzlər 20-25° isti, ayın ilk günlərində 29-34° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 33-120 millimetr).Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 22-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 24-29° isti, ayın ilk günlərində 33-38° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 14-38 millimetr).Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 18-23° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 15-20°, dağlarda 9-14°, gündüzlər 23-28° isti, ayın ilk günlərində 30-35° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 millimetr).

Sentyabr 1, 2022 4:01