Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında…

Ölkə ərazisində sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26° isti, Bakıda gecə 17-19°, gündüz 24-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 28-29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 27-32° isti olacağı ehtimalı var.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində gün ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-27° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 5-9°, gündüz 9-13° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 16-19°, gündüz 20-25° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimalı var.xeber100.com  

Sentyabr 27, 2019 1:57

Sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19°, gündüz 24-27° isti, Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com  

Sentyabr 26, 2019 1:58

Hidrometeorologiya Departamentinin məlumatı əsasında…

Ölkə ərazisində sentyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 24-27° isti, Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com  

Sentyabr 24, 2019 12:50

Sentyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-18°, gündüz 23-27° isti, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 5-9°, gündüz 13-18° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 25-30° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 13-18° isti olacağı ehtimalı var.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 19-24° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 23, 2019 2:27

Ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək

Ölkə ərazisində sentyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 18-21° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-27° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, sulu qar yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 7-11° isti olacağı ehtimal edilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gecə ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 2-6°, gündüz 6-8° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-27° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 13-16° isti olacağı gözlənilir.xeber100.com

Sentyabr 21, 2019 5:10

Sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20°, günün birinci yarısında 21-25°, axşam 17°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 21-dən 22-si səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-17°, gündüz 27-32° isti olacağı ehtimal edilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 23-28° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.

Sentyabr 20, 2019 7:46