Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə…

Ölkə ərazisində sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 25-29° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.xeber100.com

Sentyabr 19, 2019 1:48

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti təşkil edəcək

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti təşkil edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 25-30° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 23-28° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26°, dağlarda gecə 3-8°, gündüz 11-16° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 23-28°, dağlarda gecə 9-14°, gündüz 16-21° isti təşkil edəcək.xeber100.com

Sentyabr 15, 2019 12:45

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 24-27° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 763 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 24-29° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 22-26° isti olacağı bildirilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 24-29° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-27° isti, dağlarda gecə 9-13°, gündüz 15-18° isti olacağı gözlənilir.xeber100.com  

Sentyabr 14, 2019 8:20

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Ölkə ərazisində sentyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21°, gündüz 23-26° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 23-28° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.xeber100.com

Sentyabr 12, 2019 12:55

Sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində sentyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 24-27° isti, Bakıda gecə 17-19°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı ehtimal edilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti olacağı bildirilir.Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20°, gündüz 23-28° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Yağış gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18°, gündüz 21-25° isti, dağlarda gecə 8-12°, gündüz 13-17° isti olacaq.xeber100.com

Sentyabr 10, 2019 2:04