Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti…

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.İdarədən Azərtac-a verilən məlumata görə, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.Baş Dövlət Yol Polisi İdarəsi bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.Qəzaların analizi, həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarəetmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı, onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb.xeber100.com  

May 13, 2019 3:04

Mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 24-29° isti, Bakıda gecə 14-16°, gündüz 26-28° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.Azərbaycanın rayonlarının ayrı-ayrı yerlərində şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 27-32° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 8-13°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 11-15°, gündüz 24-29° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 10-15°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 15-20° isti olacaq.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 13-16°, gündüz 27-32° isti olacağı ehtimalı var.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 13-16°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

May 7, 2019 2:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Azərbaycanda mayın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 22-27° isti, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 7-8-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.Azərbaycanın rayonlarında mayın 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 24-29° isti, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 12-17° isti olacağı bildirilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-7°, gündüz 12-17° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 24-29° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 21-26° isti, dağlarda gecə 8-12°, gündüz 16-20° isti olacağı ehtimalı var.xeber100.com

May 6, 2019 2:33