Aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Apa-ya verilən məlumata əsasən, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-17° isti təşkil edəcək.Aprelin 23-də Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 15-20° isti olacağı ehtimal edilir. Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti təşkil edəcək.Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz olacağı ehtimal edilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq. Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı ehtimalı var.xeber100.com

Aprel 22, 2018 9:47

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da, aprelin 22-23-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-12° isti olacağı gözlənilir.xeber100.com

Aprel 20, 2018 9:56

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10°, gündüz 14-18° isti, Bakıda gecə 8-10° , gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° , gündüz 18-23° isti , dağlarda gecə 0-5° , gündüz 6-9° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 14-18° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° isti, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° isti, gündüz 18-23° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.Sinoptiklərin xəbərdarlığına əsasən, aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.xeber100.com

Aprel 19, 2018 3:10

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı əsasında…

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda nəqliyyat sıxlığının azaldılması ilə bağlı məlumat yayıb.İdarədən Azərtac-a bildiriblər ki, Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci ildə qəbul etdiyi protokola uyğun olaraq, paytaxtda nəqliyyatın sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakıda qeydiyyatda olmayan minik və yük avtomobillərinin şəhərə girişinə aprelin 23-dən məhdudiyyət tətbiq ediləcək.Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı Bakıya gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatda olan fərdi minik avtomobillərinin paytaxtda əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq şəhərə gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.Bakıya girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi, şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş mühafizə edilən ödənişsiz duracaqlar yaradılıb. Sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.xeber100.com

Aprel 19, 2018 3:06

Hidrometeorologiya Departamentinin məlumatı

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9°, gündüz 15-19° isti, Bakıda gecə 7-9°, gündüz 16-18° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 767 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-8°, gündüz 19-24° isti, dağlarda gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 19-24° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 8-13° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-8° isti, gündüz 19-24° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 5-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.xeber100.com

Aprel 18, 2018 2:01

Ölkə ərazisində hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 13-18° isti, Bakıda gecə 6-8°, gündüz 16-18° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 18-19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 19-24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 1-6° isti, gündüz 20-25° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.xeber100.com  

Aprel 17, 2018 1:14

“Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub

Aprelin 17-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olunub. Komitə sədri yeni qanun layihəsini şərh edib. Bildirib ki, yeni qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir.İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ötən dövrdə ölkədə məşğulluq sahəsində dövlət siyasətini müəyyən edən zəruri qanunvericilik bazasının yaradıldığını, 2001-ci il iyunun 2-də “Məşğulluq haqqında” Qanunun qəbul olunduğunu bildirib. O diqqətə çatdırıb ki, ötən dövr ərzində məşğulluq haqqında qanunvericilik təkmilləşdirilib, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 5 avqust tarixli Fərmanı ilə “İşsizlikdən sığorta haqqında” Qanun təsdiq edilib.Qeyd olunub ki, Azərbaycanda bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələbləri müəyyən edir. Hazırda müzakirə olunan “Məşğulluq haqqında” qanun layihəsi də yeni iqtisadi inkişaf mərhələsində məşğulluq sahəsində formalaşan dövlət siyasətinin istiqamətlərinin təkmilləşdirilməsi zərurətindən irəli gəlib.Sonra gündəliyə daxil olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakter daşıyır.Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

Aprel 17, 2018 1:11

Aprelin 17-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 17-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8°, gündüz 11-16° isti, Bakıda gecə 6-8°, gündüz 14-16° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında dağlıq ərazilərdə şimşək çaxacağı,yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 2-7° isti, gündüz 20-25° isti təşkil edəcək.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti təşkil edəcək.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz. Lakin səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcək.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 6-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.xeber100.com

Aprel 16, 2018 3:15