Qəbul imtahanlarının tarixləri müəyyənləşdirilib

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə keçiriləcək yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün təşkil ediləcək qəbul imtahanlarının tarixləri müəyyənləşdirilib.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları iyunun 17, 23 və 30-da aşağıdakı qrafikə uyğun təşkil olunacaq.Belə ki, imtahanlar iyunun 17-də Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikasında, 23-də Lənkəran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızıda, 30-da isə Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada keçiriləcək.Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.Bakı şəhərindəki xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasındakı məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahanlar iyunun 30-da keçiriləcək.Ali təhsil müəssisələrinin V ixtisas qrupuna, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də aparılacaq.Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.xeber100.com

May 26, 2017 12:24

Azərbaycan-Rumıniya Təhsil Forumu öz işinə başlayıb

Mayın 24-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rumıniya Təhsil Forumu öz işinə başlayıb.Azərtac xəbər verir ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılov forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, tədbirin təşkilinin əsas məqsədi azərbaycanlı tələbələri Rumıniyada təhsil imkanları ilə tanış etməkdir. Forum iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişafına öz töhfəsini verəcək.Azərbaycan təhsil nazirinin müavini Firudun Qurbanov son illər Azərbaycan-Rumıniya təhsil əlaqələrinin daha da gücləndiyini bildirib. Nazir müavini Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində tələbələrin Rumıniyada təhsil aldığını diqqətə çatdırıb.Qeyd olunub ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və bu dövlətin təhsili bizim üçün böyük maraq kəsb edir. Ali məktəblərdə Azərbaycan və rumın dillərinin tədrisinə önəm verilir. Bu forum iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsi üçün mühüm platforma olacaq.Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşiv bildirib ki, Bakıda keçirilən Azərbaycan-Rumıniya Təhsil Forumu ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir. Son illərdə Azərbaycan ali məktəblərində həyata keçirilən elmi layihələri yüksək qiymətləndırən Q. Paraşiv bildirib ki, bu tədbir ali məktəblər arasında dialoqa, birgə əməkdaşlığa imkanlar yaradacaq.xeber100.com

May 24, 2017 1:22