BANM-da yay imtahan sessiyası davam edir

Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir. Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının bakalavrları Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə onlar üçün imtahanlar həmin universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınmaqla eyni saatda aparılır. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.Heriot-Vatt Universitetindən BANM-ə ezam edilmiş dörd müəllim - mühəndislik və təbiət elmləri fakültəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dankan, mühəndislik və təbiət elmləri fakültəsinin İnzibati işlər, tədris və təlim üzrə köməkçisi İren Foks, neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford, mexanika, mühəndislik və təbiət elmləri fakültəsinin mexanika, proses və enerji mühəndisliyi kafedrasının professoru Qrem Vayt orada tərtib olunmuş suallar əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirilmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu cür təşkili nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.Qeyd edək ki, imtahanlar mayın 16-dək davam edəcək.xeber100.com

May 10, 2017 11:37

Dövlət İmtahan Mərkəzinin məlumatı

Abituriyentlərin çoxlu müraciətləri və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alınaraq mayın 4-dən 22-dək qeyd edilən kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, əvvəlcədən elan olunduğu kimi elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini bildirən abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.Təsdiqlənmiş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə veriləcək.Martın 16–dan aprelin 11-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiqləməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiqlətdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biləcəklər.Birinci və ikinci kateqoriyaya aid olan abituriyentlər ikinci qəbul imtahanında iştirak etmək və ya elektron ərizələrinə əlavə qeydlər etmək üçün əvvəlki elektron ərizələrinə daxil olmalıdırlar.Ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə DİM-in saytında şəxsi kabinet yaratdıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqlətdirməlidirlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiqlətdirməli olan abituriyentlər isə tələb olunan sənədlərlə birlikdə DİM və ya onun Regional Bölmələrinə müraciət etməlidirlər.xeber100.com

May 5, 2017 12:23