Memarlıq və İnşaat Universitetinin məlumatı

Memarlıq və İnşaat Universitetində “Embawood” şirkətinin bu ali məktəbin memarlıq, inşaat, inşaat texnologiya fakültələri üçün nəzərdə tutulmuş taxta emalatxanasının açılışı olub.AzMİU-dan Azərtac-a bildiriblər ki, universitetin rektoru G.Məmmədova və şirkətin təsisçisi E.Abbasov emalatxana ilə tanış olublar. Rektor “Embawood” şirkətinin universitetdə emalatxana açmasını yüksək dəyərləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, yüksək potensiala malik kadrların yetişdirilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasında bu emalatxana əvəzsiz rol oynayacaq.E.Abbasov universitetdə hazırlanan kadrlara ehtiyac olduğunu bildirib, onların mütəxəssis kimi yetişməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıb.O deyib ki, peşəkar kadrların hazırlanması üçün onların istehsalatla əlaqələri qurulmalıdır. Bu gün açdığımız emalatxana tələbələrin mütəxəssis kimi yetişməsinə kömək edəcək. İstəyirik ki, AzMİU-da hazırlanan mütəxəssislər bacarıqlı, işgüzar olsunlar, iş prosesini yaxşı bilsinlər.Qeyd edək ki, AzMİU ilə “Embawood” şirkəti arasında 2015-ci ildə imzalanan memorandumla əməkdaşlığın təməli qoyulub. Memoranduma əsasən, bu əməkdaşlığın irimiqyaslı layihələrlə davam etdirilməsi nəzərdə tutulub. Universitetdə emalatxananın açılması həmin layihələrdən biridir.xeber100.com

Aprel 26, 2017 2:48

Beynəlxalq elmi konfrans öz işinə başlayıb

Aprelin 20-də Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, aprelin 22-dək davam edəcək konfrans Təhsil Nazirliyi, BDU, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.Tədbirdə çıxış edən BDU-nun rektoru A.Məhərrəmov bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdikləri konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim olunacaq.Sonra konfrans işini “Nanotexnologiyalar və materialşünaslıq”, “Opto-nano elektronika”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Kondensləşmiş mühitlər fizikası”, “Astrofizika” bölmələrində davam etdirib. İki gün ərzində konfransda 130-dək məruzə dinləniləcək.Konfransın Azərbaycan və rus dillərində olan məqalələri “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq.xeber100.com

Aprel 20, 2017 12:34