05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

“Big Data Weekend” seminarı keçiriləcək

Hesablama Maşınları üzrə Assosiasiyanın (ACM) Azərbaycan Bölməsi və ADA Universiteti tələbə və mütəxəssisləri 15-17 aprel “Big Data Weekend” seminarlarına dəvət edir. İnformatika sahəsində məşhur alim, bir qədər əvvəl Stənford Mühəndislik Fakültəsinin dekanı seçilmiş professor Cennifer Uidom ADA Universitetində böyük ölçülü verilənlər (“big data”) barəsinə təqdimat edəcək, daha sonra üç gün ərzində tələbə və mütəxəssislər üçün seminarlar keçirəcək.Universitetdən Azərtac-a bildiriblər ki, “Böyük ölçülü verilənlər: perspektivlər və problemlər” mövzusunda ümumi təqdimat aprelin 15-i saat 10.00-da ADA Universitetinin böyük konfrans zalında başlayacaq.xeber100.com

Aprel 3, 2017 11:53

ADU-nun elmi şurasının müvafiq qərarına əsasən…

Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili və alman dili üzrə, ingilis dili və fransız dili üzrə pedaqoji fakültələri birləşdirilib. Universitetin elmi şurasının müvafiq qərarına əsasən, onların bazasında təhsil (pedaqoji) fakültəsi yaradılıb.ADU-dan Azərtac-a bildirilib ki, iki fakültənin birləşdirilməsinin məqsədi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasına, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsinə nail olmaqdır.xeber100.com

Aprel 3, 2017 11:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Birinci sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərinə təqdim edilməsinə başlanılıb. Elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu ilə bağlı Qaydalarda şagirdlərin müsahibədən keçmədən məktəbə qəbul edilmələri nəzərdə tutulur. Bu mərhələdə məktəb rəhbərlərinin rolu və valideynlərin maarifləndirilməsi kimi məsələlər aktuallıq daşıyır.Bu fikirlər birinci sinfə qəbulla bağlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərlərinin və ümumi təhsil məktəblərinin direktorları ilə görüşdə səsləndirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, görüşdə sənəd qəbulu ilə bağlı elan lövhələrinin məktəblərin giriş qapılarında və valideyinlərın rahat məlumat ala biləcəkləri digər yerlərdə yerləşdirilməsi nəzərə çatdırılıb.Diqqətə çatdırlılıb ki, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Qısa vaxtda (8 iş günü ərzində) paytaxtda birinci sinfə elektron qəbul üzrə 30 mindən çox sorğunun yerləşdirilməsi elektron qəbul sisteminin nə qədər səmərəli olduğunu deməyə əsas verir.xeber100.com

Aprel 3, 2017 11:43

Beynəlxalq təhsil sərgisi keçirilib

Aprelin 1-də “Hilton Baku” otelində Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə İsveçrə, ABŞ və Böyük Britaniyanın orta məktəb və universitetlərinin beynəlxalq təhsil sərgisi keçirilib.Azərtac xəbər verir ki, sərgidə iştirakçılara Avropanın ən qabaqcıl ali təhsil müəssisələrinə qəbul qaydaları barədə məlumat verilib, onlar universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.İştirakçılar, həmçinin yay məktəbləri, bakalavriat, magistratura, doktorantura və təqaüd proqramları barədə məlumatlandırılıblar.xeber100.com

Aprel 1, 2017 8:40

Müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib

Bakıdakı 104 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, qəbula gələn vətəndaşlar şagirdlərin birinci sinfə elektron sistemlə qəbulu, direktor vəzifəsinə işə qəbul, müəllimlərin yerdəyişməsi, gənclərin çağırışaqədərki hərbi hazırlığı otaqlarının avadanlıqla təchizatı və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.Vətəndaşların bütün müraciətləri qeydiyyata alınıb.xeber100.com

Aprel 1, 2017 8:35

Təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib

Təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.Nazirlikdən Azərtac-a bildiriblər ki, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada üç mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı beş il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.Elektron ərizələrin qəbulu aprelin 1-dən 15-dək həyata keçiriləcək.xeber100.com

Mart 31, 2017 11:31

“Azərbaycan Cəlairilər və Qaraqoyunlular dövründə” mövzusunda…

Milli Elmlər Akademiyasının  Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirilib.Muzeydən Azərtac-a bildiriblər ki, açıq dərsdə “Azərbaycan Cəlairilər və Qaraqoyunlular dövründə” mövzusunda mühazirə oxunub.Sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri muzeyin ekspozisiya zalları ilə tanış olublar, onlara orta əsrlərdə yaranmış Azərbaycan dövlətləri haqqında ətraflı məlumat verilib, sualları cavablandırılıb.xeber100.com

Mart 31, 2017 11:26

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aprelin 8-də abituriyentləri 2017-2018-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanış olmaq məqsədilə “Açıq qapı” gününə dəvət edir.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildiriblər ki, tədbir iştirakçıları M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə edə biləcəklər.xeber100.com

Mart 30, 2017 1:59

VII beynəlxalq konfrans keçiriləcək

Aprelin 11-dən 15-dək Bakıda “Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək.Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Azərtac-a bildiriblər ki, konfransın təşkilinin məqsədi türk mədəniyyətinin minillik təcrübəsinin mədəni irs çərçivəsində tədqiqi və təbliği, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsidir.Beynəlxalq tədbirin təşkilatçıları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti və Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığı-Konyadır.Konfransda türk incəsənəti, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti, arxeologiya, bərpa və konservasiya, coğrafiya, təhsil, turizm və mədəni mirasın qorunmasında muzeylərin rolundan bəhs olunacaq.xeber100.com  

Mart 30, 2017 1:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.Mövzunun seçilməsinin əsas məqsədi şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdir.Bakı şəhərinin 12 inzibati rayonunun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına ekskursiyaları da təşkil edilib.Qeyd edək ki, martın sonunda mövzuya uyğun olaraq “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə qalib məktəb seçiləcək.xeber100.com

Mart 29, 2017 12:09
    Page 108 of 146« First«...102030...106107108109110...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az