Şirvan şəhər E.B.İmanov adına 10 nömrəli məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika Olimpiadasının növbəti turu keçirilib.Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən Azərtac-a bildirilib ki, olimpiada Rusiyanın Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva və Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev olimpiada iştirakçılarını salamlayıblar.Vladimir Doroxin deyib: “Azərbaycan məktəblərində çox güclü rusdilli sektorlar var, Azərbaycanın ali məktəbində də bu cür sektor var. Bu, yaxşıdır, bu, ölkənin və bizim münasibətlərimizin rifahı naminədir. Rusiyada bunu bilir, görür və qiymətləndirirlər”.Olimpiadada Şirvan şəhərindən, Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarından məktəblilər iştirak ediblər.Regional turun sonunda “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Şirvan şəhər, Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayon icra hakimiyyətlərinə olimpiadanın keçirilməsini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. O, Şirvan şəhər 10 nömrəli məktəbə rus dili və ədəbiyyatı fənni üzrə dərsliklər verib.Olimpiadanın növbəti turları aprelin 7-8-də İsmayıllı və Şamaxı şəhərlərində keçiriləcək.xeber100.com