05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Bakı Dövlət Universitetinin məlumatı

Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib.BDU-dan Azərtac-a bildirilib ki, liseyin direktoru, professor Qasım Hüseynov bayram münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra 5 “r” sinfinin şagirdləri maraqlı səhnəсiklər göstəriblər.Liseyin müəllimləri Zəhra Qasımova, Yeganə Qarayeva və Kəmalə Əliyeva tərəfindən hazırlanan tədbirdə Novruz bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.xeber100.com

Mart 16, 2017 12:19

İqtisad Universitetinin məlumatına görə…

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Polşanın Poznan İqtisad və Biznes Universitetinin professorlarının mühazirələrinə başlanılıb.Bu barədə Azərtac-a UNEC-dən məlumat verilib.Polşanın nüfuzlu universitetinin professorları Konrad Jan Sobanski, Mixal Kopçinski, Silvester Bialovas UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında dərs deyəcəklər. Onlar dünya iqtisadiyyatı, maliyyə və biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan tələbələrə fyuçers və opsion müqavilələri, valyuta törəmələri, valyuta bazarının konvensiya və əməliyyatları mövzusunda mühazirə oxuyacaqlar.Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihə bir həftə davam edəcək.Qeyd edək ki, mübadilə proqramı çərçivəsində martın 6-dan 11-dək UNEC-in iki müəllimi İnara Rzayeva və Sevər Məmmədova Poznan İqtisad və Biznes Universitetində mühazirə oxuyublar. Aprel ayında isə UNEC-in 4 professoru sözügedən universitetdə iqtisadiyyat və riyaziyyat fənlərini tədris etməyə dəvət ediliblər.xeber100.com

Mart 16, 2017 12:15

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Bakıda (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, həmin gün ümumilikdə 35 min 12 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar verilir.xeber100.com

Mart 15, 2017 11:30

2017-2018-ci tədris ili üçün elektron sistem vasitəsilə…

Martın 15-də 2017-2018-ci tədris ili üçün elektron sistem vasitəsilə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbuluna start verilib.Bu barədə Azərtac-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.xeber100.com

Mart 15, 2017 11:25

Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

İyunun 29-30-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək. Qeyd edək ki, tədbir akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunub. Konfransın keçirilməsinin əsas məqsədi alimin neft kimyası elminin inkişafındakı rolunun işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.xeber100.com

Mart 14, 2017 11:26

2017-2018-ci dərs ili üçün mətbuat konfransı keçirilib

Martın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2017-2018-ci dərs ili üçün BŞTİ-nin və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 2017-2018-ci tədris ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulu ilə bağlı məlumat verib. Bildirilib ki, martın 15-dən növbəti dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılacaq.xeber100.com

Mart 14, 2017 11:22

“Açıq qapı günü” keçiriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı şəhərinin ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.ADPU-dan Azərtac-a bildiriblər ki, görüşün keçirilməsinin məqsədi universitetdə təşkili nəzərdə tutulan “Açıq qapı günü”nün vaxtını, forma və məzmununu müəyyən etmək, eləcə də əməkdaşlıq əlaqələri ilə bağlı fikir mübadiləsi aparmaq olub.Görüşdə çıxış edənlər müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması, müasir tələblərə cavab verən yeni dərsliklərin yazılması, pedaqoji təcrübənin səmərəli təşkili, şagirdlərin elmi araşdırmalara cəlb edilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.Sonda aprelin 15-də ADPU-da “Açıq qapı günü” keçirilməsi qərara alınıb.xeber100.com

Mart 13, 2017 12:10

Bakı Dövlət Universitetinin məlumatına görə…

Türkiyənin İstanbul Universitetinin rektoru Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoruCağrı Erhan və Ege Universitetinin rektoru Hatice Beril Dədəoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.BDU-dan Azərtac-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Türkiyənin universitetləri ilə əməkdaşlığından danışıb.Təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə toxunan türkiyəli rektorlar BDU ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildiriblər.Görüşdə BDU ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların təşkili, müəllim, tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.C.Erhan redaktoru olduğu “Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan” kitabını BDU-ya hədiyyə edib.Qonaqlar BDU-nun elmi-tədqiqat və tədris laboratoriyaları, mərkəz və muzeyləri ilə tanış olublar.xeber100.com

Mart 12, 2017 12:18

Silikon Vadisinin sərmayədarları UNEC-də

ABŞ-ın Silikon Vadisindəki “Global Catalyst Partners” (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.UNEC-dən Azərtac-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib.İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizə gəldiyini bildirən K.Elahian UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorunun (İBİ) fəaliyyətini müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin cəlbi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinə beynəlxalq çıxış əldə etməsi üçün kömək göstərilməsi, tələbələr üçün Silikon Vadisinə turların təşkili barədə müzakirələr aparılıb.xeber100.com

Mart 12, 2017 12:13

Təhsil Nazirliyinin məlumatı

Martın 11-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, olimpiadanın yarımfinal turu ölkənin 12 müxtəlif bölgəsində - Naxçıvan MR, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Lənkəran, Mingəçevir, Ucar, Xaçmaz, Şirvan, Şəki və İsmayıllıda keçirilib. Yarımfinal turunda rayon, şəhər mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş altı minədək şagird iştirak edib.Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn üzrə 25 sual təqdim edilib. Yarımfinal turunda 70 faiz və yuxarı nəticə göstərmiş, hər fənn üzrə ən yaxşı 60 şagird respublika fənn olimpiadasının final mərhələsində iştirak hüququ əldə edəcək.Respublika fənn olimpiadalarının final mərhələsinin apreldə keçirilməsi planlaşdırılır.Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30 minədək şagird iştirak edib.xeber100.com

Mart 12, 2017 12:09
    Page 110 of 146« First«...102030...108109110111112...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az