05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Təhsil Nazirliyinin məlumatına görə…

Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə “Novruz mühazirəsi” keçirilib.Nazirlikdən Azərtac-a bildiriblər ki, Bakı şəhəri ümumi təhsil müəssisələrinin direktor və müəllimlərinin, təhsil ekspertlərinin iştirak etdikləri tədbirdə “Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri” mövzusunda mühazirəsi dinlənilib.xeber100.com    

Mart 4, 2017 11:47

Anlaşma memorandumu imzalanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru C.Cəfərov Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok, təhsil mütəxəssisi Bronvin Pollok, təhsil ekspertləri Asif Cahangirov və İlkin Həsənov ilə görüşüb.Universitetdən Azərtac-a bildiriblər ki, görüşdə ADPU ilə AMİM arasında əməkdaşlıq və məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən müəllimlərin inkişafı, eyni zamanda, tələbə və akademik heyət üçün nəzərdə tutulan ustad dərslərinin təşkili məsələləri müzakirə edilib.Sonra ADPU ilə AMİM arasında anlaşma memorandumu imzalanıb. Sənədi professor C.Cəfərov və Q.Pollok imzalayıblar.Memorandumda hər iki qurum arasında əməkdaşlığın, faydalı proqramların, müəllimlər üçün treninqlərin keçirilməsi, layihələrin və qarşılıqlı fəaliyyətlərin inkişafı nəzərdə tutulur.xeber100.com

Mart 3, 2017 12:27

İqtisad Universitetinin məlumatına görə…

Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının dəstəyi ilə “Bakı Marafonu–2017”nın icraçıları və tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.UNEC-dən Azərtac-a bildiriblər ki, görüşdə “Bakı Marafonu-2017” yarışı barədə ətraflı məlumat verilib, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi və marşrutundan danışılıb. Marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.Qaliblər üçün nəzərdə tutulan mükafatlar nəzərə çatdırılıb, həmçinin qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barədə tələbələrə məsləhətlər verilib.Bakı Marafonu-2016”nın qalibi Namiq Əsədov yarışa hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barədə danışıb.xeber100.com

Mart 3, 2017 12:19

İnklüziv təhsillə bağlı müzakirələr aparılıb

Təhsil Nazirliyində “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması” mövzusunda maarifçi QHT-lərlə görüş keçirilib.Azərtac xəbər verir ki, tədbirdə sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili ilə bağlı proqramın hazırlanmasında maraqlı tərəflərin təklifləri müzakirə edilib.Tədbirdə proqramın hazırlanması ilə bağlı səslənən təkliflərdə inklüziv təhsil sahəsində cəmiyyətdə maarifləndirmə işinin daha da gücləndirilməsi, xüsusi ehtiyaclar üçün təhsil müəssisələrinin münasib infrastrukturlarla təmin edilməsi, inklüziv təhsil siniflərinin yardımçı avadanlıq və müxtəlif vəsaitlərlə təchizatı və bu kimi məsələlər əksini tapıb.xeber100.com

Mart 2, 2017 11:48

Dillər Universitetinin məlumatına görə…

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə ikigünlük kitab sərgisi açılıb.ADU-dan Azərtac-a verilən məlumata görə, sərginin təşkilində məqsəd gənclərin dünyagörüşünün formalaşdırılması, ədəbiyyata və mütaliəyə marağının artırılmasıdır.Universitetdə ilk dəfə təşkil edilən sərgidə 20-dən çox müəllifin əsərləri nümayiş olunur.xeber100.com

Mart 2, 2017 11:44

“Davamlı turizm” mövzusunda beynəlxalq seminar keçiriləcək

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Davamlı turizm” mövzusunda beynəlxalq seminar keçiriləcək.ATMU-dan Azərtac-a bildiriblər ki, tədbirin təşkili ilə bağlı qərar Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində keçirilən “Beynəlxalq həftə”də verilib. Tədbir “ERASMUS+” proqramları çərçivəsində Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) hakimiyyət orqanlarının dəstəyi ilə təşkil olunub. Dünyanın 14 ölkəsinin universitetlərinin, o cümlədən ATMU-nun təmsil olunduğu “Beynəlxalq həftə”də “ERASMUS+”, Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORIZON-2020” proqramları çərçivəsində gənclərin inkişafını dəstəkləyən startap, eləcə də gələcək çağırışlara istiqamətlənən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com

Mart 1, 2017 11:49

Pedaqoji Universitetin məlumatına görə…

Martın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın regional ingilis dili üzrə məsul şəxsi Con Silver müəllimlər üçün “Dərsin planlaşdırılması” mövzusunda təlim keçib.bbaszadə ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul şəxsi xanım Emi Petersonun təşəbbüsü ilə Bakıda səfərdə olan Con Silverin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Bakıda Con Silver martın 3-dək Azərbaycanda tətbiq edilən müxtəlif ingilis dili proqramları ilə tanış olacaq. C.Silver Mərkəzi və Cənubi Amerikanın regional proqram üzrə məsul şəxsi kimi Vaşinqtonda iki il fəaliyyət göstərib.Təlimdə tərəflərin bir-biri haqqında lazımi informasiyanı necə əldə etməsi əyani şəkildə nümayiş etdirilib.xeber100.com

Mart 1, 2017 11:44

Beynəlxalq simpozium keçirilir

Fevralın 28-də Bakı Dövlət Universitetində “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” mövzusunda simpozium başlayıb.Azərtac xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar və mədəniyyət nümayəndələri iştirak edirlər. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində hər zaman xalqımızın milli mənəvi dəyərləri, həmçinin qardaş türk xalqları ilə ortaq tariximiz və mədəniyyətimiz araşdırılır. Bu işlərin ən dəyərli nümunəsi olan “Kitabi-Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz böyük işlər görüblər.Martın 1-dək davam edəcək simpoziumun bölmə iclaslarında aşıq sənəti və ənənələrinə, müxtəlif el sənətkarlarına həsr olunan mövzular ətrafında müzakirələr aparılacaq.xeber100.com

Fevral 28, 2017 12:29

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Martın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədi daşıyır.Bakıdakı 159 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək.xeber100.com

Fevral 28, 2017 12:24

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaq.DİM-dən Azərtac-a bildiriblər ki, “şəxsi kabinet” yaradılan zaman pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.“Şəxsi kabinet” yaratmaq üçün istifadəçi əvvəlcə ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı əks olunur.xeber100.com  

Fevral 28, 2017 12:19
    Page 112 of 146« First«...102030...110111112113114...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az