03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Martın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədi daşıyır.Bakıdakı 159 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək.xeber100.com

Fevral 28, 2017 12:24

Dövlət İmtahan Mərkəzinin məlumatı

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaq.DİM-dən Azərtac-a bildiriblər ki, “şəxsi kabinet” yaradılan zaman pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.“Şəxsi kabinet” yaratmaq üçün istifadəçi əvvəlcə ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı əks olunur.xeber100.com  

Fevral 28, 2017 12:19

Təhsil naziri vətəndaşları qəbul edəcək

Təhsil naziri M.Cabbarov martın 6-da saat 10.00-da Ağdaş şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş, Yevlax, Bərdə rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, qəbulda həmin rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.xeber100.com

Fevral 27, 2017 12:04

Elmi-praktik seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Klassisizm: tarix və əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.ADMİU-dan Azərtac-a bildiriblər ki, universitetin rektoru Fərəh Əliyeva bu tədbirin tələbələrin elmi potensialının inkişafında əhəmiyyətini vurğulayıb.Tədbirdə universitetin tələbələrinin “Klassisizm dövrünün ümumi səciyyəsi”, “Y.Haydn musiqi klassisizmin banisi kimi”, “V.A.Mosartın yaradıcılığı klassisizm dövrünün təzahürü kimi”, “Bethovenin yaradıcılığında patetik modusunun təzahürünə dair” və “Klassisizm və teatr” mövzularında mühazirələri dinlənilib.Sonda ADMİU-nun musiqi sənəti fakültəsinin tələbələri dünya klassiklərinin əsərlərini ifa ediblər.xeber100.com

Fevral 27, 2017 11:59

Müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib

Bakıdakı 308 nömrəli tam orta məktəbdə Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusların tikilməsi, dərs saatlarının artırılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.Bütün müraciətlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.Səyyar qəbulda BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları iştirak ediblər. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.xeber100.com

Fevral 25, 2017 2:35

Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb.Azərtac SOCAR-a istinadla xəbər verir ki, müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycandakı ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər (scr.az/shert) və suallar (scr.az/suallar) bölməsi ilə tanış olduqdan sonra ərizə-anket (scr.az/erize-anket) formasını dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün son tarix martın 7-sidir.Qeyd edək ki, 2005-ci ildən hər il keçirilən bu proqram ölkənin insan kapitalını gücləndirmək və gənc nəslin səriştəsini artırmaqla Azərbaycanın davamlı inkişafına töhfə verir. On iki il ərzində 2 minə yaxın gənc SOCAR təqaüdünü qazanıb. SOCAR təqaüdü hazırda illik 1000 AZN təşkil edir. Təqaüd qaliblərinin müsabiqədənkənar işə qəbul olunmaq, mənzil almaq və digər sosial güzəştlər imkanı əldə edirlər.xeber100.com

Fevral 25, 2017 2:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, fevralda ümumi təhsil məktəblərində keçirilən tədbirlər “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdir.xeber100.com

Fevral 23, 2017 11:51

Dillər Universitetində Əsasnamə qəbul olunub

Azərbaycan Dillər Universitetində (ADU) məsləhətçi-professor vəzifəsi təsis edilib.Universitetin Elmi Şurasının 2017-ci il 17 fevral tarixli iclasında “Azərbaycan Dillər Universitetində məsləhətçi-professor vəzifəsi haqqında” Əsasnamə qəbul olunub. Əsasnamə yüksəkixtisaslı kadrların, professorların (dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris prosesində istifadə etmək, varisliyi qorumaq və təhsil ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə hazırlanıb.Bu barədə Azərtac-a ADU-dan məlumat verilib.Məlumatda bildirilir ki, məsləhətçi-professor ADU-da əsasən magistr, dissertant və doktorantlara elmi məsləhətlər verəcək, dərslik, dərs vəsaitləri və digər tədris-metodiki materialların hazırlanması işlərinə cəlb olunacaq.xeber100.com

Fevral 23, 2017 11:48

Muğam Mərkəzində konsert keçiriləcək

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində “Od çərşənbəsi” adlı konsert keçiriləcək.Azərtac xəbər verir ki, konsert proqramı respublika İncəsənət Gimnaziyası ilə birlikdə hazırlanıb. Konsertdə milli rəqslər və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.xeber100.com

Fevral 22, 2017 11:36

Təhsil Nazirliyinin məlumatına əsasən…

Təhsil Nazirliyində UNICEF-in nümayəndə heyəti ilə görüş olub.Nazirlikdən Azərtac-a bildiriblər ki, görüşdə təhsil nazirinin müavini F.Qurbanov təhsil sahəsində aparılan islahatlardan, inklüziv təhsil sahəsində görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu istiqamətdə UNICEF ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.UNICEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.xeber100.com

Fevral 22, 2017 11:33
    Page 113 of 146« First«...102030...111112113114115...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az