05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Terror qurbanlarının xatirəsinə həsr edilmiş barelyefin açılışı olub

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr edilmiş barelyefin açılışı olub.ADNSU-dan Azərtac-a bildiriblər ki, açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı terror hadisəsinin bəşəri bəla olduğunu və onun qarşısının alınmasının zərurililiyini vurğulayıb. Rektor terror qurbanlarının xatirəsinin heç vaxt unudulmayacağını bildirib.Barelyefin hazırlanmasında əməyi olan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən bəhs edib.Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov terror hadisəsinin ağır nəticələrindən danışıb, 30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu vurgulayiblar.Mərasimdə çıxış edən, 30 aprel terror qurbanlarının doğmaları və yaxınları barelyefin hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.xeber100.com

Fevral 19, 2017 11:47

Təhsil Nazirliyinin məlumatına görə…

Fevralın 18-də Bakı Avropa Liseyində şagirdlər arasında “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda debat keçirilib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, şagirdlərin qeyd olunan mövzuya müraciət etmələri sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda, onlardan çıxış yolları üzərində birgə düşünmək olub.Şagirdlərin debatında təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, müəllim, şagird və valideynlər iştirak ediblər.xeber100.com

Fevral 19, 2017 11:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, 276 nömrəli tam orta məktəbdə keçirilən görüşün məqsədi tədrisin təşkili, keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, onların təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və rəhbərlərinin məsuliyyətinin artırılmasıdır.BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, təhsil idarəsinin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan M.Vəliyeva məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.xeber100.com

Fevral 16, 2017 11:39

“Sabahın alimləri” respublika müsabiqəsinin açılış mərasimi olub

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” altıncı respublika müsabiqəsinin açılış mərasimi olub.Müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edirlər.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkara çıxarılması və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.xeber100.com    

Fevral 16, 2017 11:32

Neft və Sənaye Universitetinin məlumatı

Neft və Sənaye Universiteti buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün martın 18-də keçiriləcək riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə olimpiadaya iştirakçıların qeydiyyatını davam etdirir.Universitetdən  Azərtac-a bildiriblər ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirilir.Azərbaycan və rus dillərində təşkil olunacaq olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak edə bilər. Olimpiada yazılı formada aparılır.Maraqlananlar asoiu.edu.az saytında olimpiada bölməsini seçir, özü haqqında məlumatları və seçdiyi fənni qeyd edir.xeber100.com

Fevral 14, 2017 11:54

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Fevralın 17-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.Bakıdakı 82 nömrəli tam orta məktəbdə (ünvan: Heydər Əliyev prospekti, 101) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.xeber100.comxeber100.com

Fevral 14, 2017 11:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

“Olimpiya Hərəkatı-2017” idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar davam edir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, yarışlarda paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 min 504 şagird iştirak edir. Sumqayıt, Göygöl və Gəncə məktəblilərinin də qatıldıqları yarışlar beş idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir.Məktəbdaxili yarışlar mərhələsində müvafiq federasiyalardan olan məşqçilər və hakimlər oyunlara nəzarəti həyata keçirir, şagirdlərə qaydaları izah edirlər.Qeyd edək ki, məktəbdaxili yarışlar fevralın 16-da yekunlaşacaq. Martın 1-dən “Olimpiya Hərəkatı-2017” idman yarışının ikinci mərhələsi – rayondaxili yarışlar başlanacaq.xeber100.com

Fevral 13, 2017 11:41

Bakı Avropa Liseyinin məlumatına görə…

Bakı Avropa Liseyində təhsilin inkişafı istiqamətində uğurlu layihələr reallaşdırılır, ürəkaçan nailiyyətlər qazanılır.Liseydən Azərtac-a bildiriblər ki, məktəbin şagirdləri respublika və beynəlxalq olimpiadalarda fəal iştirak edirlər. Bu il “Sabahın alimləri” altıncı respublika müsabiqəsinə liseyin 10 şagirdi dörd layihə ilə qatılacaq. Fənn olimpiadalarının martda keçiriləcək respublika mərhələsinin yarımfinal turunda isə liseyin 14 şagirdi iştirak hüququ əldə edib.Ötən il məktəbin məzunlarından altısı qızıl medala layiq görülüb. Təhsil ocağını bitirən 54 məzunun hamısı yüksək balla ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 14 –ü xarici ölkələrin nüfuzlu universitetlərində təhsilini uğurla davam etdirir.xeber100.com

Fevral 12, 2017 12:43

Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.İnstitutdan Azərtac-a bildiriblər ki, şura akademiyanın rəyasət heyətinin “AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması” haqqında müvafiq qərarına uyğun olaraq təsis edilib.AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov vurğulayıb ki, əsasnaməyə görə, elmi müəssisələrdə şuranın yaradılması, onun idarə heyətinin, sədr və müavinlərinin seçilməsi həmin institutun gənclərinin ümumi səsverməsi ilə həyata keçirilir.Neft və Qaz İnstitutunun elmi işçisi Rəqsanə Əsgərova Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.İnstitutun gənc mütəxəssisləri çıxış edərək fikirlərini bölüşüb, rəy və təkliflərini bildiriblər.xeber100.com

Fevral 12, 2017 12:35

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək

Fevralın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, üç mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçiriləcək şəhər mərhələsində Bakının 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagirdin iştirakı nəzərdə tutulub.Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin dərkolunma səviyyəsini müəyyənləşdirən iki variant üzrə 12 açıq sual veriləcək. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazacaqlar. Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.xeber100.com

Fevral 10, 2017 4:00
    Page 114 of 146« First«...102030...112113114115116...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az