05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

“ADA” Universitetinin təlimləri çərçivəsində…

“ADA” Universitetinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin bir qrup əməkdaşı Brüsseldə səfərdə olub.Universitetdən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirib, Aİ-nin xarici siyasətini həyata keçirən təsisatlarla tanış olub, bir sıra Avropa siyasətçiləri ilə Azərbaycan-Aİ münasibətləri barədə fikir mübadiləsi aparıblar. Avropa ölkələrinin xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər çərçivəsində diqqət mərkəzində olub.Səfər zamanı diplomatlar Azərbaycanın Belçika Krallığındakı səfiri və Aİ yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşüb, ölkəmizin milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, respublikamızın Aİ ilə gündəlik təmaslarının qurulması barədə məlumatlandırılıblar. Onlar, həmçinin Avropa Parlamentində Aİ-nin Gürcüstan ilə viza rejiminin liberallaşdırılması barədə keçirilən debatları müşahidə ediblər.xeber100.com

Fevral 10, 2017 3:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin həyat bilgisi və ibtidai sinif müəllimləri üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, ümumilikdə 75 müəllim maliyyə savadlılığının kurikuluma inteqrasiyası elementlərinə dair təlimlərdə iştirak edib.BŞTİ ilə Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsidir.Layihə çərçivəsində dörd qrup üzrə təşkil edilmiş təlimlərdə həyat bilgisi və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib.xeber100.com

Fevral 9, 2017 12:20

Neft və Sənaye Universitetinin filialı açılacaq

Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Banqladeşin Stamford Universitetinin rektoru Aşok Gupta ilə görüşüb.ADNSU-dan Azərtac-a bildiriblər ki, görüşdə M.Babanlı universitetdəki tədris prosesi və həyata keçirilən islahatlar barədə qonağa ətraflı məlumat verib. Vurğulanıb ki, universitetdə texniki yönümlü ixtisaslarla yanaşı, aktuallıq və əhəmiyyət daşıyan ixtisaslar üzrə də tədris aparılır, təcrübəyə xüsusi önəm verilir. Rektor deyib: “Bizim üçün tələbələrin təcrübə prosesini təşkil etmək olduqca vacibdir. Universitetimiz texniki profilli olduğu üçün təcrübəyə və laboratoriya dərslərinə üstünlük veririk. Son vaxtlar qeyri–neftyönümlü ixtisasların tədrisinə də yer ayırmışıq”.Görüşdə banqladeşli tələbələrin ADNSU-da təhsil almaları üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, eləcə də xarici tələbələrin yerləşdirilməsi üçün universitetin yataqxanasının tikilməsi kimi məsələlər müzakirə olunub.xeber100.com

Fevral 9, 2017 12:17

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Fevralın 10-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, 269 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.xeber100.com

Fevral 8, 2017 11:58

Müəllimlərin forumu keçiriləcək

Martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin ingilis dili müəllimlərinin forumu keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, forumun əsas məqsədi ingilis dili fənnini tədris edən, yeni proqramlarda işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən müəllimlərin metodik yanaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.xeber100.com

Fevral 7, 2017 11:34

Bakı Dövlət Universitetinin məlumatı

Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində hazırda tədris olunan fənlər əsasən informasiya yönümlüdür. Altı yüzdən çox gəncin təhsil aldığı fakültədə təhsilin bakalavriat pilləsində kitabxanaçılıq-informasiya və kitabşünaslıq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Eyni zamanda, magistratura və doktorantura pillələrində tədris həyata keçirilir.Bu barədə Azərtac-a fakültənin dekanı Azad Qurbanov məlumat verib. Fakültədə tədrisin Bolonya prosesinin tələblərinə uyğun aparıldığını söyləyən dekan burada son üç ildə ingilis dili bölməsinin də uğurla fəaliyyət göstərdiyini deyib. Qeyd edilib ki, laboratoriyada məşğələ dərsləri mütəmadi olaraq interaktiv yolla reallaşdırılır. Bunun üçün bütün lazımi avadanlıq əldə olunub.xeber100.com  

Fevral 7, 2017 11:14

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.BŞTİ-dən Azərtac-a bildiriblər ki, layihə çərçivəsində fevral ayı məktəblərdə “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzu üzrə Bakının 12 inzibati rayonunda məktəblilər tərəfindən elmi konfrans, müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyaların təşkil edilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.xeber100.com

Fevral 6, 2017 11:19

Beynəlxalq Təhlükəsiz İnternet Günü keçiriləcək

Bu il fevralın 7-də Beynəlxalq Təhlükəsiz İnternet Günü “Dəyişin: daha yaxşı internet üçün birləşin” şüarı altında keçiriləcək.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu tərəfindən bu günlə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.İnstitutdan Azərtac-a bildirilib ki, həmin gün mediada maarifləndirmə işləri aparılacaq, xüsusi televiziya proqramları, uşaqlar üçün yarışlar, bu sahə üzrə mütəxəssislərlə görüşlər keçiriləcək, online təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr ediləcək və s.xeber100.com

Fevral 4, 2017 3:27

“Bakı Dövlət Universitetinin yapon dili şöbəsinin təkmilləşdirilməsi”…

Fevralın 3-də Bakı Dövlət Universitetində (BDU) “Bakı Dövlət Universitetinin yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.Azərtac xəbər verir ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi universitetdə yapon dili şöbəsinin otaqlarını təmir və lazımi avadanlıqlarla təchiz etmək, təhsilin səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərməkdir.xeber100.com

Fevral 3, 2017 12:35

2017/2018-ci tədris ili üzrə “Darmasiswa” təqaüd proqramı elan edilib

İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi bu ölkənin incəsənət və mədəniyyətinin öyrənilməsi məqsədilə əcnəbi tələbələr üçün 2017/2018-ci tədris ili üzrə “Darmasiswa” təqaüd proqramını elan edir.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, ərizə formalarının doldurulması üçün müraciət müddəti fevralın 9-da başa çatacaq.xeber100.com

Fevral 2, 2017 12:09
    Page 115 of 146« First«...102030...113114115116117...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az