05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

“Uğur üçün tədris” layihəsi çərçivəsində…

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində diltəkmilləşdirmə təlimlərinə start verilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, diltəkmilləşdirmə təlimlərinin həyata keçirilməsinin əsas məqsədi müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.“British Council”in peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən 12 inzibati rayon üzrə müəyyənləşdirilmiş təlim mərkəzlərində həyata keçirilir.xeber100.com

Yanvar 12, 2017 1:08

Təhsil Nazirliyinin məlumatına görə…

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlərin qiymətləndirilməsinə başlanılıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2 min 300-dək müəllimin iştirakı nəzərdə tutulur.Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edirlər. Eyni zamanda, bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıblar.Diaqnostik qiymətləndirmə yanvarın 11-də davam edəcək.xeber100.com

Yanvar 11, 2017 11:45

İngilis dili kursları təşkil ediləcək

Bu tədris ilinin yaz semestrindən etibarən “ADA” Universiteti tərəfindən akademik və peşəkar məqsədlər üçün həyata keçirilən ingilis dili proqramı hamı üçün açıq olacaq.Universitetdən Azərtac-a bildiriblər ki, bu ali təhsil ocağı ictimaiyyətdən tez-tez aldığı sorğulara və xahişlərə cavab olaraq belə qərar qəbul edib.Proqramın direktoru Arzu Məmmdovanın sözlərinə görə, bu tipli təlim proqramı daha çox ingilis dilində ali təhsil almaq, beynəlxalq tədqiqatlar aparmaq və karyeralarında xarici dili geniş istifadə edən şəxslər üçün nəzərdə tutulub.Proqram bu ali təhsil ocağının öz bakalavr və magistr tələbələrinə tətbiq etdiyi bir proqramdır. Universitetə qəbul olunan tələbələr ingilis dilini bir il ərzində onlara ali təhsil almaq imkanı verə biləcək səviyyəyədək inkişaf etdirə bilirlər.Proqrama yaşı 15 və daha yuxarı olan tələbələr sənəd verə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə “ADA” Universitetinin sertifikatı təqdim edilir.xeber100.com

Yanvar 11, 2017 11:25

Təhsil Nazirliyinin məlumatına görə…

Ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçirilir.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunan imtahanda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edirlər. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahana qatılıblar.İmtahan yanvarın 11-də davam edəcək.xeber100.com

Yanvar 10, 2017 2:26

“Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə başlanılıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, ilk təlim Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin bir qrup psixoloqlarının iştirakı ilə 8 nömrəli tam orta məktəbdə keçirilib. Təlimlərin fevraladək davam etdirilməsi nəzərdə tutulub.Layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdir.Layihə çərçivəsində əvvəlcə ümumi təhsil məktəblərinə “Ehtiyacların müəyyən edilməsi” adlı sorğu göndərilib.xeber100.com  

Yanvar 10, 2017 2:23

2016-2017-ci tədris ilinin monitorinqi aparılıb

Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestri imtahan sessiyasının monitorinqi aparılıb.Azərtac xəbər verir ki, ADPU-nun rektoru Cəfər Cəfərov təhsil naziri Mikayıl Cabbarovun ötən il dekabrın 26-da “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzaladığını diqqətə çatdırıb, universitetdə imtahanların təşkili barədə məlumat verib.Rektor bildirib ki, imtahan sessiyasının Təhsil Nazirliyinin normativ-hüquqi aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə apelyasiya komissiyası, həmçinin fakültələr, magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları, imtahan qərargahı yaradılıb. Cari tədris ilində ADPU-ya qəbul olunmuş birinci kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır.xeber100.com

Yanvar 9, 2017 12:03

Təhsil nazirliyinin məlumatına görə…

Təhsil naziri Mikayıl Cabbarov yanvarın 16-da saat 11.00-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.Qəbulda həmin rayonlarda və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.xeber100.com

Yanvar 9, 2017 11:50

“Sabahın alimləri” altıncı respublika müsabiqəsində…

Bu il keçiriləcək “Sabahın alimləri” altıncı respublika müsabiqəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin 25 şagirdi 15 layihə ilə iştirak edəcək.Liseyin direktoru, professor Qasım Hüseynov Azərtac-a bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində bu müsabiqəyə geniş hazırlıq işləri aparılır. Liseyin 57 şagirdi respublika fənn olimpiadasına qatılacaq.Təhsil ocağında ötən il qazanılan nailiyyətlərdən danışan direktor qeyd edib ki, liseydə 610 şagird təhsil alır. 2016-cı ildə təhsil müəssisəsini iki nəfər qızıl, dörd nəfər gümüş medalla bitirib. Əlli məzunun hamısı ali məktəblərə, o cümlədən səkkiz nəfər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunub.xeber100.com

Yanvar 8, 2017 1:45

Müəllimlər üçün imtahan keçiriləcək

Yanvarın 10-11-də ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər üçün imtahan keçiriləcək.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, imtahanlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcəklər. Eyni zamanda, Şuşa şəhərinin Bakıdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.xeber100.com

Yanvar 7, 2017 4:08

2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edilib

Rusiya Federasiyası 2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, təqaüdlə bağlı yanvarın 9-dək müraciət etmək olar.Müraciət üçün namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır.xeber100.com

Yanvar 7, 2017 3:58
    Page 118 of 146« First«...102030...116117118119120...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az