03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Təhsil

Müəllimlər üçün imtahan keçiriləcək

Yanvarın 10-11-də ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər üçün imtahan keçiriləcək.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, imtahanlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcəklər. Eyni zamanda, Şuşa şəhərinin Bakıdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.xeber100.com

Yanvar 7, 2017 4:08

2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edilib

Rusiya Federasiyası 2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, təqaüdlə bağlı yanvarın 9-dək müraciət etmək olar.Müraciət üçün namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır.xeber100.com

Yanvar 7, 2017 3:58

Təhsil Nazirliyinin məlumatına görə…

2016-cı ildə Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220 min 880 müraciət daxil olub.Nazirlikdən Azərtac-a bildiriblər ki, müraciətlərdən 195 min 573-ü Vətəndaşlarla iş bölməsi, 25 min 307-si (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 146 min 38 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə həmin dövrdə 49 min 535 vətəndaşa xidmət göstərilib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və birinci sinfə qəbulu, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.xeber100.com

Yanvar 6, 2017 2:17

“Ekoloji aylıqlar” layihəsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsinə başlanılıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, layihənin əsas məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdır.Layihə çərçivəsində hər təqvim ayı məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunacaq. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırma aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.xeber100.com

Yanvar 6, 2017 2:14

Səyyar qəbul keçiriləcək

Yanvarın 6-da paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə səyyar qəbul keçiriləcək.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azərtac-a bildiriblər ki, Bakıdakı 49 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.xeber100.com

Yanvar 5, 2017 11:10

Təhsil Nazirliyinin məlumatına görə…

Milli Debat Proqramı çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Bakı Məktəblərarası Debat Kuboku: 2016”-nın bağlanış mərasimi olub.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, yarışa debat təlim sessiyalarını uğurla tamamlayan Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri qatılıblar.Bakı Avropa Liseyinin “DeBAL” və “Elitar” gimnaziyanın “ElitARqument” komandaları oyunların final mərhələsində qarşılaşıblar. Hakimlərin qərarı ilə “DeBAL” komandası turnirin qalibi seçilib.xeber100.com

Dekabr 31, 2016 2:40

Əməkdaşlıq haqqında müqavilə imzalanıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.ADPU-dan Azərtac-a bildirilib ki, müqaviləyə əsasən ADPU-nun kimya, biologiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə LDU-da mütəxəssis hazırlığı həyata keçiriləcək və məzunlara ikili diplomlar veriləcək.C. Cəfərov və N. İbrahimov bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.xeber100.com

Dekabr 31, 2016 2:21

“Azərbaycan müstəqillik dövründə – 25”…

Azərbaycan Dillər Universitetinin sosial elmlər kafedrasının dosenti Xatirə Hacıyevanın müəllifi olduğu “Azərbaycan müstəqillik dövründə - 25” adlı dərs vəsaiti işıq üzü görüb.Azərtac xəbər verir ki, kitabda əsasən dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə cərəyan edən proseslər öz əksini tapıb.Nəşr Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yollarla həlli sahəsində atılmış addımlarilə bağlı məlumatlar əldə etmək üçün dəyərli mənbədir.xeber100.com

Dekabr 30, 2016 12:31

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə…

Dekabrın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən rektor A.Məhərrəmov bayramlar münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.xeber100.com

Dekabr 29, 2016 12:49

Yeni ilə həsr edilmiş tədbir keçirilib

Dekabrın 27-də Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin rektoru H.Məmmədov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş qeyd olunduğunu diqqətə çatdırıb, bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.xeber100.com

Dekabr 27, 2016 11:13
    Page 119 of 146« First«...102030...117118119120121...130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az