Təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 23-dən 30‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.DİM-dən Azərtac-a bildiriblər ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.xeber100.com

Avqust 23, 2017 11:46

Tələbə qəbulunun nəticələri haqqında statistik göstəricilər açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında bəzi statistik göstəriciləri açıqlayıb.DİM-dən Azərtac-a bildiriblər ki, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində 8 min 4 plan yerləri ayrılıb. Keçirilən müsabiqənin nəticələrinə əsasən 7 min 806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul planı ümumilikdə 97,51 faiz yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100 faiz dolub. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49 faiz) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100 faiz yerinə yetirilib.Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.xeber100.com

Avqust 22, 2017 11:45

XI beynəlxalq konfrans – “AICT-2017” keçiriləcək

Sentyabrın 20-dən 22-dək Moskvada İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfrans – “AICT-2017” keçiriləcək.Azərtac ict.az saytına istinadla xəbər verir ki, konfrans Rusiya Elmlər Akademiyası (REA) V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, “ADA” Universiteti, Moskva Fiziki-Texniki İnstitutu, Moskva Enerji İnstitutunun Milli Tədqiqat Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Aviasiya İnstitutu, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti, REA-nın Neft və Qaz Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.“AICT-2017” konfransı çərçivəsində “Big Data”dan istifadə və onun idarə olunması, “Məlumatların əldə olunması (Data Mining) və informasiya mühəndisliyi”, “İKT proqramlarında ən yeni tendensiyalar”, “Tədqiqat, təhsil, humanitar və sosial elmlərdə İKT”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət idarəçiliyində İKT”, “Tibb və səhiyyədə İKT” və s. mövzular üzrə bölmə iclasları keçiriləcək.Konfransın materialları “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarına daxil ediləcək.Qeyd edək ki, müxtəlif illərdə keçirilmiş “AICT” beynəlxalq konfransları dünyanın 50-dən çox ölkəsi, o cümlədən Avstraliya, Azərbaycan, Əlcəzair, Banqladeş, Belarus, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sudan, İspaniya, İsveç, Türkiyə, Ukrayna, Britaniya, ABŞ, Özbəkistan daxil olmaqla, yüzlərlə tədqiqatçının diqqətini cəlb edib.xeber100.com

Avqust 22, 2017 11:41

Dillər Universitetində Polşa Mərkəzi yaradılacaq

Avqustun 17-də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini Yan Çeçiçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.ADU-dan Azərtac-a bildiriblər ki, görüşdə çıxış edən rektor Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu bildirib. K.Abdulla bu münasibətlərin gələcəkdə də ciddi və faydalı istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək deyib.Polşa mədəniyyətinin, ədəbiyyatının, dilinin ADU-da təbliğ və tədris olunduğunu deyən rektor bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istiqamətdə daha böyük işlər görüləcək. Rektor Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixinin tədrisinin, bu məqsədlə yeni mərkəzlərin açılmasının vacibliyini vurğulayıb.ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verən K.Abdulla universitetdə Polşa Mərkəzinin yaradılması təklifini irəli sürüb.Y.Çeçiçak ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafı barədə rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu deyib. O, ADU-da Polşa Mərkəzinin yaradılması ideyasını dəstəklədiyini və bu təşəbbüsün həyata keçirilməsi üçün lazımi addımların tez bir zamanda atılmasına çalışacağını vurğulayıb.xeber100.com

Avqust 18, 2017 12:19