Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildiriblər ki, avqustun 4-də saat 12:00-a olan məlumata əsasən, 23 min 764 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi edib.Birinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edirlər.Riyaziyyat, fizika, nəqliyyat tikintisi mühəndisliyi, inşaat mühəndisliyi, informasiya texnologiyaları, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) kompüter elmləri ixtisası üzrə isə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan abituriyentlər iştirak edirlər.İkinci qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Üçüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edə bilərlər.Dördüncü qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı ondan az olmayan) abituriyentlər iştirak edirlər.Xatırladaq ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.xeber100.com