Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, ayrılan 7 703 plan yerinə 6 233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 80,92 faiz dolub. Ancaq proqramlar üzrə ayrılan plan yerlərinin dolması ilə bağlı göstəricilər fərqlidir. Misal üçün, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, coğrafiya, əczaçılıq və xüsusi təyinatlı hərbi ixtisaslara aid 13, 17, 18, 24, 25, 34, 55, 59, 61, 62, 63, 67 saylı proqramlara ayrılmış plan yerləri 100 faiz dolub.Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid 29, 39, 41, 43, 51, 52, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 50 faizindən çoxu boş qalıb. Bu proqramlar üzrə plan yerlərinin tam dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az olub.Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb edilən sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.Magistr proqramları üzrə boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə avqust ayında aparılacaq. Həmin yerlərin siyahısı və müsabiqədə iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.Xatırladaq ki, təqdim olunan statistik məlumatlar qəbul olduqdan sonra qeydiyyatdan keçməyənlərə və boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacağına görə dəyişəcək.xeber100.com

İyun 22, 2017 2:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun ikinci mərhələsinə başlanılıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildiriblər ki, bu günədək birinci sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 mindən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə birinci sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra valideynlər övladlarının sənədlərini iyunun 20-dən sentyabrın 18-dək (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11.00-dan 16.00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.Həmçinin hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakının hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə əlli məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyası fəaliyyət göstərir.xeber100.com

İyun 21, 2017 11:37