Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azərtac-a bildirilib ki, elektron sənəd qəbulunun II mərhələsinə iyunun 20-dən start veriləcək. İndiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.Hazırda I sinfə qəbul prosesində birinci mərhələdə elektron qeydiyyata alınmış ərizələrin emalı prosesi gedir. Emal zamanı birinci mərhələdə qeydiyyatdan keçmiş, amma sənədlərini iyunun 14-nə kimi məktəbə təqdim etməyən şəxslərin sorğuları sistemdən silinir.İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra valideynlər övladlarının sənədlərini iyunun 20-dən sentyabrın 18-dək (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.Həmçinin hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.xeber100.com

İyun 16, 2017 10:48

“Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir

Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir.Azərtac xəbər verir ki, iyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı olub.Açılış mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun Azərbaycanda təhsilin davamlı inkişafına dəstək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib.BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sisteminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proqramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb.İyunun 16-dək davam edəcək simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirəcəklər. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.xeber100.com

İyun 13, 2017 11:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27.708, XI sinfini 19.525 nəfər bitirəcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, paytaxtda 45.321 nəfər birinci sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387.373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2.327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2.603 nəfər olmaqla, ümumilikdə 392.303 şagird təhsil alıb.2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23.130 uşaq bitirib. Növbəti ildən isə 25 mindən çox uşağın məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur.Birinci sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 mindən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40.805-i ümumi təhsil məktəblərinə, 3.359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, üç xüsusi ümumi orta məktəb və yeddi əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28.165 müəllim fəaliyyət göstərir.xeber100.com

İyun 12, 2017 2:48