Futbolçulardan ibarət Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

18 Aprel 2024 15:31

Xəbər 569 dəfə oxunub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf turnirində iştirak edəcək.

AFFA-nın rəsmi saytı xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Belarus, Özbəkistan və Tacikistan seçmələri ilə qarşılaşacaq.

Görüşlər müvafiq olaraq, aprelin 23, 25 və 28-də təşkil olunacaq.xeber100.com