Güclü sənət nümunəsi yaratmaq üçün güclü ssenariyə ehtiyac var

18 Noyabr 2016 12:49

Xəbər 896 dəfə oxunub

Baxdığımız, görüdüyümüz hər bir sənət nümunəsi rejissor işinin məhsuludur. Ancaq rejissorun da dayandığı, güvəndiyi, məhz onunla güclü bir sənət nümunəsi yaradacağına inandığı, iş prosesində belə arxayınlıqla oxuduğu, oxuduqca da yeni yeni ştrixlərlər əlavə etdiyi ssenari var ki, bu da bünövrə rolunu oynayır. Əlbəttə ki, mübahisəli məqamlar çoxdur, məsələn çoxları güclü bir sənət nümunəsinin güclü ssenariyə dayandığı fikrini irəli sürür, bəziləri isə rejissor təxəyyülünün gücü sayəsində ən zəif ssenarinin belə diqqət çəkəcəyinə, yaddaşlara həkk olunacağınan inanır, çoxlarıl isə sənət nümunəsinin yaraanmasında yaradıcı heyətin peşəkar olmasını önə çəkir. Bu baxımdan bu mövzunun mübahisəli olması təbiidir. Bu kimi məqamlara aydınlıq gətirmək üçün bir çox rejissorlara suallar ünvanladıq. Kinorejissor Şahirə Tacəddinin fikrincə, rejissor cox guclu psixoloji ve menevi alemə malik olur: “Rejissor psixoloji təhlil qabiliyyəti, yuksək zövq, intuisiya ve ümumiyyətlə duyma, hissetme  qabiliyyətindən və yüksək intellektindən istifadə edərək həyatda baş verənləri hamıdan əvvəl dəyərləndirib onların ən maraqlısını secərək insanlara audiovizual əsər eser sheklinda insanlara catdirir. Güclü sənət nüümunəsinin yaranması üçün güclü ssenarinin olması şərtdir. Ancaq duzgun ve istedadli aktyorların secimiylə də çox iş görmək olar. Bu baxımdan düşünürəm ki, hadisəlrin realliğa bir qədər yaxın olması və əlbəttə ki, aktyorların inandırıcı oyunları kinoda böyük rol oynayır. Hətta mən deyərdim ki, filmin uğur qazanmasının heç olmazsa yarı faizi düzgün aktyor seçiminə bağlıdır”. Rejissorun fikrincə, sadəcə kinoda deyil, eyni zamanda bütün sahələrdə cılızlaşma gedir. “Elm və texnika inkişaf etdikcə sanki texnika irəli, insanlar geri hərəkət etməyə başlayır. Zənnimcə bunun əsas səbəbi həyatın özüdür, axı kino həyatın güzgüsüdür. Əslində hazlrkı dövrdə insanlar arasındakı münasibətlər kinoya da öz təsirini göstərib. Nə mənəviyyat, nə də qarşılıqlı hörmət əvvəlki dərəcədə deyil. Əsas bəla isə deletantlıqdır. Kino sənətindən anlayışı olmayanlar, heç bir yerdə təcrübə görmədən film çəkməyə başladılar ki, nəticədə göz qabağında. Ancaq bu belə davam edə bilməz, çünki mütləq rəqabət yaranacaq və əgər sağlam rəqabət olarsa istedadı olanlar qalib gələcək”. Ölməz film anlayışına gəlincə isə, rejissor inandırıcı ştrixlərin güclü olmasının vacibliyini qeyd edir: “Filmin uzun ömürlü olması, filmin yaradıcı heyəti, əsasən də quruluşçu rejissor və aktyorların tamaşaçı qəlbinə  yol tapa bilməsidir. Tamaşaçı aktyorların səmimiyyətini hiss etməlidir, ideyanin doğruluğuna inanmalıdır. Ürək qoyulan əsər heç vaxt solmaz”. Seriallar rejissoru Rövşən İsax isə belə hesab edir ki, rejissor işinin sirri olmur. Çünki rejissor intuisiya ilə işləyir. Əgər bu “sirr” adlandırılırsa, deməli bu işin sirri hissiyatdadır: “Bu iş zəncirvari bir prosesdir. Əvvəla heç kim “güclü sənət nümunəsi yaratmaq” amalı ilə iş görmür. Hər halda mən belə fikirləşirəm. Amma səviyyəli bir iş ortaya çıxarmaq üçün, həm ssenari güclü olmalıdır, həm aktyor seçimi, həm opertor işi, musiqi, montaj və s. yəni burda işin bu hissəsi yüksək səviyyədədir, yerdə qalan məqamlarda güzəştə getmək olar kimi fikirlər qəti şəkildə qəbuledilməzdir. Tamaşaçının filmə inanması fikrinə gəlincə isə bu, bizim kinomuzun müasir dərdidir. Məncə tamaşaçının inanmasından ötrü, ilk növbədə rejissor özü buna inanmalıdır. Rejissor əsərindəki qəhrəmanları canlı insan kimi hiss etməlidir… “Guya”, “məsələn”, “tutaq ki” kimi fikirlərlə onlara yanaşmamalıdır. Belə olanda aktyor da özünü bütünlüklə işinə həsr edir. Bütün bunlardan sonra təbii film çəkmək, qalır peşəkarlığın ümidinə”. Rejissor onu da qeyd edir ki, əvvəllər peşəkarlar film çəkirdilər, amma hazırda deyəsən ya peşəkar qıtlığıdır, ya da peşəkarlara qısqanc yanaşırlar. “Ölməz film analayışına gəlincə isə, bu tamaşaçı qəlbini fəth edən filmlərdir. Bunun isə ölçü meyarı heç vaxt tapılmayacaq”. Teatr rejissoru Ağaxan Salmanlı rejissor sənətinin sirrini onun duyumu ilə əlaqələndirir: “Cəfər Cabbarlı “Sevil” dramını insan azadlığına həsr edib. İnsan azad olarsa öz fəaliyyəti ilə cəmiyyətə fayda verə bilər. Lakin əksər rejissorlar bu əsəri Sevilin çadrası ilə bağlayır və dramın ali məqsədini qapayırlar. Bununla da dramın həyatına son qoyurlar. Əlbəttə ki, bu cür yanaşma kökündən səhvdir. İndiki zamanda da o qədər ali savadlı, diplomlu qadınlar var ki, evdə dustaqdırlar. Demək olmaz ki, onların hamısı xoşbəxtdir. Mən deyərdim əksinə, onları dindirəndə içərilərində bir nisgil yatır. Bəziləri ailəsini qorumaq, bir çoxları evladlarını itirməmək səbəbibdən qatlaşırlar. Hər bir dram əsərində bir ali məqsəd və ümumi məcraya aparan əlavə məqsədlərə olur. Bəzən rejissor ali məqsədi ötərək əlavə məqsədlərdən birini tamaşasında qabardır. Zamanın tələbinə uyğun olaraq. Bu heç də qəbahət deyil. Rejissor dövrünün problemlərini göstərməli, qurtuluş cığırı açmalıdır.O rejissor ki, zamanın tələblərinə ötəri  yanaşır, verdiyi quruluş nə qədər baxımlı olsa da təsirsiz olacaq”.Ağaxan müəllim digər suala-güclü sənət nümunəsinə isə belə bir fikir bildirib: “Güclü sözü burada yerində deyil məncə. Sənət nümunəsi yaratmaq üçüç bədii səviyyəli ssenari vacibdir. Bizim sənət kollektiv və sintetik sənət növü olduğundan, o zaman sənət nümunəsi yarana bilər ki, hər kəs öz işində yüksək səviyyə əldə edə bilsin. Bu işdə yazardan tutmuş rejissor və aktyorlardan keçmiş inzibati və texniki işçilərə qədər hamının məsuliyyəti bərabərdir”Aktyor-rejissor kino reallığı əks etdirirsə o reallıqdan uzaq ola bilməz deyir: “Sadəcə kino lentə köçürülmüş oyundur, o canlı oynanmır. Teatr da, kino da tamaşaçı tərəfindən qəbul edilmiş oyundur. O baxır nə dərəcədə bu oyun inandırıcı oynanır. Ona görə istənilən oyun bütün komponentləri ilə birlikdə, bütövlükdə səmimi,inandırıcı oynanmalıdır. Yarım əsrdən keçir ki, mən sənətdəyəm, müqayisəli yanaşsaq keçmiş də hər bir kəlmə, vurğu, kadr, baxış, qrim….nə varsa dəqiq ölçülü olurdu, min bir sualın cavabından keçirdi. Bir kinonun çəkilişinə xeyli zaman hazırlıq dövrü olurdu. Teatrda da hər cümlə, kəlmə üzərində stol arxası məşqlər aparılırdı, obrazlar xırdalıqlarına qədər təhlil olunurdu. Zaman dəyişdi, sürət artdı, vaxt daraldı. Stol arxası məşqlər dəbdən düşdü. Hər şey aktyorun intellek səviyyəsinə buraxıldı. Bu da ki, birmənalı məsələ deyil(?!)Kinoda da elə,seriallarda ondan da böyük sürət. Belə ki, bir çox hallarda aktyor mətni çəkiliş meydanında alır. Mənimsəmək prosesi itir. Vizual görüntü yaranır. Əsr qlamur əsrinə çevrilib. Hasarın o biri üzü heç kəsə nə maraqlıdır, nə də ona vaxt var. Hər dövrün, zamanın özünə görə ölməz sənət əsərləri yaranır. Milli teatrımızın,kinomuzun da belə nümunələri çoxdur.Nə vaxt ki, biz kökümüzün üstündə duraraq, dərindən dərd-sərimizlə bir olacaqıq, ona çarə axtaracaqıq, o işığa doğru milləti səsləyib aparacaqıq, bax, onda ölməz sənət əsəri yaranacaq. Bu mütləq olacaq və mən buna, o günün olacağına inanıram”.Rejissor Rasim Aşın rejissor işinin sirrini belə izah edir ki, rejissor deyilen insan öncə peşesinin aktyoru olmağı bacarmalıdır: “Daha sonra roller üzərində dərin araştırma aparmalıdır. Rejissor əsər üzərində dünən, bugün və sabah qarşılaştırmaları apararaq fəlsəfi, psixoloji, pedagoji məlumatlara sahip olmalıdır. Həyatın hər anını dəyərləndirə biləcək fikirlərə, bir sözlə hətərəfli məlumatlara sahib olmalıdır. Ən önəmlisi ssenariyə uyğun rol bölgüsünü aparmağa səriştəsi olmalıdır. Rollar üzərində olan məşq proseslərini səmərəli təşkil etməyi bacarmalıdır. Rejissor öz ölkəsində, eyni zamanda bütün dünyada baş verən hadissələri izləməli və quruluş verdiyi istər filmdə, istərsə də  səhnə əsərində həmin hadisələrdən peşəkarcasına istifadə etməyi bacarmalıdır. Rejissor güclü mütaliəyə malik olmalıdır. Doğrudur ki, güclü sənət nümunəsi yaratmaq üçün güclü ssenari lazımdır, ancaq əsər üzərində doğru rol bölgüsü etməyən rejissor uğur qazana bilməz”. Kinonun rellaığa yaxın olduğu qədər də bir o qədər də reallıqdan uzaq olmasına aisə rejissor belə bir fikir söylədi: “Yaşadığımız dövr texnologiya dövrüdür. Belə bir dövrdə tamaşaçını inandırmaq çox çətindir, eyni zamanda tamaşaçını aldaatmaq da mümkün deyil. Bu baxımdan rejissor sadəliklə inandırıcı məqamları əsas götürərərk texnologiyadan bir qədər irəlidə getməyi bacarmalıdır. Çünki məhz əvvəlki dövrlərdə də təbiilik əssaq götürüldüyü üçün filmlər inandırıc alınıb. Rejissor müraciət etdiyi hər hansı bir əsərdə korkoranə üsullardaan uzaq olmalıdır ki, nəticədəd də uğrusuzluqla qarşılaşmasın. . Ölməz film anlayışına gəlincə isə, rejissor öz həyat təcrübəsindən çıxış edərək peşəkar bir heyətlə bütün səmimiyyətrini ortaya qoyaraq sənət nümunəsi yaradarsa mütləq qələbə çalacaq”. Göründüyü kimi hər rejissorun suallara yanaşma tərzi fərqli olsa da hər biri peşəkarlıqdan çıxış edərək bütün korkarnə üsullardan uzaq olaraq ölməz sənət nümunəsinin yaratmanın mümkün olduğu fikrini irəli sürür. Btünü bunlardan da belə nəticəyə gəlmək olar ki, yaşadığımız dövrdə olan bütün qarışıq məqamlara nəhayət bir gün son qoyulacaq-o zamna son qoyulacaq ki, sağlam rəqabətlə hər sahənin peşəkarı gördüyü işləriylə tarixin yaddaşına həkk olunacaq.

 

Milli Kino Günündə Lətif Səfərovun yaradıcılığına baxış…

1927-ci il... “Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş kinematoqrafiya işçilərini qədim şəhərin ümumi görüntüsü, mənzərəsi sanki   heyran etmişdi...Bu bir təsadüf idi, yoxsa yox, onu demək çətin olsa da, həqiqət ondan ibarət idi ki, məhz o gün Azərbaycan kino tarixinə milli ruhlu rejissor kimi düşən Lətif Səfərovun sənət taleyinin başlandığı gün idi. Sonralar rejissor xatirələrində yazacaqdı: “Hər şey elə həmin gün başlandı. Əgər onlar bu şəhərə gəlməsəydilər, həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim və s. Görünür mənim qismətimə kinematoqrafiya yazıldı. Etiraf edim ki, kino dünyasında özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm, çünki məhz burda bütün peşələrdən olan adamlara xidmət edirəm. Getdikcə bunu daha dərindən dərk edirəm və məsuliyyət hissim daha da artır”. L.Səfərov “Gilan qızı” filmində Gülgül, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli filmində, “Qızıl kol” filmində epizodik rollarda çəkilir. Maraqlı faktlardan biri də odur ki, hələ “Gilan qızı”nda rejissor assistenti kimi çalışan Mikayıl Mikayılov az yaşlı qəhrəmanın kamera qarşısnda olan məharətini bəyəndiyi üçün onu 1930-cu ildə quruluş verdiyi filmində baş qəhrəmanın roluna dəvət edir və filmi də məhz onun şərəfinə “Lətif” adlandırır. Yeri gəlmişkən, “Lətif” filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə həsr olunub. Balaca qəhrəmanın taleyi fonunda uzaq dağ kəndində kolxoz quruculuğu prosesi öz əksini tapıb. 1937-ci il... Studiyada dublyaj şöbəsi fəaliyyətə başlayır. L.Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”, “Professor Mamlük” və s. bədii filmlərin Azərbaycan dilində səsləndirilməsində rejissor köməkçisi, eyni zamanda aktyor kimi iştirak edir. “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli (1938), “Kəndlilər” bədii filmlərində rejissor köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar” sənədli filmlərində rejissor assistenti işləyir və çalışdığı sənətkarların hər birinin (Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov kimi sənətkarların) zəngin təcrübəsini öyrənirdi. 1939-cu ildə Gəncə Pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirən L.Səfərov təhsilini davam etdirmək məqsədilə Moskva Kinematoqrafiya İnstitutuna daxil olur. 1947-ci il “Çağırışa cavab” adlı kinooçerk çəkir. 1949-cu ildə çəkdiyi “Yeni həyat qurucuları” sənədli oçerki isə diplom işi kimi əla qiymətə layiq görülür. Onu da qeyd edək ki, Lətif Səfərov sadəcə ümidverici tələbə deyildi, eyni zamanda 7 yaşından kamera qarşısında dayanan, çəkiliş prosesini izləyən və öyrənən, eyni zamanda bütün bunları həyata keçirən peşəkar rejissor idi. 1950-ci il... Kinorejissor Qriqori Kozintsev tələbəsi Lətif Səfərov haqqında xasiyyətnamə yazır: “Yoldaş Səfərov tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla”qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 07.04.1950”. Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində Bəlkə də hər şey adi qaydasında davam edə bilərdi, əlbəttə göz önündə  olan haqsızlıqlara hamı susmasaydı... Belə bir deyim var: Haqsızlığı gördüyün halda susmaq özü ən böyk haqsızlıq hesab olunur...Bütün bunları görən Lətif Səfərov hamının yerinə danışmalı olur... 1952-ci il… Moskvada kino işçilərinin ümumittifaq müşavirəsi keçirilirdi. Bu müşavirədə Azərbaycan kinematoqrafçılarının bir qrupu iştirak edirdi, Lətif Səfərov da onların arasında idi. Və hər zamankı kimi susmağa üstünlük verən həmkarlarının yerinə danışmalı oldu: “Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt? Rejissor sənət dostlarını bir olmağa çağırırdı: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. HAŞİYƏ: Bu fikirlərdə birlik arzusu, öz işinə böyük həvəs göstərmək qabiliyyətilə yanaşı, eyni zamanda asılı vəziyyətdə olan bir respublikanın heç olmasa haqqlarına sahib çıxmağa olan bir çağırış var idi. Əslində bu bir  inqilab idi, kinematoqrafçının sadəcə kino sahəsində olan problemləri qabartmaqla kütləni ardınca aparmaq həvəsi idi...Və bu kütlə ayağa qalxardısa, o zaman bütün sahələrdə mövcud olan problemlər qabardırlardı ki, nəticə etibarilə də Azərbaycan, SSRİ deyilən bir birliyə qarşı üsyan elan edə bilərdi. Sovet düşüncəsi belə idi, sovet ideologiyası belə qurulmuşdu: Danışan susdurulmalı idi... ...Bütün maneələrə baxmayaraq gənc rejissor yoluna davam edir, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verir. Daha sonra isə "Sevimli mahnı" (Bəxtiyar”), “Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirir. 1958-ci il... Kino düşüncəsi, knodakı problemləri qabartmaq, deyəsən  işə yaramışdı. L.Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçilir və iş həyatına eyni ahənglə davam edir. Vəzifə onun xarakterini dəyişmir, əksinə daha çox mövcud nöqsanlara qarşı səsini ucaldır. 1961-ci il... Moskvada keçirilən ümumittifaq konfransda yenə də ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr...Əgər bütün kinematoqrafçılar cəsarətli olsaydı, yəqin ki, kinodakı problemlər zamanında öz həllini tapardı. Təssüflər olsun ki, Lətif Səfərov düşüncəsində olan knematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində olub. Bu dəfə də öz çıxışında kinematoqrafçının həyatını düşünürdü: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər? Daha başqa cür yaşaya bilmərik, daha belə olmaz. Yaradıcı adam ya kinematoqrafiyadan getməlidir, ya da kinoda söz demək gücünü göstərməlidir. Adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”. Təzyiqlər...Gözlənilməz zərbələr...Dönməz xarakter Böyük sənətə doğru inamla irəliləyən, sənət iddiası güclü olan  gənc rejissor bir çox maneələrlə rastlaşsa da, Azərbaycan kinosunda öz sözünü deməyi bacardı.Rejissorun kinoda quruluş verdiyi, çəkildiyi, filmlər toplusuna nəzər yetirək: "Bakı və bakıllar"(1957), "Bərəkətli torpaq"(1954), "Bəxtiyar"(1955), "Gilan qızı"(1928), "Kəndlilər"(1939), "Qızmar günəş altında"(1957), "Leyl və Məcnun"(1961), "Lətif"(1930) və s. Qeyd edək ki, ilk bədii filmini çəkdiyi dövrdən ona qarşı təzyiqlər olub. Rejissor taleyin gözlənilməz zərbələrinə məruz qalsa da, heç bir vaxt heç kimin qarşısında əyilmədi,  sənətə xəyanət etmədi. Əslində bu dönməz xarakter həyatın hər üzünü görmüş Lətif Səfərovda elə uşaqlıq illərindən formalaşmışdı. SSRİ dövründə-ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışlar etmək və belə çıxışları edənin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildi. 1963-cü il... Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayı keçirilir. Qurultayda ittifaqın sədrliyinə Lətif Səfərov deyil, Həsən Seyidbəyli seçilir. Bir sözlə, rejissor cəsarətli çıxışlarının qurbanı olur və göz görə-görə çətinliklə yaratdığı Kinematoqrafçılar İttifaqından uzaqlaşdırılır. Bu addım bilərəkdən atılır, çünki, Lətif Səfərovun həyatı kino ilə bağlı idi, o, kinodan ayrı yaşaya bilməzdi...Onun vaxtsız öümü də bunu bir daha təsdiqlədi... Kinoda öz səsi, öz nəfəsi, öz yozumu olan rejissor Bu məqalənin hazırlıq prosesində rejissor haqqında, onun filmləri haqqında bir çox xatirələrə rast gəldik, onlardan bəzilərini təqdim edirik.Filologiya elmləri doktoru Abbas Zamanov xatirələrində yazıb: “Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayınca filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Prinsipial, inadkar və son dərəcə çılğın idi...” 1954-cü il... Yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda “Bəxtiyar” filmindən bəhs edərək  yazırdı: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi (“Bəxtiyar” filmi nəzərdə tutulur) olmayacaqdır. 18 iyun 1954-cü il”. 1957-ci il... Bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində “Qızmar günəş altında” filmi haqqında fiirlərini söyləyib. “Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə öz təsirini göstərmişdir... Lakin bu səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”. SON SÖZ ƏVƏZİ: Azərbaycan kinosunda öz dəst-xətti olan Lətif Səfərov haqqında nə qədər çox danışılsa da, nə qədər çox yazılsa da yenə də azdır, çünki milli ruh düşüncəsi, milli kinonun inkişafında böyük rol oynayan rejissor ömrünü məhz bu yolda qurban edib.  Onun dediyi kimi, Azərbaycan kinosunda birlik olarsa, o zaman böyük uğurlara imza atmaq olar. Artıq müstəqil ölkə olaraq kinomuzda da da müstəqil düşüncələri təlqin edə bilərik...          

Avqust 2, 2019 13:43

Amaliya Pənahovanın xatirəsinə…

Azərbaycan kino sənətində qadın aktrisalarımızın sayı o qədər də çox olmayıb. Teatrdan kinoya olan axını nəzərə  alarsaq, o zaman görərik ki, aktrisalarımızın əksəriyyəti sənətdə ilk addımlarını məhz teatrdan başlayıblar və zaman keçdikcə bir çox aktrisalar ömrünü elə kinoya bağlayıb, bir çoxları isə teatrla bərabər kinoda da fəaliyyətlərinə davam ediblər. Onlardan Nəcibə Məlikova, Hökumə Qurbanova, Məhluqə Sadıqova, Leyla Bədirbəyli, Zərnigar Ağakişiyeva və b. adlarını çəkmək olar. Bu aktrisaların keçdiyi sənət yolu o qədər də asan olmayıb, ancaq hər biri yaratdığı obrazlarla istər teatr, istərsə də kino tarixinə adlarını yazmağı bacarıblar.Kino günündə haqqında bəhs edəcəyimiz aktrisa Amaliya Pənahova da teatr və kino sənətini heç vaxt bir-birindən ayırmayıb, çünki nəticə etibarilə hər birində obraz var və aktyordan tələb olunan sadəcə obrazı təbii ifa ilə canlandıraraq tamaşaçını inandırmaqdır. 500-dən artıq obrazın mahir ifaçısı Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Doğrudur ki, bir aktrisa kimi teatrda özünü gördüyü rolları yaratmaq teatrda mümkün olub, ancaq kinodakı rolları da heç də diqqətdən kənarda qalmayıb. Həm də bir məqamı unutmayaq ki, aktrisanın özünü görmədiyi rollardan imtina etdiyi hallar da olub.Tələbəlik illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın kinoya gəlişi heç də təsadüfi olmayıb, eyni zamanda heç də asan olmayıb.Bildiyimiz kimi kino qaydalarına əsasən hər filmin əsasən baş rollarına bir çox aktyorlar sınaq olunur və Bədii Şuranın seçimi əsasında obraza uyğun aktyorlar təsdiq olunurdular. Amaliya xanım da həmkarları kimi bir çox filmlərdə əsas rollara sınaq olunsa da, uğuruzluq ondan da yan keçməyib. Hətta dəfələrlə ona üz cizgilərinin kino üçün uyğun olmadığını söyləyir, bəlkə də onu ruhdan salmağa çalışıblar.  Bildiyimiz kimi milli ruhlu rejissor kimi tanıdığımız Adil İsgəndərov kinoda azərbaycanlı aktyor nəslinin daha çox rol almasına və gənc aktrisaların potensialını təsdiqləməsinə geniş şərait yaradan sənətkarlardan biri olub. 1963-cü il...Adil İsgəndərov quruluş verdiyi “Əhməd haradadır” filmində gənc kadrları bir araya toplayır.Qeyd etdiyimiz kimi rejissorun məqsədi həm filmində yeni simalarla tamaşaçı qarşısına çıxmaq, eyni zamanda da həmin kadrları gələcək filmlər üçün yetişdirmək, rejissorların diqqətində saxlamaq idi. Bəhs etdiyimiz filmdə  Məsmə epizodik rolu Amaliya Pənahovaya tapşırılır. Bu filmdən əvvəl isə aktrisa artıq Əlisəttar Atakişiyevin quruluş verdiyi “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi. Daha sonra aktrisaya “Cazibə qüvvəsi” filmində(rej-Həsən Seyidbəyli) idmançı obrazı tapşırılır. Tələbəlik illərində kinoda çəkilmək böyük uğur sayılsa da, aktrisa daha geniş planlı rollarla özünü sənətdə təsdiqləmək istəyirdi. Yeri gəlmişkən, Həsən Seyidbəylinin yaradıcılığına nəzər salanda şahid oluruq ki, o bir rejissor kimi əsasən gənc nəsli, tələbələri, hətta hətta sənətə dəxli olmayanları kinoya gətirib. Rejissor növbəti dəfə aktrisaya  “Sən niyə susursan” (1966-cı il) filmində ana rolunu həvalə edir. Teatrda qaynar iş fəaliyyətinə başlayan Amaliya Pənahova kinodan gələn üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, hər birini böyük maraqla oyayır. Bu baxımdan aktrisanın “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları diqqəti çəkir, yadda qalır. İlk böyük rolların həyəcanı və ya geniş tamaşaçı auditoriyasının diqqət mərkəzində 1977-ci il...Rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” nağıl filminin çəkilişlərinə başlayır. Sınaq çəkilişlərində hər zamankı kimi qrup şəklində obrazlar üçün yoxlanılan aktyorlar çox olsa da Zərri obrazına Amaliya Pənahova təsdiq olunur. Zərri obrazı aktrisanın kinoda ilk böyük rolu idi.Eyni ildə Arif Babayev onu quruluş verdiyi “Arxadan vurulan zərbə” filmindəki Ziba obrazına dəvət edir. Etiraf edək ki, Ziba obrazı maraqlı olduğu qədər də yaddaqalandır. Aktrisa tənha həyat sürməsinə baxmayaraq öz zəhməti ilə yaşayan obrazın daxili dünyasını böyük ustalıqla açıb göstərə bilir. 1979-cu il...”Azərbaycanfilm” kinostidiyası həmin ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi film Həsən Seyidbəylinin quruluşuna çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Yəni bütün obrazlara uyğun aktyorlar seçilmişdi. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir. Xatırladaq ki, bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur ki, müəyyən səbəblərə görə (həmin il Həsən Seyidbəylinin səhhətində problem yarandığı üçün o xəstəxana şəraitində müalicə olunurdu) sonralar ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.Mətləbdən uzaqlaşmayaq, Zərnicə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktira Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi.  Bəli, Zərnisə,aktrisanın kino yaradıcılığında zirvə hesab olunan rolu idi...Amaliya Pənahovanın xatirələrindən: ““Babək” çox gözəl filmdir... Bu film artıq demək olar ki, bir bayrağa çevrilib. Bütün bayramlar, digər tədbirlər zamanı mütəmadi nümayiş etdirilməsi belə deməyə əsas verir. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim. Ümumiyyətlə isə bir sıra tarixi filmlərə çəkilmişəm.  “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. Yeri gəlmişkən, “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi”.Sonralar Amaliya Pənahova bir çox rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir. Kadrarxası məqamlar və ya çəkiliş meydançasından kadrlar... Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək... Ürək...”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürür. 1980-ci il...Dramaturq Ilyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında "Gözlə məni" filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Yenə də önəmli rollardan biri olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir. Film haqqında oxuyuruq: “Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir". Amaliya xanım xatirələrində həmin epizodu belə xatılayır: “Çəkilişləri vaxtı oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik... O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.Göründüyü kimi, aktyor sənətinin belə çətinlikləri də var. Və hər aktyor, aktrisa da belə çətinliklərə tab gətirə bilməz. Ümumiyyətlə aktyor çətin tryuklardan imtina edə bilər, bu, onun haqqıdır. Ancaq həmin tryuklara çəkilə də bilər.Amaliya Pənahova elə aktrisalardandır ki, obrazın təbii alınması üçün bütün çətinlilkləri öz öhdəsinə götürə bilərdi, götürürdü də... Son illər aktrisanı kino ilə bağlı narahat edən məqamlar da vardı, müsahibələrində bu barədə deyib: “Artıq kinoda milli mənsubiyyətimizdən kənara çıxdığımızı görürəm. O filmlərdə sevdiyimiz sənətkarları görmürük. Bunlar çox böyük amildir. Eyni zamanda, bu gün biz kinolarımızda ürəyimizə yaxın mövzuları görmürük. Bəlkə mən geri qalmışam, bütün bunlar inkişafdan xəbər verir. Bizim filmlərimizin öz dəsti-xətti var. Təsadüfi deyil ki, ən çətin dövrdə - 1945-ci ildə "Arşın mal alan" dünyanı zəbt etdi. Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi ilə... Biz yalnız bununla maraq kəsb edə bilərik. Muğamımız bütün dünyaya səs salıb, çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə bilməz. Həmçinin kinomuz da, teatrımız da belə olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda yoxdur. Bizi sevənlər azdır və təbliğ edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli kökə söykənən, milli kadrlarımızla tanıtmalıyıq”. Bu, peşəkar bir aktrisanın, istər teatrda, istərsə də kinoda SÖZ demək gücünü göstərmiş sənətkarın ölümündən qabaq sənətlə bağlı keçirdiyi narahatçılıqlar idi...Amaliya Pənahova sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu, davamçıları həmin izlə addımlayır. O, elə aktrisa doğulmuşdu, onu başqa sahənin adamı kimi görmək mümkün deyildi, özü də bu fikirdə idi: “"Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”...                      

İyul 30, 2019 10:43

Milli seriallar sənət nümunəsi kimi…

Son illərdə seriallar gündəlik həyatımızın bir parçasını çevrildi desək, yəqin ki yanılmarıq. Azərbaycan teleməkanında ilk dəfə Braziliya serilları, daha sonra Rusiya və Türkiyənin yayınladığı seriallar daxil oldu. Və illər keçdikcə hər kəs seçimini etdi ki, nəticə etibarilə də hazırda əsasən Türkiyə serialları liderlik etməyə davam edir. Serialların mənfi və müsbət tərəfləri olduğu kimi, eyni zamanda təsir qüvvəsi də çox güclüdür. Məsələn, təsir altına tez düşənlərin seriallara baxaraq təsirlənməsi təbii hal olduğu qədər də bir qədər qorxunc məqamlara da yol aça bilər. Xüsusilə az yaşlıların TV qarşısısnda oturaraq saatlarla serillara baxması gələcəyimiz üçün təhlükə yarada bilər. Bəlka burasındadır ki, az yaşlılar adətən mənfi xarakterlərə daha çox meyl edirlər. Çünki uşaq beyni təmiz olduğu qədər də gördüyü hər bir şeyə inanır. Çox təəssüf ki, yaşadığımız dövrdə ölkədə baş verən proseslərdən dolayı valideynlər sanki uşaqlarının uşaq dünyasına tamamilə biganə qalıblar-uşaq nə istəyir, niyə istəyir, uşaq dünyası nədən ibarət olmalıdır və s. düşüncələr arxa plana keçib. Bəlkə bu səbəbdəndir ki, uşaqların serillara baxaraq özlərini ordakı mənfi və ya müsbət, əsasən müsbət qıəhrəmanlara bənzətmələri təbii haldır. Azərbaycan tamaşaçılarının seriallara olan marağı kinematoqrafçıların diqqətindən yayınmadı və məhz bu səbəblə artıq bizim də mili seriallarımız yaranmağa başladı. Çox təəssüf ki, dünya seriallarındakı hadisələr bizim seriallarda da öz əksini tapdı. Bütün bunları nəzərə alaraq bir çox sənət adamlarının seriallara olan münasibətini, onların serialları sənət nümunəsi hesab edib-etməməsini, eyni zamanda dünya ölkələrinin çəkdiyi seriallarda maddi təminat, yeni yaranan milli serialların nə dərəcədə qənaətbəşx olması kimi suallar ünvanladıq. İlk suall aktyor-rejissor Rövşən İsaxa müraciət etdik. Serial rejissoru kimi tanıdığımız rejissorun seriallara olan münasibəti pis deyil və yaxşı hesab etdiyi sənət nümunələrinə baxır:  “Serial sənət nümunəsi ola bilər. Amma bunun üçün başqa meyar olmalıdır. İşə münasibətdən tutmuş, mövzu, seriya sayı, istehsal müddəti və s. Maddiyat çox olsa baxımlı serial çəkə bilərəm, anlayışı isə gülüncdür. Nəzərə alsaq ki, Azərbaycanda serial çəkilişinə artıq bir neçə ildir ki, start verilib və məhz bu baxımdan milli serillaarı qənaətbaxş hesab etmək olar”. Rejissor belə hesab edir ki, illər keçdikcə milli serillarımız inkişaf edəcək ki, nəticə etibarilə də dünyaya çıxmaq da mümkün olacaq. Aktyor-rejissor Sərvər Əliyev də seriallara munasibətinin  yaxşı olduğunu söyləyir: “Bildiyiniz kimi il ərzində o qədər də çox film çəkilmir, bu baxımdan da aktyorların yeni kino obrazları ilə tamaşaçıların qarşısına çıxması mümkün olmur. Serial cəkilişləri yeni  kino aktyorunun yetişməsində əhəmiyyətli rol oynayir. Şəxsən mən seriala cəkildikdən sonra kinoda əsas rola dəvət aldım. Bundan başqa serial aktyroun maddi təminatını da bir qədər yüksəldir-serialı əlavə qazanc kimi də dəyərləndirmək olar”. Aktyor hesab edir ki, bütün seriallar olmasa da bir çox seriallar var ki onları sənət nümunəsi hesab etmək olar. “Zənnimcə, Rusiya kinematoqrafçılarının çəkdiyi, sovet dövrünün ən qiymətli sənət nüminəsi hesaab olanan “Baharin 17 ani” buna canlı misaldır”. Qeyd etdiyimiz kimi bir vaxtlar Braziliya serialları dünyaya səs saldı ki, həmin dövrlərdə də Azərbaycan kimi bir çox ölkələrdə serial çəkmək düşüncəsinə qapılmağı heç ağıllarına belə gətirmirdilər. “Braziiliya serialları hazırda nə bizim ölkədə, nə dəd digər ölkələrdə o qədər də baxımlı deyil. Onların uğuru əsasən maddiyyətlə bağlı olduun üçün serial bazarina da tez cixmağı bacarmışdılar. Çox şükür ki, gec də olsa artıq Azərbaycanda da dövlət tərəfindən serial cəkilişləri üçün pul ayrılmağa başladı. Özünüz də şahidsiniz ki, İl ərzində, eyni vaxtda bir nece serial cəkilişləri gedərək yayınlanır". Serialların nə dərəcədə qənaətbəxş olmasına gəlincə isə, aktyor o fikirdədir ki, aktyorluğa dəxli olmayanları seriala çəkmək olmaz. “Çox təəssüf ki, bəzi rejissorlarımız hər yoldan ötənləri seriala dəvət edir ki, nəticədə də serilların inkişafına xələl gəlir. Bizim kifayət qədər istedadlı aktyor ve aktrisa ordumuz var və bu ordununn gücündən mütləq istifadə olunmalıdır”. Əks halda çəkilən seriallar tamaşaçı kütləsini itirə bilər. “Peşəkarlara üstünlük verən rejissorlarımız çoxdur. Onlardan Asif Abramovun, Cavid Təvəkkülün, Rövşən İsaxın, Sirac Mustafayevin adlarını qeyd etmək istərdim”. Sərvər Əliyev milli seriallarımızızn yaxın gələcəkdə sərhəddən kənara çıxacağına inanır. Xalq artisti Ağaxan Salmanlının fikrincə, tamaşaçılar artıq serial izləməyə alışıb: “Bir vaxtlar "Sadəcə-Mariya", “İzaura" adlı seriallara baxırdıq. Əvvəllər serialların çəkilişi çoxseriyalı filmlər kimi olurdu, hazırda isə seriala bir dəfə baxımlıq mənasında yanaşırlar. Yəni, epos, roman povest və gündəlik qəzetlə müqayisədə qəzet kimi, bir dəfə oxunur və bununla da unudulur. Eyni zamanda seriallar süni formada o qədər uzadılır ki, artıq seyrçilər də baxmaqdan bezirlər. Milli seriallara gəlincə, səviyyəsi o qədər də qənaətbəxş deyil ki, bu da əsasən maliyyə məsələləri ilə bağlıdır. Belə bir vaxtda dünyaya çıxmağı arzulamaq bir qədər yersizdir. Öncə milli serialların səviyyəsi yüksəlməli, zövqümüzü oxşamalıdır, daha sonra dünyayay necə çıxmanın yollarını axtarmalıyıq. Azərbaycan filmlərinin əksəriyyətində önəmli rollara imza atan Elnur Kərimov Azərbaycan seriallarının inkişaf dövrünü yaşadığı fikrini irəli sürüb: “Təbii ki, bu mərhələdə heç nə keyfiyyətli ola bilməz. Lakin keçən illə müqayisədə bu il çəkilən seriallar arasında fərq var, inkişaf hiss olunur. Problemin kökündə duran məsələ aktyorlarla bağlı idi. Əgər onlardan bəziləri müğənni olmaq, şou-biznesdə, sənət adamlarının yanında, cibində olmağa can atırdısa, bu gün belə deyil. Bəzi seriallar var ki, cəmiyyət arasında ajiotaj yarada bilir. Artıq aktyor sənətilə maraqlananların sayı artır. Azərbaycanda yeni çəkilən serialları türk və rus serialları ilə müqayisə edirlər. Bu heç də məsələyə düzgün yanaşma deyil. Müqayisə etmək üçün səbrli olmaq lazımdır. Hal-hazırda Azərbaycan televizyalarında çəkilən seriallar çox keyfiyyətlidir. Biz özümüz-özümüzə qiymət verməliyik, əks təqdirdə irəli gedə bilmərik. Əgər inkişaf olmasaydı, dövlət tərəfindən çəkilişlər üçün pul ayrılmazdı. Bu gün televizyalarda istənilən janrda serial çəkilir. Biz sıfırdan başlamışıq, ona görə də serialları ucdantutma tənqid etmək düzgün deyil”. Qeyd etdiyimiz kimi gündəlik həyatımızın bir parçasına çevrilən serialların tamaşaçı kütləsində qadın tamaşaçılar çoxluq təşkil edir. Və əgər söhbət qadınlardaan gedirsə demək olar ki, evdar qadınlar tamaşaçaı qismində üstünlük təşkil edirlər. Azərbaycan Sosioloqlar Birliyinin İcraçı Direktoru, “Aktual” elmi-sosioloji Araşdırmalar Mərkəzinin Rəhbəri Əbülfəz Süleymanlı məhs bu məqama toxunub: “Evdar  qadınlar gün ərzində yeməyin bişməsini, uşağın yatmasını, uşaqların məktəbdən qayıtmasını, arada serialların başlamasını və nəhayət evin kişisinin də gəlməsi ilə ailənin bir yerdə toplanmasını gözləyirlər”.  Bu baxımdan da seriallar bir tərəfdən qadınları ən əsas məqsədlərinin ailələrini bir yerdə və xoşbəxt olmaq mövzusunda inandırarkən, digər bir tərəfdən bu idealı həyata keçirməkdə aciz qalacaqlarını söyləyərək, təsəlli edirlər. “Çünki seriallar heç vaxt davamlı bir tarazlığın olmayacağı, başlayan hər bir əlaqənin bir gün sona çatacağı, yəni bir evliliklə bərabər ayrılıq toxumlarının da əkildiyi, “sonsuza qədər bir yerdə və xoşbəxt” ola bilməyəcəyi fikrinə qadınları inandıraraq, onları öz yaşayış praktikalarında rastlaşdıqları sıxıntı və müvəffəqiyyətsizliklər mövzusunda dəstək verirlər. Bu baxımdan şübhəsiz ki, serialların qadınlara və ailə həyatına mənfi nümunə təşkil etdiyi aşkardır. Eyni zamanda bu seraillar ailə həyatı qurmaq astanasında olan və yaxud yeni ailə həyatı qurmuş gənc xanımlara da təsir göstərir”fikrini ifadə edən ekspert söylədi ki, “ gənc qızın tamaşa etdiyi serialın qəhrəmanı və ya kumiri olan müğənni bütün günü gözəllik salonunda, əyləncə mərkəzində, rəfiqələri ilə birlikdə özünə vaxt ayırmaqla keçirir. Ev işlərini isə onun əvəzinə ya evin qulluqçusu görür, ya da ən yaxşı halda həyat yoldaşı ilə birgə həyata keçirirlər”. Təsadüfi deyil ki, serial qəhrəmanı öz karyerasını, yeri gələndə ailə maraqlarından üstün tutur. Əslində serial kino sənətinin bir qolu olduğu üçün orda baş verən hadisələr reallığa yaxın olduğu qədər də bir o qədər reallıqdan uzaqdır. Bu baxımdan tamaşaçılar mıəhz bu məqamı nəzərə alması vacibdir, yəni seriallarda baş verən hadisəlırin ardınca getməyin bir mənası yoxdur. Əgər hadisələrin ardınca gedilirsə bu zaman tamaşaçı sözün həiqiqi mənasında həyatını təhlükəyə ata bilər. Ekspertin fikrincə desək, yenicə ailə quran xanımlar əgər seriallarda gördüyü həyatı öz ailəsində tətbiq etmək istərsə, nəticədə də nəticədə insident və boşanma kimi arzuolunmaz hallar baş verə bilər. Belə təhlükələrdən uzaq olmaq üçün sadəcə seriallar deyil, ümumiyyətlə kinoda gördüyünüz bütün hadisələrin güclü təxəyyülün məhsulu kimi qəbul etməli və estetik cəhətdən zövq almaqla kifayətlənmək yetərlidir.

Yanvar 29, 2018 15:34

Çox ciddi, çox tələbkar və çox sadə…

10 dekabr 1998-ci il aktyor Süleyman Ələsgərovun dünyasını dəyişdiyi tarixdir. Soyuq bir qış günündə haqqın dərgahına qovuşan aktyor uzun illərdir aramızda olmasa da daima xatirələrdə yaşayır.Yeri gəlmişkən, 2 il öncə aktyorun 100 illik yubileyi doğma teatrında-Gənc Tamaşaçılar Teatrında geniş şəkildə qeyd olundu. Süleyman Ələsgərovun 63 il ömrünü həsr etdiyi doğma teatrı onu heç bir vaxt unutmur.Bir neçə gün öncə aktyorun qızı Sevil Ələsgərova ilə bağlantı quraraq onunla görüşüb uzun-uzadı söhbət etdik. Atasına böyük sevgi ilə bağlı olan Sevil xanım Süleyman Ələsgərov haqqında olan xatirələrini də elə böyük sevgi ilə dilə gətirdi... -Ömrün 63 ilini teatra, kinoya, ümumiyyətlə isə sənətə həsr edən, fasiləsiz çalışan Süleyman Ələsgərov üçün ailə nə demək idi, ümumiyyətlə isə sənətkar ailəsində doğulmaq necə bir hissdir? -Mən fəxr edirəm ki, məhz Süleyman Ələsgərov kimi bir sənətkarın qızıyam, Onun kimi bir sənətkarın ailəsində dünyaya göz açmışam, onunla daima fəxr edirəm. Atam sənətini nə qədər çox sevirdisə, ailəsini də bir o qədər çox sevirdi, hətta ailədə öz qayda-qanununu yaratmışdı. Çox ciddi, çox tələbkar insan idi. Onun tək övladı olmağıma baxmayaraq mənə qarşı da çox tələbkar idi. Hələ 1-ci sinifdə təhsil aldığım zamanlardan hər həftənin sonunda atamla kitab mağazasına gedirdik, mənim üçün nağıl kitabları, uşaqlara aid şer kitabları alırdı və deyirdi ki, “mütləq oxu”, sonra da nəzarətdə saxlayırdı, oxuduqlarım üzərində fikir mübadiləsi aparırdı, necə başa düşdüyümlə maraqlanırdı, mənim üçün başa düşəcək bir dildə məlumat verirdi və s. Hətta hələ məktəbə getmədən öncə mənə o qədər nağıl, hekayə danışardı ki, düşünürəm ki, mən atamın nağılları ilə böyüdüyüm üçün, həyata da elə onun gözü ilə baxaraq böyümüşəm. Biz belə görmüşük ki, ana övladını layla çalaraq yatırdır, ancaq bizdə bu fərqli idi, məni atam nağıl danışaraq yatırdardı. Etiraf edim ki, yaş üstə yaş gəldikcə atamın mənə qarşı olan tələbkarlığı daha da artırdı. Bütün tamaşalara, tamaşaların ilk təqdimatına anamla birgə məni də aparırdı. Hərdən məni yeni hazırlanan tamaşaların məşqlərinə də aparırdı. O vaxtlar artıq orta məktəbin yuxarı sinfində təhsil alırdım. Yəni 9-cü, 10-cu sinifdə təhsil alan yeniyetmə bir qızın teatr sevgisinin yaranması, teatrla yaxından tanış olması, korifeyləri səhnədə canlı görməsi o demək idi ki, onun həyat tərzi yüksək mədəniyyət üzərində qurulurdu. -Əslində insanın həyat bünövrəsi elə uşaqlıq illərdindən başlayaraq qoyulur ki, nəticədə də orta məktəb illərində bu, formalaşma həddinə gəlib çatır. Ancaq yenə də insan bunun fərqində olmur. -Fərqində olmur, çünki sadəcə gördüklərini öyrənməyə çalışır, öyrənmə isə zamanla təcrübəyə keçir, artıq təcrübə həyatımızda rol oynamağa başlayır. Təsəvvür edin ki, o illərdə Gənc Tamaşaçılar Teatrında bir qaynar iş sistemi var idi ki, elə dramaturqların əsərləri səhnələşdirilirdi ki, elə korifeylər səhnəyə çıxırdı ki, onları görmək belə mənim həyatımda böyük bir iz buraxdı ki, buna görə də hər zaman atam Süleyman Ələsgərova minnətdar olacağam. Söhbət 70-ci illərdən gedir. Yaxşı yadımdadır, Teymur Məmmədovun “Ürək yanarsa” əsərini teatr səhnələşdirmişdi, 10-cu sinifdə təhsil alan şagirdlərin məktəb həyatından, məktəbdə yaranan ilk sevgidən, təlim-tərbiyədən, müəllimlərin pedaqoji cəhətdən uşaqlara yanaşmasından bəhs edirdi. Süleyman müəllim həmin tamaşada sinif rəhbəri Qüdrət müəllimi oynayırdı. Bu tamaşaya dəfələrlə gedib baxırdım. Bundan başqa Qeybulla Rəsulovun “Əlvida, Hindistan” əsəri həmin illərdə səhnə üçün hazırlanmışdı. Məhşur səyyah Zeynalabdin Şirvaninin həyatından, xüsusilə Hindistana səfəri və az yaşlı hind uşağını övladlığa götürməsi əsərin əsas süjet xəttini təşkil edirdi. Bundan başqa, “Romeo və Cülyetta”, “Ovod” əsərləri üzərində hazırlanan tamaşalara baxırdım və hər birində də atam aparısı rollardan birini oynayırdı. Bu tamaşaların hər birinə baxdıqdan sonra evə gəlincə atam mənimlə diskussiya xarakterli bir müzakirə aparırdı, bilmək istəyirdi ki, bu əsərlərdən nə öyrənmişəm, hansı nəticəni çıxartmışam. Mənimlə o qədər sorğu-sual aparırdı ki, bütün bunlar da mənim sənətə, incəsənətə, ədəbiyyata olan marağımı daha da artırdı. -Süleyman Ələsgərovun 1961-ci ildə "Komsomol poeması"nda oynadığı Səməd Vurğun rolu və bu rola görə layiq olduğu mükafat aktyorun sənət həyatında çox uğurlu ifalardan biri olub... -Öncəliklə bu tamaşaya bəlkə 50 dəfə baxmışdım, sadəcə mən deyil, ümumiyyətlə böyük tamaşaçı kütləsinin diqqətində dayanan uğurlu tamaşalardan biri idi. Tamaşada Yusif Vəliyev Gəray bəy rolunda, Əminə Yusifqızı Humay, Həsən Əbluç Cəlal rolunda idi. Tamaşa şedevr idi, baxdıqca baxmaq istəyirdin. Tamaşada Gəray bəyin dəli olma səhnəsi var idi, o səhnədə Yusiv Vəliyevi sadəcə görmək lazım idi. İnandırım sizi ki, onun Gəray bəyindən sonra Həsən Turabovun kinoda oynadığı Gəray bəyə baxa bilmədim. Əminə Yusif qızının Humayından sonra başqa Humaya baxa bilmədim, eləcə də digərləri. Atamın bu tamaşada səhnəyə gəlişi çox möhtəştəm idi, pərdə açılır, səhnə qaranlıq və projektor sadəcə Səməd Vurğun obrazını, sözün həqiqi mənasında yaşayan Süleyman Ələsgərovun üzərində dayanırdı. Atam etiraf edirdi ki, bəlkə 100 dəfə bu tamaşayla səhnəyə çıxdım, hər dəfə də böyük həyəcan yaşadım. Bu rola görə, Respublika Lenin komsomolu mükafatının laureatı olub. Yeri gəlmişkən, tamaşanın rejissoru Zəfər Nemətov idi. Bildiyiniz kimi Azərpaşa Nemətov Zəfər nemətovun oğludur, o da atası kimi gözəl səhnə əsərlərinə quruluş verir. Onu da qeyd edim ki, bütün rejissorlar kimi, Zəfər Nemətovun da daima bərabər çalışdığı aktyorlar var idi ki, onlardan biri də atam idi. -Süleyman Ələsgərov əsasən müsbət qəhrəmanları oynayıb. Mənfi rollara münasibəti necə idi, ümumiyyətlə mənfi rollar oynamışdı? -Mənfi rollar oynayıb, ancaq bunlar sayca çox azdır. Məsələn, Cəfər Cabbarlının “Yaşar” tamaşasında İmamyar rolunu oynayıb. Deyəsən, elə mənfi rolu yalnız İmamyar olub. Bilirsinizmi, onun üz cizgilərində elə bir nur var idi ki, sanki müsbət obrazlar üçün doğulmuşdu. Təbii ki, bu kimi məqam da rejissorların diqqətindən qaçmırdı. Ancaq hər zaman deyirdi ki, aktyor mənfi, müsbət fərqi yoxdur, bütün rolları oynamalıdır. -Qeyd etdiyiniz kimi hər zaman teatrlarda hazırlanan tamaşalarla yaxından maraqlanır və hər birinə də baxmağa can atırsınız. Müqayisə edərkən nələrin şahidi olurasunuz. Məsələn, əvvəl hazırlanan tamaşalar və ya hazırda hazırlanan tamaşaların bir –birindən fərqi nədir? -Əvvəla əsas olan odur ki, müstəqilik illərinin ilk illərində ölkədə olan böhranlı duruma baxmayaraq dövlətimiz teatra maddi gücünü əsirgəmədi, teatrı yaşatdı. Və yaxşı ki, yenə də teatrlarda tamaşalar hazırlanır, yeni nəsil yetişir, aktyor axını var, tamaşaçı var. Ancaq hər zaman diqqətimi bir məqam çəkir- Səhnə tərtibatı dekorasiyalar. Əvvəllər hər tamaşaya uyğun elə səhnə tərtibatı qurulurdu ki, bunu sözlə ifadə etmək yox, elə gözlələ görmək lazım gəlir. Hazırda da var, ancaq əvvəlki tamaşalarda olan effekti vermir. -Süleyman Ələsgərov teatr aktyoru kimi saysız-hesabsız rollara imza atdı və teatrda layiq olduğu qiyməti aldı, ancaq kinoda o qədər də şanslı olmadı, o günə qədər ki, “Bizim Cəbiş müəllim”də Cəbiş müəllim rolunu oynadı... -Bildiyiniz kimi film çəkilişlərində hər rola, xüsusilə baş rollara bir çox sayda aktyorlar sınaqdan keçirilir. Cəbiş obrazına da bir neçə aktyor sınaq olunmuşdu və əsas rəqabət Rza Təhmasiblə atam arasında gedirdi. Rza Təhmasib böyük sənətkar idi, ifa etdiyi rolları əvəzsiz oynadığı kimi, quruluş verdiyi filmlər də Azərbaycan kinosunda ən dəyərli sənət nümunələri hesab olunur. Ancaq son söz rejissorun idi. Bildiyim qədəriylə Rza Təhmasib Cəbiş rolunu oynamaq istəyib, hətta rejissora da öz fikrini deyib. Ancaq Həsən Seyidbəyli “bu sənin rolun deyil, Cəbiş elə bir insandır ki, onun üzü, görünüşü çox sadə olmalıdır, bir sözlə, üzündən nur tökülməlidir” deyib və rola atamı təsdiq edib. Çəkiliş prosesində atamla rejissor arasında belə bir söhbət olub-“Cəbiş səfeh deyil, o sadəlövhdür və məsumluğu da məhz sadəlövhlüyüqndən irəli gəlir”. Təsəvvür edin ki, çəkilişlərin əksəriyyəti gecələr olurdu. Çəkiliş prosesində rejissor atama “qızını gətir onu da çəkək” desə də, ancaq atam razılaşmayıb və “qızımı sənətə cəlb etməyin” deyib. Atam məndə olan həvəsi gördüyü üçün belə etdi, çünki bu sənətdə məni görmək istəmirdi, deyirdi “çox çətin sənətdi və sənin bu çətinliklərlə üz-üzə qalmanı istəmirəm”. 10-cü sinfi bitirəndə atama yalvarırdım ki, məslək olaraq incəsənəti seçməyimə izn versin. Ancaq sonda qərar verdim ki, filoloq olum. İndi şükür edirəm ki, yaxşı ki, zamanında atamın sözünü dinlədim-filologiyanı seçdim. Bilirsinizmi atam haqqında nə qədər çox danışsam, bir o qədər azdır, çünki onunla bağlı o qədər xatirələrim, gözəl günlərim var ki...        

Dekabr 12, 2017 14:23

“Adsız qadın”ın həyat hekayəsi

Bir neçə il öncə az qala bütün mətbuat qardaş Türkiyədə Qarabağ mövzusunda hazırlanan tamaşadan bəhs edirdi.Nəhayət tamaşa hazırlandı, təhvil verildi və tamaşaçıların baxışına təqdim olundu. Əslində ilk təqdimatdan çox şey asılı olsa da, bir məqamı unutmamalıyıq ki, səhnəyə qoyulan hər tamaşa nümayiş etdirildikcə inkişaf edir ki, nəticədə də tamaşada baş verən hadisələr getdikcə daha da inandırıcı olur, öz canlılığını qoruyub saxlayır. Haqqında bəhs edəcəyimiz “Adsız qadın” tamaşası da məhz həyəcanla gözlənilən tamaşalardan biri oldu. Tamaşa eyni zamanda Türkiyədə yenicə fəaliyyətə başlayan  İstanbul Azərbaycan Teatrının ilk layihəsidir və  2016-ci ilin dekabr ayından başlayaraq geniş tamaşaçı kütləsinə təqdim olunur. Əslində qardaş ölkənin tamaşaçıları mövzuya böyük maraq göstəriblər desək, yəqin ki, yanılmarıq. Ən azından ona görə ki, Türkiyə də Azərbaycan qədər Qarabağ torpaqlarının işğaldan azad olunmasını tələb edir və bu istiqamətdə mübarizə aparır. Mətləbdən uzaqlaşmadan bildirək ki, Qarabağ mövzusu üzərində qurulan tamaşada Xocalı faciəsi bir ailənin timsalında təsvir olunub. Faciənin baş verdiyi zaman ailə üzvlərini itirən, erməni girovluğunda işgəncələrə məruz qalan və bütün bu insanlıq faciəsinin şahidi olan QADIN-ANA  keçirdiyi ağır ruhi sarsıntı nəticəsində ağlını itirir. Uzun illər sonra qadın, sanki olanları xatırlayır və gördüklərini danışmağa başlayır. Əslində tamaşada bütün hadisələr məhz Ananın danışı ilə inkişaf etməyə başlayır...Bütün qadınlar-analar bəlkə də bir-birinə ona görə bənzəyir ki, onların hər biri müharibəyə, terrora, göz yaşına –YOX- deyir. Çünki qadın atanı, həyat yoldaşını, oğlunu itirməklə elə qadınlığını, analığını da itirir.Yeri gəlmişkən, “Adsız qadın”ı qələmə alan, Qarabağ mövzusunda yazdığı əsərlərlə tanınan yazıçı - dramaturq Aygün Həsənoğludur.  Əsərlərində Azərbaycan tarixinə və Qarabağ müharibəsinə müxtəlif prizmalardan, müxtəlif mövzular və obrazlar silsiləsi ilə yanaşan müəllif bu əsərdə Qarabağ müharibəsini və Xocalı soyqırımına bəşəri faciə və insan faciəsi nöqteyi-nəzərindən yanaşmışdır. Bütün obrazlar və səhnələr tamaşaçəya təsir edir, onu həyəcanda saxlayır. Hətta tamaşaçı hadisənin sonluğunu bilsə də finala qədər intizarda qalır.Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaşıçısı Kəmalə Nəbibəylidir. Böyük maraqla qarşılanan “Adsız qadın” tamaşası hazırda rus dilində də hazırlanır. Bütün bunlar bir daha göstərir ki, “ADSIZ QADIN”  tamaşası həm Xocalı soyqırımının və Azərbaycan-Dağlıq Qarabağ tanıdılmasında, həm də İstanbul Azərbaycam Teatrının daha yüksək arenaya çıxmasında və mədəniyyət və tariximizin təbliğində böyük rol oynayacaqdır.        

Avqust 22, 2017 15:55

“Mozalan” satirik kinojurnalının yaranma tarixindən

1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Mozalan” satirik kinojurnalı təsis edilib. Bu, SSRİ dövrünün ən qaynar bir zamanına təsadüf edir ki, həmin məqamlarda hər hansı bir sahələrdə olan problemli məqamları qabartmaq o qədər də asan məsələ deyildi. Yəni,  kinojurnalın əsas məqsədi ölkədə mövcud olan problemli məqamları satira dili ilə xalqa çatdırmaqdan ibarət olub. Sənədli süjetlərdə müxtəlif istehsalat obyektlərindəki əyri-əskikləri lentə alaraq xalqı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi.  Kinojurnalın ilk filmi “Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet olub. Filmdə məruzəçi “Mozalan” sözünün yumorustik mənalarını izah etməklə kinojurnalı sanki açır və kinojurnalın gələcəkdə hansı mövqe tutacağını göstərir.Onu da qeyd edək ki, kinojurnalda indiyə qədər 180-dən çox nömrə istehsal olunub və hər nömrədə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. “Mozalan”satirik kinojurnalının ilk yaradıcı heyətinə Oqtay Mirqasımov, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə, Arif Babayev, İsi Məlikzadə və b. daxil idilər. Kinojurnalın ilk nömrəsində üc sujet olub- Qeyd etdiyim kimi “Hörmətli alim yoldaşlar” sujetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu. “Yüz vəd bir  borcu ödəməz” adlı 2-ci sujetdə isə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən danışılırdı.3-cü süjetdə – “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının  nəzərə  alınmaması tənqid olunub. Eyvaz Borçalı jurnala redaktor təyin edildikdən sonra işin ümumi gedişatında böyük dəyışikliklər edilib. Belə ki, Oqtay Mirqasımov sonra isə Ziyafət Abbasov bəddi rəhbər kimi, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev isə müəlliflər kimi  işə cəlb olunurlar. “Mozalan”a şöhrət gətirən sujetlərdə nəhəng aktyorların – İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlınin iştirakı idi, eyni zamanda Anar, Elçin, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fikrət Qoca – böyük bir ordu kinojurnal üçün cəlb olunub. Və beləliklə də Azərbaycanın ən böyük satirik jurnalında böyük bir yaradıcı ordu yaranır. Bu da o deməkdir ki, artıq “Mozalan”ın ildə 4 nömrəsi hazırlanmağa başlayır.Yeri gəlmişkən, “Mozalan” satirik kinojurnalının ilk baş redaktoru Eyvaz Borçalı(1971-1984) olub.  Onun redaktorluğu dövründə jurnal bir yaradıcı idarə, lobarotoriya idi. Burda yeni jurnalist, operator, montajçı yetişir, bir sözlə kadr hazırlığı olub. Hətta qaynar iş prosesində yaradıcı heyət “Mozalan”ı “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağa çalışıblar.... ...1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkə üçün bir dirçəliş dövrü hesab olunur. Çünki məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan həmin illərdən ölkə olaraq öz sözünü deməyə başlayıb. Bu baxımdan “Mozalan” satirik kinojurnalının təsis edilməsi və lentə alınan hər nömrədə dövrün çatışmazlıqlarını tənqid etmək cəsarətli addım olduğu qədər də, kinojurnalın çıxmağının da əsas təşəbbüskarı Heydər Əliyev olub.Bir araya gələn yaradıcı ordunun gecə-gündüz çəkilişlərə qatılması nəticəsində getdikcə süjetlər daha da genişlənib ki, bu da maddi baxımdan olduğu kimi, həm də ittifaq miqyasında yaradıcı heyətə böyük uğur qazandırıb. Ulu öndər yeni formalaşan yaradıcı heyətin işini diqqətdə saxlamış və öz çıxışlarında onların işini tərif edib ki, bu da yaradıcı heyət üçün böyük göstərici rolunu oynayıb.Yeri gəlmişkən, “Mozalan”ı bir çox aktyorların yaradıcıllığında eksperiment hesab etmək olar, eyni zamanda kinojurnal arxiv rolunu oynayıb. Aktyorların əksəriyyəti ilk addımını məhz “Mozalan” da atıb. Bundan başqa böyük sənətkarların əksəriyyəti məhz özünü “Mozalan”da kəşf ediblər.Az müddət içində çox söz deyən jurnal mövzu seçimi baxımından xalq arasında sevilir. Hətta tənqid hədəfi olaraq göstərilən idarə və təşkilatlar jurnalın tənqidi çıxışlarını öz  iclaslarında  müzakirə  edir, əməli tədbirlər görürdülər. Deməli nöqsan tənqid olunurdu ki, nəticədə də tənqiddən nəticə çıxarılaraq mövcud nöqsanların aradan qaldırılması üçün səy göstərilirdi.1974-cü ildə jurnal “Dəyirman bildiyini eləyir” və “Keyfiyyət nişanı” sənədli sujetləriniu hazırlayır. Süjetdə  Bakı ət kombinatının və Bakı Karamel fabrikinin məhsulları kəskin təndid olunurdu. Məhz bu süjetlərdən sonra Karamel fabrikinin üç növ məhsulu keyfiyyət nişanından məhrum edilir. 1978-ci ildə – jurnalın tənqidi çıxışından sonra Qobustanda daş karxanası bağlanır. Elə həmin il çəkilən daha bir tənqidi sujet isə Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi əsasında 7 il əvvəl tikilməyə başlayan doqquzmərtəbəli binanın  hələ də yarımçıq qalması və artıq zibilxanaya dönməsi haqqında olur. “Medalın o biri üzü”, “Şişirdilmiş beşlər” adlı kəskin sənədli sujetlərdə ümumtəhsil məktəbləri məzunlarının attestat qiymətlərinin şişirdilməsindən, layiq olmayanlara qızıl medal verilməsindən bəhs edilirdi.Jurnalən 50-ci nömrəsində “Düzələr”, “İpək də parçadır” və “Mozalan”ın qonağı” adlı üç sujet çəkilir. Sonuncu sujetdə bəzi idarələrdə kadrların düzgün yerləşdirilməməsi tənqid edilir. Nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi jurnalın işini yüksək qiymətləndirir. 1979-cu ildə  qərar verir ki, “Mozalan” satirik kinojurnalınin redaksiyası C.Cabbarlı adına “Azərbaycanfilm kinostudiyasının tərkibindən ayrılıb, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilsin. Respublika Teleradio Verilişləri Komitəsinə təklif edilir ki, “Mozalan” televiziya ilə müntəzəm olaraq göstərilsin. Eyni zamanda respublika qəzetlərinin redaksiyalarına tapşırılır ki, vaxtaşırı jurnalın aktual məsələlərə dair ayrı-ayrı sujetlərinin və tematik çıxışlarının xülasəsini dərc etsinlər.1981-ci ildə isə “Mozalan” satirik  kinojurnalı zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində səmərəli işinə və birinci nömrəsinin ekrana buraxılmasınin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  Fəxri  Fərmanı ilə təltif edilir. Əslində “Mozalan”ın xalq tərəfindən sevilməsinin əsas səbəblərinddən biri də onun maarıfləndirici və ibrətamiz xarakter daşıması idi. Kinojurnalın 96-cı sayı sərxoşluq və tufeyliliyin insanı cinayətkarlıq girdabına sürükləməsinə həsr olunur. “Cinayətin astanası”,  “Cazibə qüvvəsi” adlı sənədli süjetlər içki və siqaret düşkününün acınacaqlı aqibətindən bəhs edir. “Nəvəmin nəvəsinin nəvəsi”  bədii sujeti isə gənc nəsil üçün ibrət dərsi idi. “Bədii sujetlərdən ibarət bir hissəli satirik komediya” ilə “Mozalan”ın 100-cü nömrəsi 1985-ci ildə ekranlara çıxır.Bir sözlə, “Mozalan” cəmiyyətimizdə tüfeyliliyə şərait yaradanları, əxlaq prinsiplərini pozanları tənqid atəşinə tutmağa davam edirdi. Ölkədəki məlum hadisələr zamanı hər sahədə olan durğunluq “Mozalan”a da öz təsirini göstərsə də bu müvəqqəti xarakter daşıyıb.Eyvaz Borçalıdan sonra jurnala rəhbərlik edən Ziyafət Abbasovun redaktorluğu dövründə 34 bədii və sənədli süjet çəkilib.2000-2010-cu illərdə jurnalı yenidən canlandırmaq cəhdləri onunla nəticələnir ki, 2007-ci ildə Orxan Fikrətoğlunun redaktorluğu ilə “Mozalan” uzun fasilədən sonra bir nömrə ilə yenidən ekranlarda görünür. Nömrədə 3 sujet var idi -“Məna” və “Vətənpərvər” adlı  iki qısametrajlı bədii sujetlər. Üçüncü sujet isə “Əjdaha” cizgi filmi idi. Eyni zamanda jurnalın televiziya versiyası hazırlanır və bugünə qədər çəkilən bütün nömrələr bura daxil edilir.Artıq illər keçib…Bu illər ərzində öz populyarlığını qiruyub saxlayan kinojurnalın hazırkı dövrdəki fəaliyyəti necə olacaq sualı bütün mozalansevərləri düşündürür. Çünki hazırda cəmiyyətimizin tənqidi fikrə daha böyük ehtiyacı var. Ancaq tənqid üçün yumoristik yaradıcılıq, daha böyük ustalıq, sənətkarlıq tələb olunur...    

Noyabr 18, 2016 13:19

Güclü sənət nümunəsi yaratmaq üçün güclü ssenariyə ehtiyac var

Baxdığımız, görüdüyümüz hər bir sənət nümunəsi rejissor işinin məhsuludur. Ancaq rejissorun da dayandığı, güvəndiyi, məhz onunla güclü bir sənət nümunəsi yaradacağına inandığı, iş prosesində belə arxayınlıqla oxuduğu, oxuduqca da yeni yeni ştrixlərlər əlavə etdiyi ssenari var ki, bu da bünövrə rolunu oynayır. Əlbəttə ki, mübahisəli məqamlar çoxdur, məsələn çoxları güclü bir sənət nümunəsinin güclü ssenariyə dayandığı fikrini irəli sürür, bəziləri isə rejissor təxəyyülünün gücü sayəsində ən zəif ssenarinin belə diqqət çəkəcəyinə, yaddaşlara həkk olunacağınan inanır, çoxlarıl isə sənət nümunəsinin yaraanmasında yaradıcı heyətin peşəkar olmasını önə çəkir. Bu baxımdan bu mövzunun mübahisəli olması təbiidir. Bu kimi məqamlara aydınlıq gətirmək üçün bir çox rejissorlara suallar ünvanladıq. Kinorejissor Şahirə Tacəddinin fikrincə, rejissor cox guclu psixoloji ve menevi alemə malik olur: “Rejissor psixoloji təhlil qabiliyyəti, yuksək zövq, intuisiya ve ümumiyyətlə duyma, hissetme  qabiliyyətindən və yüksək intellektindən istifadə edərək həyatda baş verənləri hamıdan əvvəl dəyərləndirib onların ən maraqlısını secərək insanlara audiovizual əsər eser sheklinda insanlara catdirir. Güclü sənət nüümunəsinin yaranması üçün güclü ssenarinin olması şərtdir. Ancaq duzgun ve istedadli aktyorların secimiylə də çox iş görmək olar. Bu baxımdan düşünürəm ki, hadisəlrin realliğa bir qədər yaxın olması və əlbəttə ki, aktyorların inandırıcı oyunları kinoda böyük rol oynayır. Hətta mən deyərdim ki, filmin uğur qazanmasının heç olmazsa yarı faizi düzgün aktyor seçiminə bağlıdır”. Rejissorun fikrincə, sadəcə kinoda deyil, eyni zamanda bütün sahələrdə cılızlaşma gedir. “Elm və texnika inkişaf etdikcə sanki texnika irəli, insanlar geri hərəkət etməyə başlayır. Zənnimcə bunun əsas səbəbi həyatın özüdür, axı kino həyatın güzgüsüdür. Əslində hazlrkı dövrdə insanlar arasındakı münasibətlər kinoya da öz təsirini göstərib. Nə mənəviyyat, nə də qarşılıqlı hörmət əvvəlki dərəcədə deyil. Əsas bəla isə deletantlıqdır. Kino sənətindən anlayışı olmayanlar, heç bir yerdə təcrübə görmədən film çəkməyə başladılar ki, nəticədə göz qabağında. Ancaq bu belə davam edə bilməz, çünki mütləq rəqabət yaranacaq və əgər sağlam rəqabət olarsa istedadı olanlar qalib gələcək”. Ölməz film anlayışına gəlincə isə, rejissor inandırıcı ştrixlərin güclü olmasının vacibliyini qeyd edir: “Filmin uzun ömürlü olması, filmin yaradıcı heyəti, əsasən də quruluşçu rejissor və aktyorların tamaşaçı qəlbinə  yol tapa bilməsidir. Tamaşaçı aktyorların səmimiyyətini hiss etməlidir, ideyanin doğruluğuna inanmalıdır. Ürək qoyulan əsər heç vaxt solmaz”. Seriallar rejissoru Rövşən İsax isə belə hesab edir ki, rejissor işinin sirri olmur. Çünki rejissor intuisiya ilə işləyir. Əgər bu "sirr" adlandırılırsa, deməli bu işin sirri hissiyatdadır: “Bu iş zəncirvari bir prosesdir. Əvvəla heç kim "güclü sənət nümunəsi yaratmaq" amalı ilə iş görmür. Hər halda mən belə fikirləşirəm. Amma səviyyəli bir iş ortaya çıxarmaq üçün, həm ssenari güclü olmalıdır, həm aktyor seçimi, həm opertor işi, musiqi, montaj və s. yəni burda işin bu hissəsi yüksək səviyyədədir, yerdə qalan məqamlarda güzəştə getmək olar kimi fikirlər qəti şəkildə qəbuledilməzdir. Tamaşaçının filmə inanması fikrinə gəlincə isə bu, bizim kinomuzun müasir dərdidir. Məncə tamaşaçının inanmasından ötrü, ilk növbədə rejissor özü buna inanmalıdır. Rejissor əsərindəki qəhrəmanları canlı insan kimi hiss etməlidir... "Guya", "məsələn", "tutaq ki" kimi fikirlərlə onlara yanaşmamalıdır. Belə olanda aktyor da özünü bütünlüklə işinə həsr edir. Bütün bunlardan sonra təbii film çəkmək, qalır peşəkarlığın ümidinə”. Rejissor onu da qeyd edir ki, əvvəllər peşəkarlar film çəkirdilər, amma hazırda deyəsən ya peşəkar qıtlığıdır, ya da peşəkarlara qısqanc yanaşırlar. “Ölməz film analayışına gəlincə isə, bu tamaşaçı qəlbini fəth edən filmlərdir. Bunun isə ölçü meyarı heç vaxt tapılmayacaq”. Teatr rejissoru Ağaxan Salmanlı rejissor sənətinin sirrini onun duyumu ilə əlaqələndirir: “Cəfər Cabbarlı "Sevil" dramını insan azadlığına həsr edib. İnsan azad olarsa öz fəaliyyəti ilə cəmiyyətə fayda verə bilər. Lakin əksər rejissorlar bu əsəri Sevilin çadrası ilə bağlayır və dramın ali məqsədini qapayırlar. Bununla da dramın həyatına son qoyurlar. Əlbəttə ki, bu cür yanaşma kökündən səhvdir. İndiki zamanda da o qədər ali savadlı, diplomlu qadınlar var ki, evdə dustaqdırlar. Demək olmaz ki, onların hamısı xoşbəxtdir. Mən deyərdim əksinə, onları dindirəndə içərilərində bir nisgil yatır. Bəziləri ailəsini qorumaq, bir çoxları evladlarını itirməmək səbəbibdən qatlaşırlar. Hər bir dram əsərində bir ali məqsəd və ümumi məcraya aparan əlavə məqsədlərə olur. Bəzən rejissor ali məqsədi ötərək əlavə məqsədlərdən birini tamaşasında qabardır. Zamanın tələbinə uyğun olaraq. Bu heç də qəbahət deyil. Rejissor dövrünün problemlərini göstərməli, qurtuluş cığırı açmalıdır.O rejissor ki, zamanın tələblərinə ötəri  yanaşır, verdiyi quruluş nə qədər baxımlı olsa da təsirsiz olacaq”.Ağaxan müəllim digər suala-güclü sənət nümunəsinə isə belə bir fikir bildirib: “Güclü sözü burada yerində deyil məncə. Sənət nümunəsi yaratmaq üçüç bədii səviyyəli ssenari vacibdir. Bizim sənət kollektiv və sintetik sənət növü olduğundan, o zaman sənət nümunəsi yarana bilər ki, hər kəs öz işində yüksək səviyyə əldə edə bilsin. Bu işdə yazardan tutmuş rejissor və aktyorlardan keçmiş inzibati və texniki işçilərə qədər hamının məsuliyyəti bərabərdir”Aktyor-rejissor kino reallığı əks etdirirsə o reallıqdan uzaq ola bilməz deyir: “Sadəcə kino lentə köçürülmüş oyundur, o canlı oynanmır. Teatr da, kino da tamaşaçı tərəfindən qəbul edilmiş oyundur. O baxır nə dərəcədə bu oyun inandırıcı oynanır. Ona görə istənilən oyun bütün komponentləri ilə birlikdə, bütövlükdə səmimi,inandırıcı oynanmalıdır. Yarım əsrdən keçir ki, mən sənətdəyəm, müqayisəli yanaşsaq keçmiş də hər bir kəlmə, vurğu, kadr, baxış, qrim....nə varsa dəqiq ölçülü olurdu, min bir sualın cavabından keçirdi. Bir kinonun çəkilişinə xeyli zaman hazırlıq dövrü olurdu. Teatrda da hər cümlə, kəlmə üzərində stol arxası məşqlər aparılırdı, obrazlar xırdalıqlarına qədər təhlil olunurdu. Zaman dəyişdi, sürət artdı, vaxt daraldı. Stol arxası məşqlər dəbdən düşdü. Hər şey aktyorun intellek səviyyəsinə buraxıldı. Bu da ki, birmənalı məsələ deyil(?!)Kinoda da elə,seriallarda ondan da böyük sürət. Belə ki, bir çox hallarda aktyor mətni çəkiliş meydanında alır. Mənimsəmək prosesi itir. Vizual görüntü yaranır. Əsr qlamur əsrinə çevrilib. Hasarın o biri üzü heç kəsə nə maraqlıdır, nə də ona vaxt var. Hər dövrün, zamanın özünə görə ölməz sənət əsərləri yaranır. Milli teatrımızın,kinomuzun da belə nümunələri çoxdur.Nə vaxt ki, biz kökümüzün üstündə duraraq, dərindən dərd-sərimizlə bir olacaqıq, ona çarə axtaracaqıq, o işığa doğru milləti səsləyib aparacaqıq, bax, onda ölməz sənət əsəri yaranacaq. Bu mütləq olacaq və mən buna, o günün olacağına inanıram”.Rejissor Rasim Aşın rejissor işinin sirrini belə izah edir ki, rejissor deyilen insan öncə peşesinin aktyoru olmağı bacarmalıdır: “Daha sonra roller üzərində dərin araştırma aparmalıdır. Rejissor əsər üzərində dünən, bugün və sabah qarşılaştırmaları apararaq fəlsəfi, psixoloji, pedagoji məlumatlara sahip olmalıdır. Həyatın hər anını dəyərləndirə biləcək fikirlərə, bir sözlə hətərəfli məlumatlara sahib olmalıdır. Ən önəmlisi ssenariyə uyğun rol bölgüsünü aparmağa səriştəsi olmalıdır. Rollar üzərində olan məşq proseslərini səmərəli təşkil etməyi bacarmalıdır. Rejissor öz ölkəsində, eyni zamanda bütün dünyada baş verən hadissələri izləməli və quruluş verdiyi istər filmdə, istərsə də  səhnə əsərində həmin hadisələrdən peşəkarcasına istifadə etməyi bacarmalıdır. Rejissor güclü mütaliəyə malik olmalıdır. Doğrudur ki, güclü sənət nümunəsi yaratmaq üçün güclü ssenari lazımdır, ancaq əsər üzərində doğru rol bölgüsü etməyən rejissor uğur qazana bilməz”. Kinonun rellaığa yaxın olduğu qədər də bir o qədər də reallıqdan uzaq olmasına aisə rejissor belə bir fikir söylədi: “Yaşadığımız dövr texnologiya dövrüdür. Belə bir dövrdə tamaşaçını inandırmaq çox çətindir, eyni zamanda tamaşaçını aldaatmaq da mümkün deyil. Bu baxımdan rejissor sadəliklə inandırıcı məqamları əsas götürərərk texnologiyadan bir qədər irəlidə getməyi bacarmalıdır. Çünki məhz əvvəlki dövrlərdə də təbiilik əssaq götürüldüyü üçün filmlər inandırıc alınıb. Rejissor müraciət etdiyi hər hansı bir əsərdə korkoranə üsullardaan uzaq olmalıdır ki, nəticədəd də uğrusuzluqla qarşılaşmasın. . Ölməz film anlayışına gəlincə isə, rejissor öz həyat təcrübəsindən çıxış edərək peşəkar bir heyətlə bütün səmimiyyətrini ortaya qoyaraq sənət nümunəsi yaradarsa mütləq qələbə çalacaq”. Göründüyü kimi hər rejissorun suallara yanaşma tərzi fərqli olsa da hər biri peşəkarlıqdan çıxış edərək bütün korkarnə üsullardan uzaq olaraq ölməz sənət nümunəsinin yaratmanın mümkün olduğu fikrini irəli sürür. Btünü bunlardan da belə nəticəyə gəlmək olar ki, yaşadığımız dövrdə olan bütün qarışıq məqamlara nəhayət bir gün son qoyulacaq-o zamna son qoyulacaq ki, sağlam rəqabətlə hər sahənin peşəkarı gördüyü işləriylə tarixin yaddaşına həkk olunacaq.  

Noyabr 18, 2016 12:49

Azərbaycan teatrının tarixi yaddaşı- ARAŞDIRMA

Azərbaycan teatrının yaranma tarixi 1873-cü ilə təsadüf edir. M.F.Axundovun "Lənkəran xanın vəziri" və "Hacı Qara"  tamaşaları 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə hazırlanıb. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk tamaşalar, həvəskar tamaşalar olmasına baxmayaraq milli teatrın yaranması üçün qüdrətli təkan idi. Maraqlısı odur ki, Azərbaycan teatrının yaranmasında dövrün öndə gedən ziyalılarının böyük rolu olub. Hətta teatr sənətinə dəxli olmayan ziyalılar belə milli teatrın yaranmasında-tamaşaların hazırlanmasından tutmuş aktyor işlərinə qədər-böyük səylə çalışıblar. Təsəvvür edin ki, dövrün ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşada, Naxçıvanda, eyni zamanda  başqa şəhərlərdə tamaşalar hazırlayır, hətta həmin tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Xatırladaq ki, Azərbaycanın sənət ocağı hesab olunan Şuşada  ziyalı qüvvələri Yusif bəy Məlikhaqnəzərovun rəhbərliyi ilə klublarda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar. Xatırladaq ki, 1876-cı ildən etibarən M.F.Axundovun komediyaları Tiflisdə də Azərbaycan dilində  nümayiş olunmağa başlayıb. Azərbaycan teatrının yaranmasında, formalaşmasında böyük əmək sərf edərək adlarını teatr tarixinin yaddaşına əbədi olaraq həkk edən ziyalılara gəlincə isə onlardan N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və digərlərinin adlarını misal çəkmək olar. Onu da qeyd edək ki, Azərbaycanın şəhərlərində fəaliyyət göstərən teatr həvəskarlarının tədricən Bakıdakı teatr xadimləri ətrafında bir araya gəlməsi 70-80-cı illərə təsadüf edir. Məhz bu baxımdan paytaxtdakı teatr həyatı 80-ci illərin sonuna doğru yenidən canlanmağa başladı. Bunun nəticəsidir ki, az bir zamanda Bakıda teatr kollektivləri yaranmağa başladı. Yeni yaranan teatr kollektivlərinə rəhbərlik edənlər zamanla dəyişirdi. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq etməyə başlayır. Təbii ki, zamanla olan bu dəyişiklik teatrın inkişafına xidmət edirdi. Məsələn, 1887-ci ildə olan teatr rəhbərlərinin fəaliyyəti nəticəsində həvəskar teatr dəstəsini daha da inkişaf etdirərək truppa halına saldılar. Və bu truppa 1888 ildən etibarən müstəqil teatr kollektivi olaraq fəaliyyət göstərməyə başladı. Qeyd edək ki, Azərbaycan teatrında səhnə realizmi tələblərinin həyata keçirilməsi 1890-cı illərə təsadüf edir ki, bunda da Nəriman Nərimanovun böyük rolu olub. Belə ki, N.Nərimanov Azərbaycan teatrının ideyaca sağlam bir istiqamətdə inkişaf etməsində xüsusi əmək sərf edib.  O, teatrdan tribuna kimi istifadə edir, çünki teatr vasitəsilə fikir çatdırmaq imkanlarının daha geniş olduğuna inanırdı. Məhz bu baxımdan teatra ictimai şüurun inkişafı və zamanın ön önəmli ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verirdi. O da təsadüfi deyil ki, N.Nərimanov o dövrdə  ziyalı gəncləri aktyor truppasına dəvət edirdi, hətta bununla kifayətlənməyib özü də bir çox tamaşalarda baş rolları oynayırdı. Göründüyü kimi Azərbaycan teatrı məhz hər sahədə çalışan ziyalı təbəqənin sərf etdiyi əmək nəticəsində bu günə gəlib çıxıb. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk peşəkar teatr kollektivini təşkil etdi. 1897-ci ildə isə Bakıda ilk dəfə olaraq "Artistlər ittifaqı" yaradıldı. Onu da qeyd edək ki, inqilaba  qədər olan Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Bu da səbəbsiz deyildi, bəhz etdiyimiz yazarların yazı gücü millətçilik, dövlətçilik ideyalarından çıxış etməklə yanaşı, ifşaedici xarakter də daşıyırdı. Dövrün problemli məqamlarını yazı dilində qabartmaq yazarkən nə qədər asan başa gəlirdisə, onu yaymaq, hətta sonrakı prosesdə səhnələşdirərək geniş tamaşaçı kütləsinə təqdim etmək bir çox çətinliklərə qarşı çmıxmaq demək idi, təqzyiqlərlə mübarizə aparmaqdan ibarət idi. Azərbaycan teatrı yarandığı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq qaldı. Bunun nəticəsidir ki, M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik böyük cəsarətlə ifşa olunurdu. "Müsəlman dram artistləri" şirkətinin yaradılması 1906-cı ildə Bakıda teatr xadimi C.Zeynalovun rəhbərliyi baş tutdu. Bildiyimiz kimi keçən əsrin əvvəli təqiblərlə, təzyiqlərlə dolu olan bir başlanğıc kimi tarixin yaddaşına yazılıb. Təsəsvvür edin ki, teatr yarananda nə qədər təzyiqlər olub, bundan başqa maddi çətinliklər də iş prosesinə mane olurdu. Ancaq bütün bunlara baxmayaraq, yəni, təqiblər, maddi çətinliklər nə qədər çox olsa da yeni yaradılan "Müsəlman dram artistləri" şirkəti ardıcıl olaraq tamaşalar hazırlayıb təqdim edir və əlbəttə ki, repertuarını genişləndirirdi. Həmin illərdə Bakının rayonlarında dram dərnəkləri və teatr truppaları təşkil edildi. Misal olaraq "Balaxanı dram dərnəyi" və "Həmiyyət" dərnəyini qeyd etmək olar. O dövrdə "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. fəaliyyət göstərirdi. Truppanın üzvləri sadəcə tamaşa hazırlamaqla kifayətlənmir, eyni zamanda hazırlanan tamaşalara tamaşaçı da cəlb edirdilər. Təbii ki, o illərdə mövcud olan əsas problemlərdən biri də  teatr truppası üçün bina tutmağa vəsait çatışmamazlığı idi. Bina olmayınca, tamaşanın göstərilməsi üçün uygun məkan da olmur ki, bu da bir çox çətinliklərin yaranmasına səbəb olurdu. Məhz buna görə tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. Xatırladaq ki, N.Nərimanovun "Nadanlıq" pyesi də ilk dəfə olaraq həmin salonda təqdim edilib. Dövrün təzyiqlərinə baxmayaraq nəhayət 1905-ci il inqilabından sonra Bakıda bir sıra cəmiyyətlər yaradılmasına icazə verilir ki, bu da gizli gizli fəaliyyət göstərən cəmiyyətlərin qarşısısnda olan bütün maneələri aşmasına böyük təkan verir. Həmin ərəfədə "Nicat" mədəni-maarif cəmiyyəti də fəaliyyətə başladı ki, 1907-ci ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. Yeri gəlmişkən, 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi peşəkar aktyorları birləşdirən vahid dram truppası yaradıld. Daimi qarderobu, rekviziti olan truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar təqdim etməyə başlayır. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu. Əslində bəhs etdiyimiz pyeslərin əksəriyyəti uzun illər, hətta bəlkə bir əsr teatrlarda dəfələrlə müraciət olunaraq səhnə həllini tapıb. Doğrudur illər keçdikcə pyeslərə olan münasibət bir qədər dəyişdi, yəni müasirlik əsas götürülərək hadisələrə fərqli yanaşmalar oldu, ancaq nə olur olsun pyeslərdə olan ana xətt, yəni yazarın qələmə aldığı kimi əsas mərkəz nöqtə saxlanıldı ki, bu da mütləqdi. İllər keçdikcə teatr sənətinə olan maraq artırdı ki, bu da inkişafa doğru gedən bir yolun başlaanğıcı hesab olunurdu. 1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradılması da inkişafdan xəbər verirdi. Doğrudur "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi, ancaq zaman keçdikcə zəif cəmiyyətlər güclü cəmiyyələtə birləşərək fəaliyyətini daha da gücləndirirdi. Bu bir daha sübut edirdi ki, məqsəd sadəcə teatrın inkişaf etdirilməsidir. Bu baxımdan "Nicat"ın aktyorları az bir zamanda tədricən "Səfa"ya keçməyə başlayır. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. tez-tez dəvət olunurdular. Onu da qeyd edək ki, "Səfa" cəmiyyətinin truppası tamaşa verməklə yanaşı, eyni zamanda teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. Truppanın 1910-cu ildə  C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etməsi buna canlı misaldır. Bundan başqa  "Şəfa" truppası Azərbaycanın şəhər və kəndlərində, hətta Güney Qafqaz, Orta Asiya, İran şəhərlərində, Həştərxanda, Kazanda və s. yerlərdə qastrol tamaşaları da təşkil edirdilər. Ümumiyyətlə götürdükdə isə "Nicat” və  "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından gücləndirilməsində müəyyən rol oynayıb.            

İyul 19, 2016 13:55

Tarixə həkk olunan ömür və ya ölməzliyə qovuşanlar…

Vətən məhəbbətini əmr edibdi peyğəmbər, Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən... Cavid təxəllüsü ilə yaradıclığa ilk addımlarını atan Hüseyn Abdulla oğlu Rasizadə əslində bu təxəllüslə özünü əbədi olaraq Azərbaycan ədəbiyyatına yazmağı bacarmışdı. Təsadüfi deyil ki, Cavid adının mənası da elə “əbədi” deməkdir. Cavid təxəllüsü ilə lirik və fəlsəfi şeirlər yazan şair 1915-ci ildən etibarən Naxçıvanda, Tiflisdə, Gəncədə və Bakıda pedaqoji fəaliyyətlə məşğul olub, dil ədəbiyyat fənnini tədris edib. Doğrudur ki, şair müxtəlif səbəblərdən tez-tez Bakını müvəqqəti də olsa tərk edərdi, ancaq 1917-ci ildə yenidən Bakıya qayıdıb və haqsız yerə "vətən xaini" damğası ilə həbs olunana qədər burada yaşayıb. Şəxsiyyətə pərəstiş dövrü 1937-ci il...Qanlı illər demək daha doğru olardı, çünki Azərbaycanın vuran ürəyini hiss edən, canıyla-qanıyla bu torpaqlara bağlı olan ziyalılarımız bilərəkdən o dövrün qurbanları olaraq seçildilər. Zənnimcə vətəninə, millətinə bağlı olan yaradıcılar ona xəyanət edə bilməzlər, axı xəyənətkar olanlar gələcək nəsillərə necə belə gözəl sözləri inci kimi birbirinin ardınca düzərək həddiyyə edə bilərdi ki?! Olubdu qəlbimə hakim mənim məlali-vətən, Başımda şur ilə məskən salıb xəyali-vətən. Vətən, vətən deyərək hər diyarə səs salıram, Düşərmi bircə dilimdəm mənim məqali-vətən? Vətən məhəbbətini əmr edibdi peyğəmbər, Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən... Neçün şərafətini, fəxrini verib əldən, Bu qədər yurduna biganədir ricali-vətən? Ürək dolubdu nədən, sanki qan piyaləsidir, Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən? Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən, Əminəm, heç də silinməz bu ibtizali-vətən. Tərəhhüm eylə mənə hühudi-səba, çatdır, Səlamımı eşidə bəlkə növnəhali-vətən. Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək! Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən. Əgər sual edələr - Salikin xəyalı nədir? Deyin həqiqəti, ancaq olub maali-vətən. H.Cavid yaradıcılığı geniş əhatəlidir, ədalət, vicdan, millət, dil, ana, vətən, sülh, dünyaya sevgi üzərində qurulub. Təsadüfi deyil ki, onun əsərlərində Allaha, peyğəmbərə, ümumiyyətlə isə bütün insanlığa ülvi məhəbbət duyğusu geniş əks olunub. Şairin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Afət”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi əsərlərində bu duyğu qabarıq şəkildə göstərilib. Yeri gəlmişkən, Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid olub. Belə ki, "Peyğəmbər" mənzum dramını 1922-ci ildə yazan dramaturq əsəri həmin il və 1923-cü ildə "Mədəni - maarif" jurnalının müxtəlif saylarında çap etdirib. Dörd pərdədən ibarət olan pyes də Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib. Bundan başqa onun dram əsərlərində qəhrəmanlarını dili ilə deyilən “Yüksələn məhv olar, fəqət enməz!”, “İblisə uymuş bəşəriyyət!?”, “Ancaq mübarizə mənlik verir hər dövlətə” sual-nidalar çoxluq təşkil edir ki, bu da Cavid yaradıcılığının hikmətidir. 1930-cu illərdə Mehdi Hüseyn Cavid yaradıcılığı haqqında yazırdı: “Cavidin romantizmi çox zaman canlı həyatdan uzaqlaşmağa meyl göstərən sənətkarın romantizmi olmuşdur, lakin bu heç də Cavidin fantaziya aləminə qapılmış olduğunu iddia etmək deyil” . M.Hüseyn məhz Cavid romantizmi məsələsi üzərində düşündükdən sonra bu fikirləri qələmə almışdı. H.Cavidin yaradıcılığı yaradıcılıq üsulu ilə real həyat arasında təzadı vurğulamağa yönəldilmişdi. Romantika ilə reallığın ziddiyyətdə olması təbii hal olsa da M.Hüseynin bu nöqtəni vurğulamaqla nəzəri təhlilin obyektiv həqiqətə uyğun olmasını dəqiqləşdirməyə çalışıb. 1960-cı illərdə cavidşünaslıq tədricən inkişaf etdi ki, nəticədə də yeni əsərlərlə zənginləşdi. Məsələn, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Səlahəddin Xəlilov, Əjdər İsmayılov kimi tədqiqatçıların Cavid haqqındakı axtarışları fərqli olduğu qədər də eyni zamanda bir-birilərini tamamlayırdı. M.Cəfərov Hüseyn Cavid haqqında yazırdı: “Hüseyn Cavidin yaradıcılıq yolu çox ziddiyyətli və mürəkkəbdir. 1920-ci ilə qədər H.Cavid yazdığı əsərlərdə zəmanəsindən şikayətçi, inkarçı, başqa həyat arzusu ilə yaşayan, lakin qurtuluş üçün heç bir işıq ucu görə bilməyən, küskün, narazı, narahat bir şairin fəryadları mövcud ictimai münasibətlərə, ruhani və cismani əsarətə qarşı üsyanları, əsəbi etirazı ifadə olunub. Bu dövrdə yazdığı əsərlərin çoxunda o, varlıqla çox az hesablaşan və sənətdə əsasən ideal həqiqət axtarıcılığı yolunu tutan romantik – idealist bir sənətkardır” . Bundan başqa Mir Cəlalın, Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” kitabından tarixilik əsas götürülərək Cavid poeziyasının müxtəlif qatlı, ideya-bədii axtarışlarında humanizm xətti qabarıq göstərilir. Tədqiqatçı Əli Sultanlı “Hüseyn Cavidin faciələri” əsərində “İblis” barədə diqqəti çəkən maraqlı fikirlər irəli sürüb. Tədqiqatçının fikrincə, Cavid “İblis” əsərini Birinci dünya müharibəsinin qan püskürən odları içində yazıb. “İblis” faciəsi qan tökən imperializmə olan nifrətin və qəzəbin məhsulu olsa da Cavid hadisələrə romantizm prizmasından yanaşıb. “ “Doğrudur, “İblis”dəki hadisələr Türkiyədə cərəyan edir, ancaq H.Cavid arzu etdiyi hadisələri alır, arzu etdiyi romantik obrazları verir, müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mücərrədləşdirərək, romantik yolla həll edir” . "İblis" faciəsi əslində ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyadır. Əsərdə hadisələr Türkiyə və Ərəbistanda cərəyan edir. Hüseyn Cavid İblis dramında insanların necə qanlar tökdüyünü,necə acımasız olduğunu və iblisə uyduqlarını əks etdirib. İblisisn monoloqunun sadəcə bir qismini xatırlamaq yerinə düşərdi: İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kəbədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət. Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Saxta həqiqətdən yazıb reallıqla barışmayan Cavid yaradıcılığında daima görmək istədiyi həyata fəlsəfi mövqeyini bildirdi və beləliklə də onun əsərlərində romantik dünyagörüşü daima diqqəti çəkir. Şair-dramaturqun fikirləri Cəfər Cabbarlı, Məhəmməd Hadi, Əhməd Cavad, Mikayıl Müşfiq, Abbas Səhhət, Abdulla Şaiq məfkurəsində, onların ideyaları ilə üst-üst düşür, sanki bir-birini tamamlayır. Ümumiyyətlə götürdükdə isə H. Cavid, C. Cabbarlı, M. Müşfiq və b. ədiblərimiz əsərlərində milləti güclü olmağa, haqq mübarizəsində qalib gəlməyə, millətlər arasında dostluğa, qardaşlığa səsləyirdilər. Onların hər birinin, хüsusilə də Cavidin əsərlərinin əsas qayəsi insana məhəbbət, insanlar arasında məhəbbət, maarifə, mədəniyyətə can atma, bədхahlığa ikrah hissi, insanlaşdırmağa çağırış təşkil edir. H.Cavidin dram əsərlərindəki bədii Insan, Iblis, Tanrı («Şeyх Sənan», «Iblis», «Peyğəmbər») kоnsepsiyasının ideyası оnun “Peyğəmbər” dramındakı baş qəhrəmanının sözləri ilə üst-üstə düşür: Mən məhəbbət əsiriyəm hər an, Hər zaman özlərəm bir öylə cahan Ki, bütün kainata eşq оlsun. Könül uçduqca etila bulsun. Rəqs edib, оrda möhtəşəm bir hiss, Yasa batsın da, ağlasın iblis. Qəmdən əsla görünməsin də əsər, Saçsın al qönçələr şəfəqli səhər, Оrda üz qоymasın işgəncə, kədər, Охşasın ruhu pənbə röyalar. Mənə gülsün də həp о nazlı хəyal, Ah о, yalnız о, qayeyi-amal… Cavid sadəcə Azərbaycanın deyil, eyni zamanda bəşəriyyətin nadir simalarındandır. Bənzərsiz göy adamı olan şairin əsərlərində Göylərə yüksəlmək, insanlığa çağırış səslənir – ədalətə inam, inadlı mübarizə və ilahi çağırış... Yaradıcılığa böyük önəm verən H.Cavid çox sayda pyeslər və şeirlər yazıb, kitablar nəşr etdirib. Lakin onun səhnə əsəri Bam (Iran) şəhərində ilk dəfə 1920-ci ilin dekabrında oynanılıb. Bundan bir il əvvəl isə Aşğabad şəhərindəki azərbaycanlılardan ibarət teatr həvəskarlarının truppası Cavidin iki əsərini oynayıb. Şairin lirikasındakı poetik və fəlsəfi ümumiləşmələr aforizm səviyyəsinə yüksəlir. Hətta elə şeirləri də var ki, orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı aforizmlərdən yoğrulub: Yaşadan kainatı qüvvətdir, Gücsüzün həp nəsibi zillətdir. ...kim ki, biganədir hüquqə, əvət, Xain ellərdə məhv olur əlbət. ...Yaşamaq istərsən çalış, çabala, Rəd olub gurla, bərq olub parla! Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir... Bəli, Hüseyn Cavid novator idi və bu novatorluq onun faciələrində daha qabarıq idi. Şair onu da çox gözəl bilirdi ki, müasirinə xidmət etmək üçün köhnəni təkrar etmək yox, əksinə yeni yollar tapmaq lazımdır və yaradıcı proseslərdə yeni yolları axraşı onun üçün ən önəmli bir məqam olaraq qalırdı. Əslində Cavid yaradıcılığında olan bəşərilik, yəni, hər dövr üçün vacib olan məqamlar elə yenilik idi. XX əsrin başlanğıcında istər dünyadakı qlobal hadisələrlə əlaqədar olaraq , istərsə də ADR-in devrilməsindən sonra, ziyalılarımız dəfələrlə siyasi təqiblərə məruz qalıb və bu səbəbdən onların əksəriyyəti mühacirətə üz tutublar. SSRİ dövründə-totalitarizmin dəhşətli günlərində belə yeniliklər etmək o qədər dsə asan deyildi, dövrün tələb etdiyi sadəcə sosializmin "nailiyyətlər"indən yazmaqdan ibarət idi, ancaq şair bunu özünə rəva bilməmişdi. O bəlkə də dövrün 2-3 qələm sahiblərindən biri idi ki, İ.V.Stalini, eyni zamanda Stalinin kölgəsində özünü qoruyan, ölkə içində ağalıq iddiasında görünən hökümət adamlarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Və o da təsadüfi deyil ki, Cavid atdığı bu təhlükəli addımın necə nəticələnəcəyini də bilməmiş deyil. Bəlkə də “Hər kəs öz taleyini yazar” deyimi heç də təsadüfi deyilən bir deyim deyil. H.Cavid günlərin birində sürgün ediləcəyini və vətəndən çox uzaqlarda dünyadan köçəcəyini təxmin edirdi. Ancaq gözlərinin qarşısısna gətirdiyi bu mənzərələr belə onu həqiqəti yazmaqdan çəkindirmirdi. 1937-ci il...tarixə qara hərflə həkk olumuş il...Ölkənin əsas aparıcı ziyalıları demək, bir ölkənin yüksək amallar uğrunda həqiqət yolunda addımlaması deməkdir. Məhz bu səbəbdən rus imperializmi Azərbaycan adlı böyük bir tarixə malik ölkənin ziyalılarının məhv edilməsi və bununla da millətin sarsılması vacib hesab edirdi... İlk zərbə alanlardan biri də Hüseyn Cavid idi... Beləliklə də bəhs etdiyimiz il şəxsiyyətə pərəstişin tüğyan etdiyi dövr olaraq tarixə həkk olundu... O dövrdə bir çox ziyalılarımızla yanaşı, Hüseyn Cavid də həbs olundu, günahkarmış kimi cəza kəsildi və Sibirə sürgün edildi... Sürgün həyatı yaşamağa məhkum olunan insanların məşəqqətli şəraitdə yaşaması, dəhşətli şaxtalara sinə gərməsi, qeyri-insani münasibətlərə məruz qalması haqsızlıq idi, bütün bu haqsızlıqların şahiid olan və özü də qurban kimi dözmək məcburiyyətində qalan Cavid 5 dekabr 1941-ci ildə Sibirin İrkutsk şəhəri yaxınlığındakı həbs düşərgəsində dünyasını dəyişdi... Və uzun illər sonra məzarının yeri dəqiqləşdirildi ki, nəticədə də böyük şairin vətən həsrətinə son qoyuldu, onun nəşi Azərbaycana gətirilddi... Oktyabr ayı Cavidin doğum günü ilə yadda qalsa da, eyni zamanda bir çox ziyalılarımızın qətli ilə də tarixin yaddaşına həkk olunub. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə görkəmli ziyalılarımız Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildilər... Doğrudur rus imperiyası Türk millətinin ruhunu sarsıtmaq üçün onun görkəmli şəxsiyyətlərini məhv etməyi bacardı, ancaq onları tarixdən silə bilmədi. Həmin qələm sahibləri düşüncə tərzinin məhsulu olan, millət ruhunu özündə əks etdirəm əsərləri ilə tarixə həkk olundular...Bu da o deməkdir ki, Cavidlər ölmədilər, sadəcə ölməzliyə qovuşdular...

May 7, 2016 18:47

Ustad Ramiz Rövşənin 70 illiyinə…

“Hazirda  bütün dünyada poeziya böhran keçirir. Bu mənim şəxsi düşüncəmdir.  Mən dünya poeziyası ilə kifayət qədər maraqlanan adamam. Xüsusən son onilliyə qədər çox maraqlanırdım. Bilirsiz, dünya yaradıcılar dünyası olmaqdan yavaş-yavaş istifadəçilər dünyasına çevrilir. Bu çox ciddi bir prosesdir və ədəbiyyata da sirayət edir. Postmodern və bəzi başqa adlar altında istifadəçi ədəbiyyatlar yaranır.  Yəni artıq yaranmışların ətrafında gəzişmək, nəsə qurmaq... Poeziya ələgəlməz bir şeydir və buna görə də ilk böhranı poeziya keçirir”.  Bu fikirlər Ramiz Rövşənə aiddir. Onunla canlı müsahibə hazırlamaq istəyim alınmasa da ustadın yaradıcılığını az-çox bildiyimi nəzərə alaraq Ramiz Rövşən haqqında əhval-ruhiyyə xarakteri daşıyan bir yazı hazırlamağı qərara  aldım. ŞER YAZMAQ HAMIDAN UZAQLAŞMAQ VƏ ÖZÜNƏ YAXINLAŞMAQDIR Hər insanın həyat tərzi, şəxsi keyfiyyətləri fərqli olduğu kimi onun həyata baxışı da fərqlidir, xüsusilə şairlərin. Şair var ki, onun  üçün “ilham pərisi” o qədər də rol oynamır, “peşəkarlıq olan yerdə ilham pərisinə” ehtiyac yoxdur” deyir. Şair var ki, “ilham pərisi”nin gəlişinə inanır. Fərqli baxışlar var...Ancaq ustad zirvəyə yüksəlmiş şairlər insanoğlunun içində olan “mən”ə inanır, onun gücüylə hərəkət edir. Yunus İmrə  dediyi kimi "Bir mən vardır məndə, məndən içəri".  Ramiz Rövşənin bu fikrə maraqlı cavabı olub: “Şer yazmaq hamıdan uzaqlaşıb həmin o "məndən içəridəki mənə" yaxınlaşmaq, onunla qovuşmaq cəhdidir. Lorka şer yazmağı meşəyə ova getməyə bənzədirdi və deyirdi ki, nə ovlayacağını şair əvvəlcədən bilə bilməz.  Amma mənə elə gəlir ki, hər dəfə o meşədə şairin ovladığı məhz elə həmin şairin özü olur. Hər şeirində şairin ruhunun bir şəkli, şüurunun alt qatındakı "mən"inin onun özünə də tanış olmayan hansısa bir mənzərəsi üzə çıxır. Və bəzən bu mənzərə təkcə oxucunu yox, şairin özünü də heyrətləndirir. Hələ şairi o meşədə azdırıb əliboş qaytaran, sözə gəlməyən şerlər də var”. Ramiz Rövşən yaradıcılığında bir məqam hər zaman diqqətdə dayanır. Şair İlahi gücü bir an olsun belə unutmur, əksinə şerlərində ilahi gücdən bəhs edir. “Nə var Allahdan yuxarı?”  şerində şair deyir: Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı? Çəkdiyim ahdan yuxarı? Bildiyim sirdən aşağı? Niyə günün gündüzündə Quşlar azır göy üzündə? Göz yaşları quş gözündən Tökülür dən-dən aşağı Demə, biz ki quş deyilik, Allaha tanış deyilik... Ruhum, dur, yığış, gedirik, Sən yuxarı, mən aşağı. “Allah mənim ömrümdə nə qədərdirsə, şerlərimdə də o qədərdir. Nə az, nə çox. 1990-cı illərin əvvəlində bir qəzet müsahibəsində məndən soruşmuşdular: "Şeir yazmayanda Allah yadınıza düşürmü?". Cavabında demişdim: "Mən şer yazanda Allahın yadına düşürəm. Allah həmişə mənim yadımdadır". Elə həmin illərdə Ramiz Rövşən Türkiyədə keçirilən poeziya gecəsinə dəvət olunur və müəyyən mənada eynilik təşkil edən sual eşidir: “Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?".  Şair qardaş ölkədəki şer məclisində də hazırcavablıq nümayiş etdirib “Yox”  cavabını verib və eyni zamanda cavaba əlavə edib "Amma Allahdan qorxan adamdan da şair olmaz". Zənnimcə, sadəcə şairləri deyil, ümumiyyətlə insanları Allaha qorxu hissi deyil, əksinə sevgi hissləri bağlamalıdır. Böyük şair də bu fikirdədir: “Şairi Allaha bağlayan qorxu deyil, sevgidir. Bu mənada, Mövlanədən, Yunus İmrədən bu günəcən hamımız o böyük sevginin qullarıyıq. Və bizim ən böyük azadlığımız da bundadır. Odur ki, bizi bu dünyada başqa heç bir kəs, heç bir qüvvə özünə qul edə bilməz”. İnsanoğlu özünə, öz qabiliyyətinə, istedadına nə qədər güvənsə belə yenə də hər zaman ilahi gücün təsirində olduğunu hiss edir. İlahi güc bütün gözəlliklərin hər birini insan əliylə yaradır.  “Sözün düzü, mənə də hərdən elə gəlir ki, yazdığımız şerləri təkcə biz özümüz yazmırıq. Əlimizin üstündə nəsə bir əl də var. Və mən bəzən o əlin istisini lap açıq-aşkar hiss eləyirəm” deyir Ramiz Rövşən. ŞAİR OLMAQ ÜÇÜN ELƏ ŞAİR DOĞULMAQ GƏRƏK Kİm nə deyir desin, şair üçün yaşın bir o qədər önəmi yoxdur, daha poetik desək, ürək cavan olduqdan sonra yaş düşüncəsi hafizəmizdən tamamilə silinə bilər. Ancaq bir məqam var ki, şairlik qabiliyyətini hələ gənc yaşlardan hiss edən yaradıcı əgər öz üzərində çalışmazsa, elmini, biliyini inkişaf etdirməzsə  o zaman gələcəkdə güclü qələm sahibi olaraq yetişə bilməz. Əslində elə güclü qələm sahiblərinin, yazıb-yaradan insanların ürəyi həmişə cavan qalır. Yəqin ki, bəzi məqamlarda şairlər belə yaşadığı həyata dönüb baxaraq özünü hansısa bir yaşda yenidən görməyi düşünə bilər. Bu məqamda Ramiz Rövşənin yaşla bağlı yazdığı şer bizə bələdçilik edəcək. Əgər geri dönə bilsən Hansı yaşa dönərsən? Qanad çalıb illər üstən ...Uçan quşa dönərsən. Bircə qarış sağ-salamat Yer tapmazsan qonmağa, Dəli kimi gah o başa, Gah bu başa dönərsən. Dərddən ulaya-ulaya, Qalarsan göy üzündə. Və beləcə ya duaya, Ya qarğışa dönərsən. Yolunu get yola baxma, Bu ömürdü, fala baxma, Baxma!.. dönüb dala baxma, Baxsan daşa dönərsən... Ramiz Rövşən deyir ki, bəzən günlərlə, aylarla şer yazmır. Ancaq bütün ömrü şer ərəfəsində keçir. Şer harda və nə vaxt  rastına çıxsa onu qarşılamağa hazırdır. Şairin gücü sözünün kəsərindədir, şairin gücü  dediyi sözün itiliyindədir. Şair sözü sadəcə söz xatirinə deməməlidir, şair sözü gərəkli bildiyi üçün deməlidir. Gərəkli söz demək üçün mütaliə, bilgi, yüksək  səviyyə çox önəmlidir. Hətta Ramiz Rövşən bilginin, səviyyənin qazanılması üçün şairin amansızca mütaliə etməsinin tərafdarıdır: “Təxminən 30 il bundan əvvəl bir təbiət jurnalında maraqlı xəbər oxumuşdum. Rusiyanın hansısa vilayətində bir qəribə bülbül xəstəliyi peyda olur. Özü də bu xəstəlik əsasən yaşlı, qoca bülbülləri tutur. Odur ki, cavan bülbüllər də xəstələnməsin deyə qoca bülbülləri aradan götürürlər. Və bir müddət sonra cavan bülbüllər düz-əməlli oxumağı yadırğamağa başlayırlar. Sən demə, quş da quşdan oxumaq öyrənirmiş və deməli, şairin şairdən öyrənməsi də çox təbiidir. Amma istedadın yoxdursa, dünyanın bütün böyük şairlərini oxusan da, yenə əsl şair ola bilməzsən. Ancaq heç nə oxumadan, təkcə istedadın hesabına şair olmaq da müşkül məsələdir”. Deyirlər ki, şairlər şeirlərində özünü ifadə eləyir. İç dünyası zəngin olmayan şairin şerləri maraqlı ola bilməz. Ramiz müəllim o fikirdədir ki,  əslində şairlər böyük şairləri oxuyaraq onların yaradıcılığından özünü ifadə etməyin müxtəlif yollarını öyrənir. Hətta şair onu da vurgulayır ki, əsl ustalıq yazmağı yox, pozmağı öyrənməkdir. Yaxşı yazmağı bizə heç kəs öyrədə bilməz. Amma pisin nə olduğunu öyrənə-öyrənə biz yaxşıya doğru gedirik. ALLAHA RUMİDƏN, İNSANA DOSTOYEVSKİDƏN DAHA YAXIN OLMAQ QEYRİ-MÜMKÜNDÜR Mütaliəni çox sevən, hər zaman özünə qarşı tələbkar olan Ramiz Rövşənin sevdiyi şairlər, ümumiyyətlə yaradıcılar çoxdur. Füzuli,  M.Ə.Sabir, Nazim Hikmət, Mayakovski, Tolstoy,  Çexov, Tomas Mann,   Hesse, Kafka, Markes kimi bir-birinin tam əksi olan şairləri və yazıçıların yaradıcılığını sevərək mütaliə edir. Hətta Apolliner, Xlebnikov, Eliot kimi poeziyada milli çərçivələri yarıb inqilab eləyən şairləri, eyni zamanda Börns, Lorka, Şəhriyar kimi milli köklər üzərində ucalan şairlər də Ramiz Rövşən üçün maraqlıdır, əzizdir. “Ancaq düşünürəm ki,  Allaha Rumidən, insana Dostoyevskidən daha yaxın olmaq qeyri-mümkündür. Eyni zamanda Füzuli hissiyatımızın, Cəlil Məmmədquluzadə - əxlaq və mənəviyyatımızın, Məmməd Əmin Rəsulzadə - ağıl və siyasi düşüncəmizin sütunudur. Və bir də, onların hər üçünü öz yaradıcılığında cəmləyib bir ortaq məxrəcə gətirən dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yaradıcılığı  mənim üçün böyük önəm daşıyır” deyir Ramiz Rövşən. Bəhs ettiyimiz dahilərə yaradıcı gücü verən Yaradandır. Nahaq yerə demirlər ki, İnsan Allahın şah əsəridir. Bir yerdə ki insanlıq uca tutulur deməli o yerdə Allahın böyüklüyünə sitayiş var. Yüz yol ah cək, dərd azalmaz Bir dərd yüz ahdan böyükdü bir gecənin garanlığı Min bir günahdan böyükdü Kim yaratdı bizi yoxdan İndi baxsın bir qıraqdan Dünyada tamah tamahdan Günah günahdan böyükdü Başımızda qapaz varsa Yaşamağa həvəs varsa bir quruca nəfəs varsa Var yenə yoxdan böyükdu Min illərdi ölə ölə Ölüm nədi bilə bilə Doğulursa İnsan hələ İnsan allahdan böyükdü Bu şerində şair İnsanı Allahdan böyük tutmaqla bir daha Allaha sitayiş etdiyini, Yaradanın gücünə sitayiş etdiyini göstərir. ŞAİRƏM, ÇÜNKİ VƏZİFƏM BUDUR ƏŞAR YAZIM... Şair üçün şer yazmaq su içmək qədər asan ola bilər, ancaq necə ki, su gərəkdiyi yerdə bərqərar olana qədər müəyyən məsafə qət edirsə, yazılan şerin ictimaiyyət arasında nə dərəcədə diqqətdə durması üçün də zaman lazımdır. Buna görə şer yazmağın hələ işin başlanğıcı olduğunu düşünmək olar. Ramiz Rövşənə görə, şair yazdığı  şerin son nöqtəsini qoyduğu andan vəzifəsi bitir. Hətta şair heç şerin çapı haqqında belə düşünmür. İlk dəfə 1970-ci ildə ilk kitabı nəşr olunub. Sonralar çap edilən şeirlərinin oxucular tərəfindən böyük maraqla, sevgiylə qarşılandığını görən şair hətta çox təəccüblənib. Səbəbini belə izah edib: “Yazdığım şerlər o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çıxarmağı sevirəm”. Arazın o tayında da Ramiz Rövşən yaradıcılığını sevən minlərlə oxucu kütləsi var. Şair deyir ki, ötən illər ərzində şeirləri ona saysız-hesabsız dostlar qazandırıb. “Düşmənlərimi isə mən özüm qazanmışam”- bu Ramiz Rövşənin etirafıdır... Azərbaycan poeziyasında Ramiz Rövşənin özünəməxsus dəst-xətti var. Bütün önəmli qələm sahibləri kimi onun da yaradıcılığı hər zaman müzakirə obyektinə çevrilib və çevrilməkdədir. Böyük sənətkar Şahmar Ələkbərovun  sözü ilə desək, “O sənət, sənət nümunəsi deyil ki, ətrafında söz-söhbətə səbəb olmasın”. Yaradıcı insan yaradıcılığı ilə ətrafında söz söhbət yaradırsa deməli yaranan nümunə gərəkli bir nümunədir. Sadəcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda belə tanınan Ramiz Rövşən üçün vətən anlayışı, millət anlayışı böyük məfhumdur, ancaq azad şair doğma vətənində qürbətçi həyatı yaşamaq istəmir. “Bir neçə il əvvəl BBC radiosu şeirlərimin ingilis dilinə tərcüməçisi Riçard Makkeynlə mənim telefon söhbətimi təşkil eləmişdi. O söhbətdə Riçard mənə "İngiltərə sənin ikinci vətənin olacaq" dedi. Ancaq İngiltərənin və ya başqa ölkələrin mənim "ikinci vətənim" olmasından əvvəl mənim birinci vətənimdə, doğma Azərbaycanımdakı qəribçiliyim sona yetməlidir. Nəsə bu qəribçilik çox uzun çəkdi. O ki qaldı dünyanın məni tanıyıb alqışlamasına... Bu da olacaq. Darıxmağına dəyməz. Nazim Hikmət demişkən: "Pətəyində balın olsun, arısı gələr Bağdaddan"...        

May 6, 2016 16:12

Münəvvər Kələntərlinin xatirəsinə…

Keçən əsrin əvvəlləri hər mənada çətin olduğu qədər də hər sahədə öz çətinliyini açıq şəkildə biruzə verib. Başqa sahələr bir yana, sənət dünyası məhz fədailər, həvəskarlar sayəsində yaranıb, inkişaf edib, nəticədə bu günə gəlib çıxıb. Xüsusilə kino aləmindən tanıdığımız, sevdiyimiz aktyorlar var ki, onların keçdiyi həyat yolu yaşadığımız dövrdə nümunə olaraq göstərilir…Səhnəmizin xanım aktrisası Münəvvər Kələntərli məhz belə sənətkarlardan biri  olub. Aktrisanın doğum tarixi il baxımdan məlum olsa da ay baxımından naməlum qaldığı üçün il ərzində onun yaradıcılığı haqqında söz demək imkanları genişdir…Kələntərlilər ailəsindən 17 yaşlı bir qızın Lənkərandan Bakıya gəlişi və səhnə fəaliyyətinə başlaması 1930-cu illər üçün ən cəsarətli addım hesab edilirdi. Ancaq 17 yaşlı Münəvvər üçün şanslı demək olardı, çünki o qardaşı Haşımla bərabər paytaxtda yeni bir həyata qədəm qoyacaqdı. Haşım Kələntərli milli vokal sənətimizin parlaq nümayəndələrindən biri olub. O, el mahnılarını və muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi. Xüsusilə  onun ifasında olan Segah muğamı o qədər yüksək qiymətləndirilib ki, musiqi ədəbiyyatında bu muğam “Haşım segahı” kimi dəyərləndirilir. Onun haqqında ayrıca bir yazıda geniş danışacaqıq. Bu yazını isə sırf Münəvvər Kələntərli yaradıcılığına həsr etdiyimiz üçün qeyd edək ki, Haşım Kələntərli bacısı Münəvvər Kələntərli ilə birgə ötən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib. Kələntərlilərin özlərinə məxsus maraqlı və geniş mahnı repertuarları vardı. Belə ki,  konsert proqramlarında xalq mahnıları, muğam, eyni zamanda  Lənkəranlılara aid el nəğmələrini xüsusi incəlik və məlahətli səslə ifa edərdilər.  Misal olaraq “Aman, nənə”, “Kəşmiri şal”, “Lolo” və s. mahnıları göstərmək olar. Aktrisa əvvəllər Opera Teatrında, sonralar isə arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Belə ki, qardaşı ilə səhnəni paylaşan aktrisa həmin ərəfədə Opera Teatrına dəvət olunur. Sənətiylə diqqətdə dayanan Münəvvər Kələntərli çox keçmir ki, Musiqili Komediya Teatrına dəvət olunur. Müxtəlif xarakterli rollar iynayan aktrisa öz dövründə çalışdığı teatrın ən qabaqcıl aktrisası hesab olunub. Əslində hazırkı dövrdə də teatrlarımızın Münəvvər Kələntərli kimi xanım aktrisalara ehtiyacı çoxdu. Ancaq görünür hər dövrün öz hökmü olduğu üçün hazırkı dövrdə də cılızlaşma prosesi gedir ki, nəticədə də görmək istədiklərimizi səhnədə görə bilmirik. Mətləbdən uzaqlaşmayaq, aktrisa Musilqi Komediya teatrının səhnəsində “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və b. obrazları ustalıqla yaradaraq teatr tarixinin yaddaşına yazılmağı bacardı. Yeri gəlmişkən, “Hacı Kərimin Aya səyahəti”ndə aktrisa Nəsibə Zeynalovayla dublyor olublar. Münəvvər Kələntərli Lütfəli Abdullayevlə, Nəsibə Zeynalova isə Bəşir Səfəroğlu ilə səhnəni paylaşıb. Dövrün dörd güclü komediya ustasının bir araya gəldiyi tamaşanın səhnə həllini tapmaması heç mübahisə mövzusu belə ola bilməz. Səməd Kələntərlinin xatirələrindən“Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb. Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb – Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və sonbeşik Münəvvər. Evin böyük övladının – Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, kiçiyininkinə isə 1912-ci il yazılıb. Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı”. Bu fikirlər Səməd Kələntərliyə aiddir. Bu yazının hazırlıq prosesində onun xatirələrini əldə etdim və sadəcə bir qismini yazıya daxil etməyi qərara aldım. “Bibim Münəvvər Kələntərli sadə, şən bir qadındı. Ancaq rollarının əksəriyyətində sadəlövhlükdən çox-çox uzaqdı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Dostları çox olsa da, ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Ən yaxın rəfiqələri  Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova,  Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova idi. Tez-tez bir araya gəlirdilər, günlərini çox maraqlı keçirirdilər. Təsəsvvür edin ki sevinməyə həmişə səbəb tapırdılar, çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı”. O dövrün səmimiyyəti belə insanlara necə təsir edirmişsə, hamının bir-biriylə münasibəti çox səmimi olub. Bəlkə də dövrün “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı da insanların bir-birinə olan səmimiyyətində böyük rol oynayıb. Ən önəmlisi isə insanlar sevdikləri peşəylə məşğul olduqları üçün və çalışdığı sahədə vətən, xalq üçün lazımlı olduğunu hiss etdiyi üçün xöşbəxt idi. Böyük Vətən müharibəsi illərində sənət adamlarının hər biri səngərlərə, hospitallara gedərək əsgərlərə dəstək verdiyi tarixdən də məlumdur. Münəvvər Kələntərli də müharibə dövründə öz vətənpərvərliyini əməlləri ilə sübut edib. “Bibim rəngarəng konsert proqramları,  səhnəciklərlə əsgərlərin qarşısında çıxışlar edir, onlara ümid verirdi, doğacaq sabahlara inandırırdı”. Öz dövrünün sevilən, sayılan sənətkarı Münəvvər Kələntərli hazırkı nəslin yaddaşında  sadəcəc kinoaktrisa kimi yadda qalıb. “Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun “Arşın mal alan” filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. “Arşın mal alan”ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa – Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı”. Aktrisa  sadəcə öz işlərini həyata keçirməklə kifayətlənməz, eyni zamanda sənət dostlarının da fəaliyyətini mütəmadi olaraq izləyir, onların hər birinə dəstək verirdi. “1939-cu il idi… Filarmoniyada verilən konsert proqramına bibim də sənət dostları ilə qatılır. Ümumiyyətlə isə dövrün sənətkarlarının bəlkə hamısının bir araya gəldiyi konsert proqramlarından biri imiş. Münəvvər bibim, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Şairin də ən odlu-alovlu vaxtı işim. Sənətinin fədaisi olan xanımlar şairə ərkyana bir söz atırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür: – Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan? Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir: Həqiqətinlə Cahan parlayır Sürəyyatək, Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm… Aktrisanın yaradıcılığında müğənnilik, teatr aktrisası nə qədər çox rol oynayıbsa, kinoaktrisa olaraq fəaliyyət göstərməsi daha böyük əhəmiyyət kəsb edir. O mənada da ki, Münəvvər Kələntərlinin Azərbaycan xalqı tərəfindən sevilməsində, ümumiyyətlə götürdükdə isə keçmiş SSRİ məkanında tanınmasında kino fəaliyyəti xüsusi yer tutur. Onun kino fəaliyyəti Böyük Vətən müharibəsinin ən qaynar çağında çəkilişləri başlayan «Arşın mal alan» filmindəki Cahan xala obrazı ilə başlayıb. O zaman aktrisa 32 yaşında olub. Yeri gəlmişkən, filmdəki aktyorların hər biri Üzeyir Hacıbəyovun seçimi ilə müəyyənləşib. “Arşın mal alan” filmi yaradıcı heyət üçün uğurlu oldu. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifası və əlbəttə ki, ilk obrazı ilə SSRİ məkanında tanınan aktrisa dövrün ən yüksək mükafatına-SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu filmdən sonra kinostidiyada çəkilən filmlərin əksəriyyətində maraqlı rollara imza atan aktrisa üçün sənət meydanında maraqlı bir dövrün başlanğıcı kimi yadda qalıb. Aktrisa 10-dan çox sayda bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib. “Arşın mal alan” (1945), “Bakının işıqları”(1950), “Bəxtiyar” (1955), “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Onun böyük ürəyi” (1958), “Əmək və qızılgül” (1962) və s. Əslində aktrisa ilə yaratdığı obrazlar arasında olan bənzərlik də heç bir zaman diqqətdən qaçmayıb. Bəlkə də rejissorlar bilərəkdən onu özünə bənzəyən obrazlara çəkiblər.  “Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq,  “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyət , lazım gəldiyi zaman sərt, lazım gəldiyi zaman mülayimli nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi. Çəkildiyi filmlərdə maraqlı, yaddaqalan hadisələr çox olurdu, çünkü aktrisa əsasən komediya filmlərində çəkilirdi. Onun obraza özünəməxsusu tərzdə yanaşması və sadəcə bir dublla çəkildiyi filmlərdə olan o mıhşur səhnələri yaratması Münəvvər Kələntərlinin peşəkarlığından xəbər verirdi. Hətta aktrisanın sənət dostu Adil İsgəndərovun onun haqqında söylədiyi və artıq tarixə yazılan kəlimələr hazırda öz qiymətini saxlayır- “Münəvvər Kələntərlinin çəkildiyi filmlərdə yaradıcı heyət yorulmur, çünki aktrisa sadəcə bir dublla obraza öz möhürünü vurmağı bacarır”- Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Münəvvər Kələntərli  peşəkarlığın zirvəsində olan aktrisalardan biri olub. Kino onun həyatının bir parçası olub, doğrudur zamanla film çəkilişlərində aldığı zədələrdən də qaçmaq mümkün deyildi, ancaq nə olur olsun hər zədə yeni yaranan bir sənət nümunəsindən xəbər verirdi. Yeri gəlmişkən, “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlatmaq istərdim. Münəvvər Kələntərlinin qapının arasından baxdığı bir səhnə var, gəlin qaçdığı səhnə, orda qaöı qəflətən açıldığı üçün aktrisa yıxılmış və nəticədə də barmağı sınıb. Ümumiyyətlə kinoda belə hadisələr çox olur. 1953-cü ildə aktrisa “Vətən” kinoteatrına direktor müavini təyin olunur. O dövrün kinotetarlarının fəaliyyətindən məlumdur ki, çox qaynar iş sistemi olub. Məhz qaynar iş sisteminə görə Münəvvər Kələntərli sevimli teatrından ayrılmalı olur, ancaq film çəkilişlərinə olan bütün dəvətləri qəbul edirdi. Sanki aktrisa hiss edirmiş ki, onu gələcək nəslə kino tanıdacaq. 1959-cu ildə onun sənəti dövlət tərəfindən qiymətləndilir, əməkdar artist adına layiq görülür. Sağlam həyat tərzi keçirən aktrisa gümrahlığı, sağlam görünüşü, şux qaməti ilə hər zaman sənət yoldaşlarından seçilirdi. Ancaq gənclik illərində cərrahiyyə əməliyyatı keçirmiş və nəticədə həkimlər böyrəyinin birini götürməli olublar. Səməd Kələntərlinin dediyinə görə, bir böyrəyi olmasa da heç bir zaman xəstələnməzdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Moskvada kino çəkilişlərinə qatıldığı zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya gedir. Məlum olur ki, korbağırsağının əməliyyat olunması lazımdır. Moskvadan döndükdən sonra yenə də özünü yaxşı hiss edir, hətta Daşkəsəndən aldığı film çəkilişlərində iştirak etməyə hazırlaşırdı. Bu filmi həsrətlə gözləsə də çəkilişdən öncə əməliyyat olmağı qərara alır.  Əslində aktrisa bu addımı ilə uzasqörənlik nümayiş etdirib və ən önəmlisi onun üçün kino böyük məsuliyyət yükü idi. Film çəkilişindəki bütün prosesləri nəzərə  alaraq “öncə əməliyyat, sonra film” deyərək 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. “Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, aktrisanı yaxından tanıdığı üçün arxayın salmışdı: «Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam». Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü — Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır”. Əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşayıb, huşsuz vəziyyətdə. Deyilənlərə görə, onu əməliyyat edən professor böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. …Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. 51 yaşını mənalı yaşayan aktrisa özünü xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalq sevgisi idi. İllər keçdi ancaq Münəvvər Kələntərli yaradıcılığına olan həvəs, sevgi tükənmədi, əksinə daha da artdı. Bu da o deməkdir ki, səhnəmizin görkəmli xanımı Münəvvər Kələntərli hələ sağlığında ölümsüzlüyü qazanmışdı.    

May 5, 2016 15:32

Afrika və Asiya aborigenlərinə qəfəsdə tamaşa etmək avropalı üçün əyləncə idi…

Avropa ağ insanının əyləncəsi üçün Belçikanın paytaxtı Brüsseldə təşkil edilən “insan parkı”(1958-ci il)  hər zamankı kimi yenə də insan axınının hədəfi olduğu günlərdən biri idi. Mənzərə heyvanların saxlanıldığı və daima kütləvi şəkildə ora gələn insan axınının maraqlı baxışları ilə rastlanan zooparklarla eyni idi. Bir fərq var ki, hər iki səhnənin birində canlı insanın varlığı nümayiş olunur, digərində isə heyvanların.  Bu insanların digərlərindən sadəcə bir fərqi var-qara dərili olması fərqi. XIX əsrdən etibarən fəaliyyət göstərməyə başlayan insan  parkları Avropada ağ insanların əyləncəsi üçün təşkil edilirdi. Daima insan haqqlarından danışaraq dünyaya özünü yüksək insani keyfiyyətlərə malik olaraq tanıdan Avropa ölkələri əslində insanlar arasında belə ayrıseçkilik qoyub, insanları ağ və qaradərili kateqoriyalara bölüb. Afrikadan xüsusi olaraq gətirilib qapalı yerlərdə saxlanılan və xüsusi olaraq təşkil edilən tədbirlərdə Avropanın ağ insanının qarşısına çıxarılan və hərtərəfi dəmir barmaqlıqlarla əhatə olunan bir dünyadan bu qəribə insanlara baxan qara dərilinin o an hansı hisslər keçirdiyini anlamamaq mümkün deyil. Təqdim olunan şəkillərdə heyvani münasibətlər üzərində qurulan bu mənzərə sadəcə mədəniyyətdən çox-çox uzaq avropalının hazırda dünyaya mədəniyyət dərsi verməsi bir qədər təəccüblü görünür. Bu mənzərə eramızdan əvvəl 74-cü ildə Spartak isimli qladiatorun başçılığı ilə baş verən Qullar üsyanını  da yada salır. Dəmir barmaqlıqlar arasında saxlanılan, sadəcə varlı təbəqənin əyləncəsi üçün istifadə olunan, əslində əşya kimi istifadə olunan qullar…Bildiyimiz kimi Qədim Romada varlı təbəqənin ən sevimli əyləncələrindən biri də qulların(əlbəttə ki, söhbət qladiator səviyyəsində olan qullardan gedir)döyüşünü izləmək olub. Qeyd edək qladiatorlar böyük  arenalarda vəhşi heyvanlarla, eyni zamanda öz aralarında ölüm-dirim döyüşünə çıxırdılar. Bunu heç də könüllü etmirdilər, əksinə bu döyüşlərə məcbur edilirdilər. Prinsip etibarilə müxtəlif əsrlərdə baş verən bu oxşar hadisələr-yəni heyvani münasibətə məcbur edilən qara dərililərlə qullar arasında elə də böyük bir fərq olmayıb. Sadəcə olaraq qullar döyüş gücünə malik olduqlarına görə qəfəslər içində saxlanılan qara dərililərdən seçilirdilər. Ancaq nə olur olsun hər iki tərəf cansız əşya kimi istifadə olunurdu.   18 milyon avropalının əyləncəsi və ya insanlığa insanlıqdan kənar münasibət…   Afrika və Asiya aborigenlərinə qəfəsdə tamaşa etmək avropalı üçün bir başqa əyləncə idi… 1889-cu il…Fransanın paytaxtı Parisdə “insan zooparkı” açılır və uzun illər məşhur əyləncə yerləri kimi fəaliyyət göstərir, hətta bir çox Avropa ölkələrində fəaliyyətlərini daha da genişləndirirlər. Araştırmalara əsasən belə məlum olur ki, 18 milyon avropalı bu məkanlara daima əyləncə üçün axın edib. Görəsən 18 milyonun içində heç olmasa bir nəfər olsa belə insanlığın bu qədər alçaldığına qarşı çlxmağa heç olmasa cəhd edibmi? Güman edirəm ki, bu suala yazı əsnasında cavab tapa biləcəyik. Xatırladaq ki, sadəcə Fransa deyil, eyni zamanda Belçika, Hollandiya, İspaniya, Macarıstan, Almaniya, İsveç, İtaliya və ABŞ-da da Afrikadan gətirilən qara dərililər qəfəslərdə saxlanılaraq əyləncə üçün istifadə olunublar. Bu proses 1870-ci illərdən 1960-cı illərə qədər  davam edib. Afrikadan gətirilən minlərlə qadın, kişi və uşaq adlarını çəkdiyimiz ölkələrə gəmilərlə daşınırdı. Hətta bu insanlar, kobud da çıxsa,  nadir heyvanlar kimi seçilərək qəfəsə salınırdı, əksər vaxtlarda isə heyvanlarla bir qəfəsə salınırdılar. Ən acınacaqlısı isə o idi ki, bu insanlar qəfəslərdə bir qarnı ac, bir qarnı tox yaşayırdılar.  Sərgi xarakteri daşıyan bu dəmir barmaqlıqların ətrafında yerləşdirilən lövhələrdə yazılırdı ki, “Xahiş edirik, yemək verməyin, daha əvvəl yeyiblər”. Bu da bir daha sübut edirdi ki, əyləncəyə gələnlərin əksəriyyəti necə ki, heyvanlara yemək gətirirmişlər, eləcə də rəngi dəyişik, onların təbirincə desək, bu əcayib insanlara da yemək verirmişlər. Yaxşı qidalanmayan bu insanların həyat tərzi o qədər acınacaqlı olub ki, nəticədə bəziləri bu münasibətə, bu dözülməz həyat şəraitinə və ən önəmlisi azadlıqdan məhrum olaraq yaşamağa dözmür, intihar edir, bəziləri isə elə əcəliylə dünyasını dəyişirdi. Sonrakı şəraitdə bu insanların necə dəfn olunmasından isə danışmağən mənası yoxdur. Çünki canlı insana heyvani münasibət olan yerdə, onun ölüsünə necə münasibət ola bilər, bu açıq şəkildə ortadadır. Qəribə burasındadır ki, ölənlər də əyləncə üçün nümayiş olunub. İnsanlığa insanlıqdan kənar münasibət… O dövrdə yaşayan və bu kimi hadisənin birbaşa iştirakçısı olan bir qrup alim baxın görün nə yazırdı: “Həftələrdir ki, bunların üzərində işləyirik. Bunların ağlı həddindən artıq azdır. Həddindən artıq təcavüzkar insanlardır və heç bir hissləri yoxdur. İnsana ən yaxın vəhşi nümunə də hesab oluna bilərlər”. Hətta alimlər Afrika insanını, onun həyat tərzini meymunlarla müqayisə etmişdi və əlbəttə ki, Avropa insanının bu “meymunlara” baxaraq əylənməsini təbii hal hesab etmişdi. Bu da öz dövrünün alimləri…   Avropanın ən dəhşətli sirri   İllərlə açıq aydın şəkildə insanlığı təhqir edən Avropanın bu münasibəti nə dərəcədə başqa ölkələrdən saxlanaılıb, onu demək çətin olsa da, sadəcə bir həqiqət var ki, bu dünyada  edilən hər hansı bir haqsızlıq cavabsız qalmadığı kimi, sirr olaraq da qala bilməz. Fransa daima dünya ölkələri sırasında mədəniyyətin beşiyi olaraq tanınıb. 1931-ci il…Paris. Eyfel qülləsinin yaxınlığında təqdim olunan insan sərgisini 34 milyon nəfər ziyarət edir. O ərəfələrdə Avropa iqtisadi böhran yaşayırdı və qüdrətli Sovetlər Birliyində qıtlıq hökm sürürdü. Deyəsən elə Avropanın irqçilik yüksəliş dövrünü yaşadığı dövr məhz həmin dövr olub.  Dəmir barmaqlıqların təqdimatında “Fransanın mədəniyyət missiyasını həyata keçirərkən nələrlə məşğul olduğunu kəşf edin” yazılırdı. Əslində yaxın keçmişdə Fransada baş verən bu hadisənin nə dərəcədə mədəniyyətə sığan bir nümunə olduğu illər sonra ortaya çıxacaqdı. Ola bilsin ki, Fransa üçün bu çarəsiz insanaları dəmir barmaqlıqlar arasında saxlamaq elə mədəniyyət demək idi. Çox təəsslər olsun ki, zamanla Fransa haqqında olan düşüncələrimiz məhv olmağa başladı. Bəlkə də ona görə ki, hazırda Fransanı daha yaxından tanıyırıq. Zənnimcə Qarabağ hadisəsi bizlərə bir ölkə olaraq imkan yaratdı ki, dünya ölkələrini yaxından tanıyaq.   Avropalıya görə, heyvanlardan heç bir fərqi olmayan insanlar   Avropalıya görə heyvanlardan heç bir fərqi olmayan Afrika insanının ağ dərili üçün əyləncə olması adi bir hal kimi qarşılanırdı. Onların meyminlarla olan oxşarlığı eybəcər şəkildə sübut etməyə çalışaraq qucaqlarında meymunlarla ağ dərilini əyləndirməyə məcbur edirdilər. Hətta müxtəlif formalarda şəkilləri çəkilirdi. Yazı prosesində təqdim olunan bu şəkillər əslində Avropa insanının əylənərək çəkdiyi şəkil olsa da illər sonra bir sübut rolunu oynayıb. Çünki məhz bu şəkilləri yayanlar Avropanı bununla məsuliyyətə cəlb etməyə səsləyir. Mənbələrdən belə məlum olur ki, insan sərgiləri bəzən saysız izləyicinin diqqətində dayanıb. Bu kimi sərgilərə digər ölkələri də cəlb etmək üçün dəvətnamələr, hətta pulsuz biletlər göndərilirmiş. Hər dəfə böyük maraqla qarşılanan sərgilər getdikcə daha da genişlənir və onlara görə daha əyləncəli hazırlanırmış. Belə deyilir ki, ilk insan sərgisi 1835-ci ildə məhşur şoumen, sirk sahibi Phineas Taylor Barnum tərəfindən açılıb. Və ilk addım uğurlu olduğu üçün az bir müddət sonra belə sərgilər davamlı xarakter alıb. 1870-ci ildə bu maraq dairəsi daha da genişləndi, 1874-cü ildə isə yeni-yeni parklar salındı ki, bunların da hər biri Afrika insanlarını nümayiş etdirirdi. Belə sərgilərə böyük maraq göstərənlərdən, hətta bilavasitə açılışna böyük maraq göstərənlərdən biri də Carl Hagenbeck adlı bir şəxsin adı xüsuilə çəkilir. Bu şəxs Almanyada bu kimi əyləncələr hazırlayıb. 1876-cı ildə məşğul olduğu bu əyləncəli işi daha da genişlətmək fikrinə düşən Carl Hagenbeck növbəti sərgilərdə dəyişikliklər etmək, əyləncəyə daha çox rəngarənglik  qətmaq üçün Afrikadan müxtəlif heyvanlar gətirtdirərək bu insanlarla eyni vaxtda əyləncəyə gələnlərə təqdim edib. Deyilənlərər görə, bu dəyişik sərgi o qədər maraqla qarşılanıb ki, nəticədə də az bir vaxtda Berlin, London, Paris kimi şəhərlərdə də nümayiş olunub. Həmin ərəfədə Fransanın ən qədim, qanuni şəkildə qorunan Le Jardin dAcclimatation parkı iqtisadi durumun aşağı olmasına görə tamamilə diqqətdən kənarda qalmışdı, demək olar ki, şəhər əhalisinin unutduğu, heç bir maraq kəsb etməyn məkanına çevrilmişdi. Bir sözlə, mövcud durumu aradan qaldırmaq üçün yeni bir əyləncə ortamına ehtiyac var idi. İnsan ve hayvan tacirliyiylə tanınmış Hagenbeck rəhbərliyi ilə  1877-ci ildə etnografik bir sərgi həyata keçirildi. Həmin sərgidə heyvanlarla qara dərilinin tamaşası hazırlanmışdı. Bu bir faicə idi, ancaq əyləncəyə gələnlər üçün komediyadan başqa bir şey deyildi. 34 fərqli xalqlardan ibarət insan qrupu dəmir barmaqlırlar arasından nümayiş olunurdu. Le Jardin dAcclimatationndaki bu sərgi, 1877-ci ildən 1931-ci ilə qədər fəaliyyət göstərib. 54 yıl qara dərili heyvan rolunu oynamağa məcbur edilib.   New York Times yazırdı… Dünya sərgisindən söhbət açılırsa, demək olar ki, bir sərgidə nümayiş olunan hər hansı bir nümunə artıq dünya sərgilərinin də diqqətindədir. 1889-cu ildə Parisdə açılan sərgi bu baxımdan bütün dünyanın diqqətində dayanıb. Həmin sərgidə Afrikanı insanı öz həyat tərzini əks etdirən bir nümunə ilə təqdim olunurdu. 28 milyon nəfərin iştirak etdiyi sərgi o qədər böyük maraq doğurub ki, sonrakı illərdə bu proses davam edib və hər dəfə bir rəngarənglik qatılıb. Qeyd etdiyimiz kimi bəhs olunan dövrün alimləri Afrika insanını heyvanlarla müqayisə edərək onların ağlı olduğuna şübhə ilə yanaşıb. O mənada ki, bu insanların heç biri yaşadığı həyata qarşı çıxmırdı, düşdüyü vəziyyətlə barışırdı. Ancaq bu alimlərin qondarma fikirlərindən başqa bir şey deyildi. Əksinə mövcud vəziyyətə qarşı çıxanlar olub. Sadəcə dəmir barmaqlıq arasında qalan deyil, tamaşçı qismin də baxanlar da bu kimi duruma etiraz səsini yüqksəldib ki, nəticədə də belə sərgilər bağlanılıb. Bir qədər əvvələ qayıdaq. 1900-cü ilin əvvəllərində Bronx insan parkında Ota Benga adlı bir qadın nümayiş olunurdu, hətta şəkillərdən birində onun qucaqladığı meymunla görürük. Ota Benga heyvanlarla bir qəfəsdə saxlanılıb, əksər vaxtlar meymunları qucağında saxlayaraq tamaşaçıların qarşısına çıxmağa vadar edilib. Daima böyük izdihamın diqqətini çəkən bu qadın meymunları qucağında saxlamaqdan başqa eyni zamanda səbət hörməklə də məşğul olub, hətta ox atmaqda məhşur olub.  Benganın durumu çox acınacaqlı olduğu üçün park işçilərinin də diqqətini çəkmiş nəticədə qarşıdurma yaranmışdı. İnsan parkında çalışan qara dərililər Benganın belə bir həyat tərzini layiq olmadığınl deyirdilər. New York Times yazırdı ki, çalışanların bəziləri bu qadının meymunlarla bir qəfəsdə saxlanmasını qəbul etmirdi. Həmin ərəfədə Londonda zəncirə vurulmuş insanların nümayişi böyük etiraza səbəb olub ki, nəticədə də həmin sərgi də bağlanılıb. Qeyd edək ki, tədricən başlayan bu etiraz getdikcə daha da alovlanmağa başlayır. Və nəhayət İkinci Dünya Müharibəsindən sonra insan parkı qavramı tədricən aradan qalxmağa başlayır. Ən maraqlısı isə odur ki, tarixə ən qəddar bir lider kimi adını yazan  Adolf Hitler insanlığa olan bu alçaldıcı münasibətə qarşı çıxanlardan biri olub. Ən son nümayiş olunan insan parkı 1958-ci ilə təsadüf edir, bu Belçiklada baş verib. İnsanlığa olan bu heyvani münasibət çox təəssfülər olsun ki, yaxın keşçmişdə Avropada baş vermiş kədərli hekayələrdən biridir. İkinci Dünya Müharibəsindən sonra Avropada insan haqqları inkişaf mərhələsinə qədəm qoydu və belə bir məqamda yaxın keçmişdə yaşanan bu utancverici hadisə xatırlanır. 2011-2012-ci illərdə Parisdəki  Quai Branly Müzesi tarafından açılan Exhibitions: L’invention du sauvage (Vəhşinin İcadı Sərgisi)də avropalının insanlıq arasında qoyduğu bu ayrıseçkilik sorğu sual edilib. Yəqin ki, bu sorğu-sual hələ  uzun illər davam edəcək.    

May 5, 2016 15:19