Baxdığımız, görüdüyümüz hər bir sənət nümunəsi rejissor işinin məhsuludur. Ancaq rejissorun da dayandığı, güvəndiyi, məhz onunla güclü bir sənət nümunəsi yaradacağına inandığı, iş prosesində belə arxayınlıqla oxuduğu, oxuduqca da yeni yeni ştrixlərlər əlavə etdiyi ssenari var ki, bu da bünövrə rolunu oynayır. Əlbəttə ki, mübahisəli məqamlar çoxdur, məsələn çoxları güclü bir sənət nümunəsinin güclü ssenariyə dayandığı fikrini irəli sürür, bəziləri isə rejissor təxəyyülünün gücü sayəsində ən zəif ssenarinin belə diqqət çəkəcəyinə, yaddaşlara həkk olunacağınan inanır, çoxlarıl isə sənət nümunəsinin yaraanmasında yaradıcı heyətin peşəkar olmasını önə çəkir. Bu baxımdan bu mövzunun mübahisəli olması təbiidir. Bu kimi məqamlara aydınlıq gətirmək üçün bir çox rejissorlara suallar ünvanladıq. Kinorejissor Şahirə Tacəddinin fikrincə, rejissor cox guclu psixoloji ve menevi alemə malik olur: “Rejissor psixoloji təhlil qabiliyyəti, yuksək zövq, intuisiya ve ümumiyyətlə duyma, hissetme qabiliyyətindən və yüksək intellektindən istifadə edərək həyatda baş verənləri hamıdan əvvəl dəyərləndirib onların ən maraqlısını secərək insanlara audiovizual əsər eser sheklinda insanlara catdirir. Güclü sənət nüümunəsinin yaranması üçün güclü ssenarinin olması şərtdir. Ancaq duzgun ve istedadli aktyorların secimiylə də çox iş görmək olar. Bu baxımdan düşünürəm ki, hadisəlrin realliğa bir qədər yaxın olması və əlbəttə ki, aktyorların inandırıcı oyunları kinoda böyük rol oynayır. Hətta mən deyərdim ki, filmin uğur qazanmasının heç olmazsa yarı faizi düzgün aktyor seçiminə bağlıdır”. Rejissorun fikrincə, sadəcə kinoda deyil, eyni zamanda bütün sahələrdə cılızlaşma gedir. “Elm və texnika inkişaf etdikcə sanki texnika irəli, insanlar geri hərəkət etməyə başlayır. Zənnimcə bunun əsas səbəbi həyatın özüdür, axı kino həyatın güzgüsüdür. Əslində hazlrkı dövrdə insanlar arasındakı münasibətlər kinoya da öz təsirini göstərib. Nə mənəviyyat, nə də qarşılıqlı hörmət əvvəlki dərəcədə deyil. Əsas bəla isə deletantlıqdır. Kino sənətindən anlayışı olmayanlar, heç bir yerdə təcrübə görmədən film çəkməyə başladılar ki, nəticədə göz qabağında. Ancaq bu belə davam edə bilməz, çünki mütləq rəqabət yaranacaq və əgər sağlam rəqabət olarsa istedadı olanlar qalib gələcək”. Ölməz film anlayışına gəlincə isə, rejissor inandırıcı ştrixlərin güclü olmasının vacibliyini qeyd edir: “Filmin uzun ömürlü olması, filmin yaradıcı heyəti, əsasən də quruluşçu rejissor və aktyorların tamaşaçı qəlbinə yol tapa bilməsidir. Tamaşaçı aktyorların səmimiyyətini hiss etməlidir, ideyanin doğruluğuna inanmalıdır. Ürək qoyulan əsər heç vaxt solmaz”. Seriallar rejissoru Rövşən İsax isə belə hesab edir ki, rejissor işinin sirri olmur. Çünki rejissor intuisiya ilə işləyir. Əgər bu “sirr” adlandırılırsa, deməli bu işin sirri hissiyatdadır: “Bu iş zəncirvari bir prosesdir. Əvvəla heç kim “güclü sənət nümunəsi yaratmaq” amalı ilə iş görmür. Hər halda mən belə fikirləşirəm. Amma səviyyəli bir iş ortaya çıxarmaq üçün, həm ssenari güclü olmalıdır, həm aktyor seçimi, həm opertor işi, musiqi, montaj və s. yəni burda işin bu hissəsi yüksək səviyyədədir, yerdə qalan məqamlarda güzəştə getmək olar kimi fikirlər qəti şəkildə qəbuledilməzdir. Tamaşaçının filmə inanması fikrinə gəlincə isə bu, bizim kinomuzun müasir dərdidir. Məncə tamaşaçının inanmasından ötrü, ilk növbədə rejissor özü buna inanmalıdır. Rejissor əsərindəki qəhrəmanları canlı insan kimi hiss etməlidir… “Guya”, “məsələn”, “tutaq ki” kimi fikirlərlə onlara yanaşmamalıdır. Belə olanda aktyor da özünü bütünlüklə işinə həsr edir. Bütün bunlardan sonra təbii film çəkmək, qalır peşəkarlığın ümidinə”. Rejissor onu da qeyd edir ki, əvvəllər peşəkarlar film çəkirdilər, amma hazırda deyəsən ya peşəkar qıtlığıdır, ya da peşəkarlara qısqanc yanaşırlar. “Ölməz film analayışına gəlincə isə, bu tamaşaçı qəlbini fəth edən filmlərdir. Bunun isə ölçü meyarı heç vaxt tapılmayacaq”. Teatr rejissoru Ağaxan Salmanlı rejissor sənətinin sirrini onun duyumu ilə əlaqələndirir: “Cəfər Cabbarlı “Sevil” dramını insan azadlığına həsr edib. İnsan azad olarsa öz fəaliyyəti ilə cəmiyyətə fayda verə bilər. Lakin əksər rejissorlar bu əsəri Sevilin çadrası ilə bağlayır və dramın ali məqsədini qapayırlar. Bununla da dramın həyatına son qoyurlar. Əlbəttə ki, bu cür yanaşma kökündən səhvdir. İndiki zamanda da o qədər ali savadlı, diplomlu qadınlar var ki, evdə dustaqdırlar. Demək olmaz ki, onların hamısı xoşbəxtdir. Mən deyərdim əksinə, onları dindirəndə içərilərində bir nisgil yatır. Bəziləri ailəsini qorumaq, bir çoxları evladlarını itirməmək səbəbibdən qatlaşırlar. Hər bir dram əsərində bir ali məqsəd və ümumi məcraya aparan əlavə məqsədlərə olur. Bəzən rejissor ali məqsədi ötərək əlavə məqsədlərdən birini tamaşasında qabardır. Zamanın tələbinə uyğun olaraq. Bu heç də qəbahət deyil. Rejissor dövrünün problemlərini göstərməli, qurtuluş cığırı açmalıdır.O rejissor ki, zamanın tələblərinə ötəri yanaşır, verdiyi quruluş nə qədər baxımlı olsa da təsirsiz olacaq”.Ağaxan müəllim digər suala-güclü sənət nümunəsinə isə belə bir fikir bildirib: “Güclü sözü burada yerində deyil məncə. Sənət nümunəsi yaratmaq üçüç bədii səviyyəli ssenari vacibdir. Bizim sənət kollektiv və sintetik sənət növü olduğundan, o zaman sənət nümunəsi yarana bilər ki, hər kəs öz işində yüksək səviyyə əldə edə bilsin. Bu işdə yazardan tutmuş rejissor və aktyorlardan keçmiş inzibati və texniki işçilərə qədər hamının məsuliyyəti bərabərdir”Aktyor-rejissor kino reallığı əks etdirirsə o reallıqdan uzaq ola bilməz deyir: “Sadəcə kino lentə köçürülmüş oyundur, o canlı oynanmır. Teatr da, kino da tamaşaçı tərəfindən qəbul edilmiş oyundur. O baxır nə dərəcədə bu oyun inandırıcı oynanır. Ona görə istənilən oyun bütün komponentləri ilə birlikdə, bütövlükdə səmimi,inandırıcı oynanmalıdır. Yarım əsrdən keçir ki, mən sənətdəyəm, müqayisəli yanaşsaq keçmiş də hər bir kəlmə, vurğu, kadr, baxış, qrim….nə varsa dəqiq ölçülü olurdu, min bir sualın cavabından keçirdi. Bir kinonun çəkilişinə xeyli zaman hazırlıq dövrü olurdu. Teatrda da hər cümlə, kəlmə üzərində stol arxası məşqlər aparılırdı, obrazlar xırdalıqlarına qədər təhlil olunurdu. Zaman dəyişdi, sürət artdı, vaxt daraldı. Stol arxası məşqlər dəbdən düşdü. Hər şey aktyorun intellek səviyyəsinə buraxıldı. Bu da ki, birmənalı məsələ deyil(?!)Kinoda da elə,seriallarda ondan da böyük sürət. Belə ki, bir çox hallarda aktyor mətni çəkiliş meydanında alır. Mənimsəmək prosesi itir. Vizual görüntü yaranır. Əsr qlamur əsrinə çevrilib. Hasarın o biri üzü heç kəsə nə maraqlıdır, nə də ona vaxt var. Hər dövrün, zamanın özünə görə ölməz sənət əsərləri yaranır. Milli teatrımızın,kinomuzun da belə nümunələri çoxdur.Nə vaxt ki, biz kökümüzün üstündə duraraq, dərindən dərd-sərimizlə bir olacaqıq, ona çarə axtaracaqıq, o işığa doğru milləti səsləyib aparacaqıq, bax, onda ölməz sənət əsəri yaranacaq. Bu mütləq olacaq və mən buna, o günün olacağına inanıram”.Rejissor Rasim Aşın rejissor işinin sirrini belə izah edir ki, rejissor deyilen insan öncə peşesinin aktyoru olmağı bacarmalıdır: “Daha sonra roller üzərində dərin araştırma aparmalıdır. Rejissor əsər üzərində dünən, bugün və sabah qarşılaştırmaları apararaq fəlsəfi, psixoloji, pedagoji məlumatlara sahip olmalıdır. Həyatın hər anını dəyərləndirə biləcək fikirlərə, bir sözlə hətərəfli məlumatlara sahib olmalıdır. Ən önəmlisi ssenariyə uyğun rol bölgüsünü aparmağa səriştəsi olmalıdır. Rollar üzərində olan məşq proseslərini səmərəli təşkil etməyi bacarmalıdır. Rejissor öz ölkəsində, eyni zamanda bütün dünyada baş verən hadissələri izləməli və quruluş verdiyi istər filmdə, istərsə də səhnə əsərində həmin hadisələrdən peşəkarcasına istifadə etməyi bacarmalıdır. Rejissor güclü mütaliəyə malik olmalıdır. Doğrudur ki, güclü sənət nümunəsi yaratmaq üçün güclü ssenari lazımdır, ancaq əsər üzərində doğru rol bölgüsü etməyən rejissor uğur qazana bilməz”. Kinonun rellaığa yaxın olduğu qədər də bir o qədər də reallıqdan uzaq olmasına aisə rejissor belə bir fikir söylədi: “Yaşadığımız dövr texnologiya dövrüdür. Belə bir dövrdə tamaşaçını inandırmaq çox çətindir, eyni zamanda tamaşaçını aldaatmaq da mümkün deyil. Bu baxımdan rejissor sadəliklə inandırıcı məqamları əsas götürərərk texnologiyadan bir qədər irəlidə getməyi bacarmalıdır. Çünki məhz əvvəlki dövrlərdə də təbiilik əssaq götürüldüyü üçün filmlər inandırıc alınıb. Rejissor müraciət etdiyi hər hansı bir əsərdə korkoranə üsullardaan uzaq olmalıdır ki, nəticədəd də uğrusuzluqla qarşılaşmasın. . Ölməz film anlayışına gəlincə isə, rejissor öz həyat təcrübəsindən çıxış edərək peşəkar bir heyətlə bütün səmimiyyətrini ortaya qoyaraq sənət nümunəsi yaradarsa mütləq qələbə çalacaq”. Göründüyü kimi hər rejissorun suallara yanaşma tərzi fərqli olsa da hər biri peşəkarlıqdan çıxış edərək bütün korkarnə üsullardan uzaq olaraq ölməz sənət nümunəsinin yaratmanın mümkün olduğu fikrini irəli sürür. Btünü bunlardan da belə nəticəyə gəlmək olar ki, yaşadığımız dövrdə olan bütün qarışıq məqamlara nəhayət bir gün son qoyulacaq-o zamna son qoyulacaq ki, sağlam rəqabətlə hər sahənin peşəkarı gördüyü işləriylə tarixin yaddaşına həkk olunacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…