Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.
Naxçıvan Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən birgə təşkil olunan yarışda 17 komanda 4 qrupda mübarizə aparır.
Mayın 10-u Ümummilli Liderin doğum günündə yarışın rəsmi açılış mərasimi reallaşıb.
Qeyd edək ki, oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…