Arzular sonsuz olur, rəngarəng olur. Kimisi var-dövlət, kimisi şan-şöhrət, kimisi də yüksək vəzifə və daha nələr…, nələr arzulayır. Arzular, istəklər al-əlvan naxışlara bənzəyir. Arzuların sonu yoxdur. Həyatda mənim ən böyük arzum insanlıq zirvəsinə ucalmaq olub. Qəribə də olsa, mənəvi dünyamın var-dövləti olan təmiz hisslərimlə, duyğularımla yaşamışam.Dünənimdə, bu günümdə kiməsə zərrə köməyim dəyibsə, birinin qəlbinə yol tapıb, dərdinə şərik ola bilmişəmsə, demək o günü mən yaşamışam.Dövran, güzəran məni bezdirəndə, ayrılıram haylı-haraylı dünyadan və öz dünyama qapılıram. Yunus İmrəyə üz tutub, oxuduqlarımı təkrar-təkrar ruhuma hopdururam. Onun hər sətrini könlümdə dönə-dönə dolandırıram.
Dərvişlik dedikləri,
Əba ilə, daş deyil.
Könlün dərviş eyləyən,
Əbaya möhtac deyil.
Bax, mənim ən böyük arzum Yunus İmrə dünyasının sədaqətli yolçusu olmaqdır. Ən xoşbəxt günüm böyük şairimiz Səməd Vurqunun 60 illiyinə həsr etdiyim şeri(o vaxt mənim 13 yaşım var idi) təntənəli yubiley yığıncağında oxuduğum gündür.
Eşit ey sənətkar, ey gözəl insan,
Məskən saldın ürəyimdə hər zaman.
Elə bir məskən ki, geri yol olmaz,
Sənətin dürrüdür saralmaz, solmaz.
Bu kiçik qəlbimdə yaşayırsan sən,
Sənəti sevməyi öyrəndim səndən.
Bəli, bu şeirlə yaradıcılığa qədəm qoymuşam. Öz daxili dünyamla birgə böyümüşəm,cavanlaşmışam, yetginləşmişəm. Dərdin, qəmin nə olduğunu tam mənasında dərk etmədiyim anda atamın vaxtsız ölümü mənim üçün ən dəhşətli faciə oldu. Elə o gündən ağrılı-acılı dünyanı dərk edib, ayağımın altındakı torpağı özümə dayaq bilib, həyata daha inamla baxdım. Poeziyanı çox sevirəm. şeirdən aldığım zövq məni günlərlə, aylarla tərk etməyə bilər. Nəsimi, Sabir, Yesenin, Axmatova, Məmməd Araz, Ramiz Rövşən,Vaqif Bayatlı. Hamısının öz dəsti xətdi, biçimi,dolğunluğu var.Bu günlərdə Vaqif Bayatlının bir şerini Oxudum. Həyat dolu, qayğılı kövrək bir şeir.
Üzünü ovcuna alma ay dəli.
Göyə təzə ulduz çıxıb,
Uçum sənə ulduz dərim,
İsti-isti istəmirsən?
Qoy soyusun, bumbuz dərim.
Xoşun gəlmir
Bu gecəki ulduzlardan?
Gözlə, sabah, gündüz dərim.
İlahi, nə qədər səmimiyyət, doğmalıq, nəfəs var bu sətirlərdə! Elə bil ki, sirli-sehirli dünyanın qapılarını açıb,dərindən nəfəs alırsan. Nəğmə dolu aləmdə təmizlənirsən. Zərif duyğuların ümmanında durulursan, yenidən doğulursan. Çox qəribədir. Bəzən yaradıcılığını izlədiyin,sevə-sevə şeirini oxuduğun şairlə Həmsöhbət olursan, dərdləşirsən, səsinə səs verirsən. Üzünü görmədiyin şair ruhən sənə bir qardaş kimi, bir dost kimi yaxın olur.Bir gün ramiz Rövşənin “Xudafərin” jurnalında “Qoca” adlı bir şeirini oxudum.
Hələ ki, deməyə min-min yalan var.
Hələ ki, yeməyə min-min cavan var,
Ye, qoca canavar!
Canavar qoca!…
İnanın bu sətirlər bütün varlığımı yerindən oynatdı. Mənə elə gəldi ki, bir anda vətən torpağının əsgərinə döndümvə həmən anda ürəyimin harayını belə ifadə etdim:
Hər sətrin, hər bəndin təbil nərəsi,
Tanrıma şükr edib halallaşıram.
Sözün igid sözü, səsin nər səsi,
Səninlə yenidən salamlaşıram.
Nə yaxşıki,nəğmə var, söz var, söhbət var. Nə yaxşıki, ruhumuza qanad verən bu cür gözəl, hünərvər şeirlər var. Demək yaşamağa dəyər!
KÖNLÜMƏ
Dərgаhımın qаpısınа çаtmışаm,
Hu… ərənlər, mənə bir yоl göstərin.
Nəfəsimdə gül-çiçəyin qохusu,
Qоy аçılsın bu cənnətdə gözlərim.
Sizi görüb mən bir hаlа düşmüşəm,
Könül dinir, könül mənim həmdəmim,
Nеy səsinin həzinliyi içimdə,
Öz dünyаmın хоş dəmidi, хоş dəmi,
İnsаnlığın sеvgisini gəzirəm,
Tоrpаğımın cаdаr-cаdаr üzündə.
Yеrdə, göydə hər nə vаrsа gözəldi,
Хоş nidаdı öz Tаnrımın gözündə.
Dərgаhımın hər pilləsi nurdu, nur,
Zərrə-zərrə nur çilənsin könlümə.
İlаhi dе, bu ruhumu оvundur,
Sеvgi dоlu bir ömür vеr könlümə.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…