Bir anlıq təsəvvür edəndə ki, günəş öz parlaq şöləsini yer üzünə paylayıb, qızıl tellərini aləmə saçmayacaq, bu zaman gözlərim önündə bir zülmət canlanır. Zülmətin xofundan insanın qanı donur. Bir an dünyanın öz çevrəsindən çıxdığını təsəvvür edirsən. Bax, beləcə 800 il insanların iç dünyasını öz parlaq nuruna qərq edən, ürəklərdə xoş duyğular bitirən, kiçikdən böyüyə qədər sevgi adlı möhtəşəm hissin – həyəcanın incəliyini, sirli-sehirli cazibəsini çox sərrast, ustalıqla könüllərə hopduran Əfəndimiz, ağamız Hz. Mevlana dühasının, eşqinin nuruna xələl gələrsə, elə o andaca insanın iç dünyasında aramsız döyünən qəlbi susar, dayanar. İnsan könlünün gülüstan əlvanlığı solar. İllər, qərinələr, əsrlər ötdükcə Ağamız, Sultanımız Hz. Mevlananın böyüklüyü, ucalığı yer üzünün ən qiymətli, cilalanmış daş-qaşından üstün görünür. Artıq 800 ildir ki, bütün türk dünyası Hz. Mevlana zəkasının işığına qızınır, ruhunda mənən rahatlıq tapır. Onun bu günə qədər miras qoyduğu lətif sözlər, kamil fikirlər, mərifət, həqiqət, gözə görünməyən varlıqlar ən dərin mənanı kəsb edir. Bəli, bu gün qəlbimizin ən parlaq günəşi, nuru Hz. Mevlananın müqəddəs adı, möhtəşəm, ölməz varlığıdır. Mənə elə gəlir ki, günəş, ay, ulduzlar öz nurunu itirməyən kimi, Mevlana böyüklüyünün işığı öz şöləsini itirə bilməz. Hz. Mevlana elə bir varlıq, elə bir parlaq günəşdir ki, onun yaydığı qızıl tellər min-min könüllərə sevgi adlı gözəllik bəxş edir. Onun əsərlərinin sehri insanların həyat məktəbinə çevrilir. Hər birinə düz yolun yolçusu olmaqda kömək edir. Mevlana sevərlər “Məsnəvi”nin hikmətindən, “Divani Kəbir”in coşqulu mövzusundan bəhrələnərək yüz illərdir ki, mənən təmizlənə-təmizlənə gedirlər. Hz. Mevlananın hər bir 8 sətri, hər bir kəlməsi insanın iç dünyasının məlhəmidir. Görün, Hz. Mevlana nə deyir: “Bir könüldə könül nuru olmadımı, o könül könül deyildir”; “Bir bədəndə ruh yoxsa, o bədən torpaqdan ibarətdir”; “Könül səndən razısa, mən də razıyam. Könül səndən üz çevirmişsə mən də üz çevirərəm”; “Süleyman Peyğəmbər o elçilərə dedi ki, ey utanan elçilər, geri dönün, altun sizin olsun: mənə könül gətirin, könül”. Nə qədər hikmətamiz, nə qədər ibarətamiz sözlərdir. Belə bir məqamda mənə elə gəlir ki, sultanımız Hz. Mevlana ən qüdrətli memara dönüb insan könüllərini gözəlliklə yapır. Və göylərin sonsuzluğundan hər birini sevgilə seyr edir. Bu əsərlərin böyüklüyü, ucalığı ondadır ki, Hz. Mevlana Quranın aliliyini tam mənasında dərk edib, onun möcüzəli sehrindən bəhrələnərək, ölməz əsərlərini yaratmışdır. Hz. Mevlananı bilmək və anlamaq bəs etməz. Onu duymaq gərəkdir. Yüz illərlə onun yolunun işığı ilə gedən insanlar Hz. Mevlana gözəlliyinin ümmanına baş vuraraq incilər toplamış, könüllərdən-könüllərə çatdırmışlar. Yüz illərdi Türk dünyasının nur sultanına əsərlər həsr eləmiş, şeirlər yazmışlar. “Mevlanadı evliya kutbu bilin, Ne kim ol duyurdusa annı kilin. Tanrıdan rahmetdir onun sözləri, Körler okusa açıla gözləri” Təbii ki, burada oğlu Sultan Veled, könül gözünün açılmasından söhbət açır. Qadın şairlərimiz də Hz. Mevlanaya bir çox şeirlər həsr etmişlər. Bunlardan miras olaraq on yeddinci əsrin şairlərindən Leyla xanımı yada salaq “Eseri aşkın ile şemi kamer. Hep semain qibi dövran eyler. Merhemet sendən olur eyle nazar, Medet et bendene ya Həzrəti Pir”. 9 Bəli, şairlər, söz-sənət adamları onun hər sətrindən ruh, qida ala-ala yazıb yaratmışlar. Və hər biri böyük ustadın qarşısında öz kiçikliklərini hiss etmişlər. O vaxtlar islamda sənətə etiraz edənlər olduğu halda, mevləvilərdə sənətə böyük yer verilirdi. Bu təriqətdə gözəl əsərlərin öz qiyməti, yeri olurdu. Məsələn, Fenni Dədənin “Vaza içində çiçəklər”i, Dərviş Süleymanın gülləri və bir çox buna bənzər rəsm əsərləri yada düşür. Hz. Mevlana sənətin bütün qollarına yer verdiyi qədər, rəsmə də önəm vermişdir. Bu böyük mürşid sadə axirəti xatırlatmış deyil, dünyanı da sevməyi öyrətmişdir. Ümidsizlərə ümid yeri olmuş, günahkarlara təsəlli qapılarını açıq qoymuş və sevgi, şəfqət göstərmişdir… … Hz. Mevlana haqqında cildlərlə kitablar, həyatı, yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb. Bir çox insanlar elmlər namizədi, doktorluq elmi adına yiyələniblər. Mənim isə bu müqəddəsə sevgim tam başqadır. Bu təmənnasız sevginin yolu o qədər mənalıdır ki, bu incə yolu gedə-gedə haqq yoluna çatmağın gözəlliyini dərk edirsən. Bu yolun əzabını, ağrısını, əlvanlığını, paklığını olduğu kimi qəbul edirsən. Qəlbinin səsini ney səsinin saf, təmiz tellərində-nəğmələrində kökləyirsən. Tanrının eşidə biləcəyi ney sədaları altında gediləcək yol, insanlığın özüdür. İllərdi kimsədən xəbərsiz, gözə görünməz bir xəyal kimi əlimdə əsam, bir də nəfsin açarı, Sultanım Hz. Mevlananın izinə düşüb, onun qurub yaratdığı insanlıq bağçasına tərəf, bütün gözəlliklərdən pay ala-ala gedirəm. Və inanıram ki, bu yolun ölməzliyini, gözəlliyini qoruyan müridlər nəsil-nəsil artacaq, kamilliyin zirvəsinə ucalacaqlar. Qoy, tanrım bu yolun yolçularına kömək olsun.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…