1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Mozalan” satirik kinojurnalı təsis edilib. Bu, SSRİ dövrünün ən qaynar bir zamanına təsadüf edir ki, həmin məqamlarda hər hansı bir sahələrdə olan problemli məqamları qabartmaq o qədər də asan məsələ deyildi. Yəni, kinojurnalın əsas məqsədi ölkədə mövcud olan problemli məqamları satira dili ilə xalqa çatdırmaqdan ibarət olub. Sənədli süjetlərdə müxtəlif istehsalat obyektlərindəki əyri-əskikləri lentə alaraq xalqı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi. Kinojurnalın ilk filmi “Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet olub. Filmdə məruzəçi “Mozalan” sözünün yumorustik mənalarını izah etməklə kinojurnalı sanki açır və kinojurnalın gələcəkdə hansı mövqe tutacağını göstərir.Onu da qeyd edək ki, kinojurnalda indiyə qədər 180-dən çox nömrə istehsal olunub və hər nömrədə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir.
“Mozalan”satirik kinojurnalının ilk yaradıcı heyətinə Oqtay Mirqasımov, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə, Arif Babayev, İsi Məlikzadə və b. daxil idilər. Kinojurnalın ilk nömrəsində üc sujet olub- Qeyd etdiyim kimi “Hörmətli alim yoldaşlar” sujetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu. “Yüz vəd bir borcu ödəməz” adlı 2-ci sujetdə isə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən danışılırdı.3-cü süjetdə – “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının nəzərə alınmaması tənqid olunub. Eyvaz Borçalı jurnala redaktor təyin edildikdən sonra işin ümumi gedişatında böyük dəyışikliklər edilib. Belə ki, Oqtay Mirqasımov sonra isə Ziyafət Abbasov bəddi rəhbər kimi, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev isə müəlliflər kimi işə cəlb olunurlar. “Mozalan”a şöhrət gətirən sujetlərdə nəhəng aktyorların – İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlınin iştirakı idi, eyni zamanda Anar, Elçin, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fikrət Qoca – böyük bir ordu kinojurnal üçün cəlb olunub. Və beləliklə də Azərbaycanın ən böyük satirik jurnalında böyük bir yaradıcı ordu yaranır. Bu da o deməkdir ki, artıq “Mozalan”ın ildə 4 nömrəsi hazırlanmağa başlayır.Yeri gəlmişkən, “Mozalan” satirik kinojurnalının ilk baş redaktoru Eyvaz Borçalı(1971-1984) olub. Onun redaktorluğu dövründə jurnal bir yaradıcı idarə, lobarotoriya idi. Burda yeni jurnalist, operator, montajçı yetişir, bir sözlə kadr hazırlığı olub. Hətta qaynar iş prosesində yaradıcı heyət “Mozalan”ı “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağa çalışıblar….
…1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkə üçün bir dirçəliş dövrü hesab olunur. Çünki məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan həmin illərdən ölkə olaraq öz sözünü deməyə başlayıb. Bu baxımdan “Mozalan” satirik kinojurnalının təsis edilməsi və lentə alınan hər nömrədə dövrün çatışmazlıqlarını tənqid etmək cəsarətli addım olduğu qədər də, kinojurnalın çıxmağının da əsas təşəbbüskarı Heydər Əliyev olub.Bir araya gələn yaradıcı ordunun gecə-gündüz çəkilişlərə qatılması nəticəsində getdikcə süjetlər daha da genişlənib ki, bu da maddi baxımdan olduğu kimi, həm də ittifaq miqyasında yaradıcı heyətə böyük uğur qazandırıb. Ulu öndər yeni formalaşan yaradıcı heyətin işini diqqətdə saxlamış və öz çıxışlarında onların işini tərif edib ki, bu da yaradıcı heyət üçün böyük göstərici rolunu oynayıb.Yeri gəlmişkən, “Mozalan”ı bir çox aktyorların yaradıcıllığında eksperiment hesab etmək olar, eyni zamanda kinojurnal arxiv rolunu oynayıb. Aktyorların əksəriyyəti ilk addımını məhz “Mozalan” da atıb. Bundan başqa böyük sənətkarların əksəriyyəti məhz özünü “Mozalan”da kəşf ediblər.Az müddət içində çox söz deyən jurnal mövzu seçimi baxımından xalq arasında sevilir. Hətta tənqid hədəfi olaraq göstərilən idarə və təşkilatlar jurnalın tənqidi çıxışlarını öz iclaslarında müzakirə edir, əməli tədbirlər görürdülər. Deməli nöqsan tənqid olunurdu ki, nəticədə də tənqiddən nəticə çıxarılaraq mövcud nöqsanların aradan qaldırılması üçün səy göstərilirdi.1974-cü ildə jurnal “Dəyirman bildiyini eləyir” və “Keyfiyyət nişanı” sənədli sujetləriniu hazırlayır. Süjetdə Bakı ət kombinatının və Bakı Karamel fabrikinin məhsulları kəskin təndid olunurdu. Məhz bu süjetlərdən sonra Karamel fabrikinin üç növ məhsulu keyfiyyət nişanından məhrum edilir. 1978-ci ildə – jurnalın tənqidi çıxışından sonra Qobustanda daş karxanası bağlanır. Elə həmin il çəkilən daha bir tənqidi sujet isə Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi əsasında 7 il əvvəl tikilməyə başlayan doqquzmərtəbəli binanın hələ də yarımçıq qalması və artıq zibilxanaya dönməsi haqqında olur. “Medalın o biri üzü”, “Şişirdilmiş beşlər” adlı kəskin sənədli sujetlərdə ümumtəhsil məktəbləri məzunlarının attestat qiymətlərinin şişirdilməsindən, layiq olmayanlara qızıl medal verilməsindən bəhs edilirdi.Jurnalən 50-ci nömrəsində “Düzələr”, “İpək də parçadır” və “Mozalan”ın qonağı” adlı üç sujet çəkilir. Sonuncu sujetdə bəzi idarələrdə kadrların düzgün yerləşdirilməməsi tənqid edilir. Nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi jurnalın işini yüksək qiymətləndirir. 1979-cu ildə qərar verir ki, “Mozalan” satirik kinojurnalınin redaksiyası C.Cabbarlı adına “Azərbaycanfilm kinostudiyasının tərkibindən ayrılıb, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilsin. Respublika Teleradio Verilişləri Komitəsinə təklif edilir ki, “Mozalan” televiziya ilə müntəzəm olaraq göstərilsin. Eyni zamanda respublika qəzetlərinin redaksiyalarına tapşırılır ki, vaxtaşırı jurnalın aktual məsələlərə dair ayrı-ayrı sujetlərinin və tematik çıxışlarının xülasəsini dərc etsinlər.1981-ci ildə isə “Mozalan” satirik kinojurnalı zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində səmərəli işinə və birinci nömrəsinin ekrana buraxılmasınin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.
Əslində “Mozalan”ın xalq tərəfindən sevilməsinin əsas səbəblərinddən biri də onun maarıfləndirici və ibrətamiz xarakter daşıması idi. Kinojurnalın 96-cı sayı sərxoşluq və tufeyliliyin insanı cinayətkarlıq girdabına sürükləməsinə həsr olunur. “Cinayətin astanası”, “Cazibə qüvvəsi” adlı sənədli süjetlər içki və siqaret düşkününün acınacaqlı aqibətindən bəhs edir. “Nəvəmin nəvəsinin nəvəsi” bədii sujeti isə gənc nəsil üçün ibrət dərsi idi. “Bədii sujetlərdən ibarət bir hissəli satirik komediya” ilə “Mozalan”ın 100-cü nömrəsi 1985-ci ildə ekranlara çıxır.Bir sözlə, “Mozalan” cəmiyyətimizdə tüfeyliliyə şərait yaradanları, əxlaq prinsiplərini pozanları tənqid atəşinə tutmağa davam edirdi.
Ölkədəki məlum hadisələr zamanı hər sahədə olan durğunluq “Mozalan”a da öz təsirini göstərsə də bu müvəqqəti xarakter daşıyıb.Eyvaz Borçalıdan sonra jurnala rəhbərlik edən Ziyafət Abbasovun redaktorluğu dövründə 34 bədii və sənədli süjet çəkilib.2000-2010-cu illərdə jurnalı yenidən canlandırmaq cəhdləri onunla nəticələnir ki, 2007-ci ildə Orxan Fikrətoğlunun redaktorluğu ilə “Mozalan” uzun fasilədən sonra bir nömrə ilə yenidən ekranlarda görünür. Nömrədə 3 sujet var idi -“Məna” və “Vətənpərvər” adlı iki qısametrajlı bədii sujetlər. Üçüncü sujet isə “Əjdaha” cizgi filmi idi. Eyni zamanda jurnalın televiziya versiyası hazırlanır və bugünə qədər çəkilən bütün nömrələr bura daxil edilir.Artıq illər keçib…Bu illər ərzində öz populyarlığını qiruyub saxlayan kinojurnalın hazırkı dövrdəki fəaliyyəti necə olacaq sualı bütün mozalansevərləri düşündürür. Çünki hazırda cəmiyyətimizin tənqidi fikrə daha böyük ehtiyacı var. Ancaq tənqid üçün yumoristik yaradıcılıq, daha böyük ustalıq, sənətkarlıq tələb olunur…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…