Qəribədir yaş ötdükcə keçən günləri daha da tez-tez xatırlayırsan. Xəyalların sirli-sehirli qanadında haralara yol açırsan. O günlərin şirin-şəkər xatirələri bizi çox uzaqlara aparır. Yeni-yetmə dövrümüzün nağıllı, al-əlvan rəngli dünyası qayğısız ömrümüzün naxışlarıydı. Uşaqlığımızın toy-büsatlı vaxtlarında adicə xoş söz, və ya ana-atamızın kiçik bir hədiyyəsi, ani qayğısı bizi xoşbəxt edərdi. Zərrə sevincimiz gözlərimizdə ümmana dönərdi. Sanki qarşımızda səadət dolu qapılar açılardı. Xoş keçən günlərimiz məhəbbətlə boynumuza sarmaşıb, bizimlə bərabər böyüyərdi. Sən demə atalı-analı, qardaş-bacılı günlərimiz ömrümüzün şahanə günləriymiş. Atamın zəhmiylə bərabər qənirsiz qayğısı, anamın həddən ziyadə təbiətinin yumşaqlığı, mehribanlığı bizləri necə də bəxtəvər edərdi. Qorxusuz, hürküsüzöz dünyamızın ağuşunda gözəlliklər içində böyüyərdik. Yaşadığımız iki otaq gözlərimizdə yarlı-yaraşıqlı, möhtəşəm bir saray idi. Evimizi, doğma ocağımızı çox sevərdik. Evimiz hər birimizin toxunulmaz qalası idi. Hər bucağı bizə əziz görünərdi. Mehriban, mələk üzlü anam hər birimizin nazını ayrı-ayrılıqda, min-bir həvəslə, şövqlə çəkərdi. Bizə həvəslə söylədiyi şirin-şəkər nağıllarına söz ola bilməzdi. Maraqla dinlədiyimiz nağıllar xoş niyyətlərdən, qəhrəmanlıqlarından, insanların bir-birinə dayaq olmalarından, bir sızlə əlçatmaz zirvələrdən danışardı. Bu gün ömrümün ahıl çağında o nağıllar üçün əziz anama minnətdaram. Sən demə anam bu yolla bizə tərbiyə, öyüt-nəsihət verərdi. Nə qədər bir-birimizə doğma, bağlı idik. Səadət dolu günlərimizin öz aləmi var idi. Ömrümüzün uşaqlıq çağları, qayğısız anları necə də ani olaraq ötüb keçdi. Hiss olunmadan.İndi isə, yaşımın dolğun çağında hər an o günlərin həsrətindəyəm. Hərdən elə olur ki, gözlərimi yumub, o günləri xatırlayıram. Əfsuslar olsunki, dadı-tamıyla fərqlənən o çağların bir də qayıtmayacağını bilirəm. Belə hallarda gücüm ancaq könlümdə qövr eyləyən kövrək şeirlərimə çatır.
O Günlər
Uşaqlığım yada düşür,
Yada düşür ballı tamı.
Gözlərimin önündədi,
Atam, anam, hamı, hamı.
Atlanardıq, oynayardıq,
Xoşbəxtliyin zirvəsində.
İki bacı, bir qardaşın
Əylənərdik gur səsində.
Öz dünyamız necə gözəl!
Böyüyərdik yavaş-yavaş.
Qorxutmazdı bizi heç vaxt,
Nə davalar, nə də savaş.
Qaynayardıq, qarışardıq,
Evimizin havasına.
Bənzədərdim hər bucağın,
Bir qaranquş yuvasına.
Bəxtəvərdim, bəxtəvərdim,
Kaş ogünlər qayıdaydı.
Saçlarıma sığal çəkib,
Anam məni oyadaydı.
Ötüb keçdi xəyal kimi,
Ha səsləyəm, gələn deyil.
O günlərin tamarzısı.
Kimsə bunu bilən deyil.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…