Hərdən mənə elə gəlir ki, ətrafımda olan insanları öz məsləhətlərimlə yoruram, bezdirirəm. Axı neyləyim ki, mən də belə bir xislətin yiyəsiyəm. Qarşımda soyuqqanlı, qayğısız, nadan bir insan durursa, buna qarşı laqeyd, biganə ola bilmirəm. Bu hal özümdən asılı deyil. Məni yaradan belə yaradıb.Belə məqamlarda içimdə olan xoş məramlı siyasətimi yaxşı mənada işə salıram. Nə olursa olsun Onları sözümlə, söhbətimlə cəlb etməyə çalışıram. Danışdıqlarım istənilən mövzuda ola bilər. Əsas məqsədim bu söhbətlərin gözəlliklə bitməsidir. Neyləyim, mən də bu cür yaşamağı özümə borc bilirəm. Əgər söylədiklərim, məsləhətlərim kiməsə zərrəcə də olsa kömək olursa, o məqamda özümü çox rahat hiss edirəm. Yer üzünün bəxtəvər bəndəsinə çevrilirəm.Yox, əgər qayğıyla verdiyim məsləhət həmən insanın qarşısından yel olub keçirsə bir anlıq acizləşirəm. Niyə də bu gözəl ömrün tam mənasını dərk edib insanlığa xas olan ümman keyfiyyətlərlə yaşamayaq. Ölümün bir addımlıqda olduğunu əksəriyyətimiz unuduruq. Axı olumla-ölümün arasında çox az bir məsafə var. Niyə də tanrının verdiyi bu cəfalı yolu aydın, mənalı yaşamayasan. Sevgiylə, məhəbbətlə, ürəklə. Mən çox istərdim ki, insanlar bir-birinin fikirlərini, məsləhətlərini dinləməyi bacarsınlar. Dəyərli sözlərdən nəticə çıxarmamaq günahdır. Mənim arzum, diləyim bir-birimizə dəstək olmaq, dostcasına yanaşmaqdır. Gəlin bir-birimizi dinləməyi bacaraq. Niyyətlərimizi sevgiylə cücərdək, saflıqla yetişdirək. Dünyamız dolğun ruhumuzla, təmiz nəfəsimizlə ətirlənsin. Enişli-yoxuşlu ömrü mənalı yaşayaq. Çox illər bundan əvvəl yazdığım “Ömür elə gödəkdir ki” adlı şeiri sizə ərməğan edirəm.
Gözünü aç, dünyaya bax,
Düzləri gəz, dağlara qalx,
Al laləmi sinəsi dağ,
Ömür elə gödəkdir ki.
Əl uzatma namərd ələ,
Çalış düşmə dildən-dilə,
Yaşa baxma elə-belə,
Ömür elə gödəkdir ki.
Namərdi döndər yolundan,
Yıxılanın tut qolundan,
Hal-əhval tut sağ-solundan,
Ömür elə gödəkdir ki.
Gözəllərin könlünü al,
Qocaları gəl razı sal.
Anaların qadasın al,
Ömür elə gödəkdir ki.
Bəyazıyır saçım yaman,
Kövrəkliyim vermir aman,
Dinir həyat,dinir zaman,
Ömür elə gödəkdir ki.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…