“Real Madrid” futbol komandası futbolçusu ilə müqaviləni yeniləyib

24 Yanvar 2024 11:07

Xəbər 724 dəfə oxunub

İspaniyanın “Real Madrid” komandası futbolçusu Eder Militao ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb. Braziliyalı oyunçu zədə səbəbindən bu mövsüm cəmi bir matçda meydana çıxıb.

Qeyd edək ki, Braziliya millisinin də formasını geyinən Eder Militao “Real Madrid”ə 2019-cu ildə Portuqaliyanın “Portu” klubundan transfer olunub.xeber100.com