Şahmat sahəsində əməkdaşlıq məqsədilə tərəfdaşlıq sazişi imzalanıb

10 May 2025 18:11

Xəbər 91 dəfə oxunub

ABŞ və Azərbaycan arasında şahmat sahəsində əməkdaşlıq məqsədilə Vüqar Həşimov Şahmat Akademiyası ilə San Dieoqonun La Xoya Məktəbi arasında tərəfdaşlıq sazişi imzalanıb.

Şahmat Akademiyasının prezidenti Sərxan Həşimovun iştirakı ilə San Dieqo Dövlət Universitetində baş tutmuş imzalanma mərasimindən sonra adıçəkilən ali təhsil müəssisəsində ilk dəfə olaraq Azərbaycan Günü tədbiri keçirilib. Universitetin təşkilati dəstəyi və azərbaycanlı tələbə Vaqif Qiyaslının iştirakı ilə baş tutan tədbir müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycanın zəngin tarixini, mədəniyyətini, musiqisini və mətbəxini daha yaxından tanıtmaq imkanı yaradıb.

Bundan başqa, San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə 7-ci şahmat turniri keçirilib. Silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda qrosmeyster Vasif Dürarbəylinin iştirakı ilə şahmat həvəskarları üçün görüş təşkil edilib.xeber100.com