Sarıqamış hərəkatının 106-cı ildönümü ilə əlaqədar Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda anma mərasimi təşkil olunub. Yeni növ koronavirus (COVID-19) infeksiyası riskinə, eləcə də hazırda Türkiyədə mövcud olan növbəti 56 saatlıq “Evdə qal” rejiminə görə mərasim məhdud çərçivədə keçirilib.Azərtac xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, yerli hakimiyyət orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən mərasimdə şəhidlərin əziz xatirəsinə “Qurani-Kərim”dən ayələr oxunub, Prezident Rəcəb Tayyib Ərdoğanın müraciəti səsləndirilib.Bundan başqa, Sarıqamış şəhidlərinin xatirəsinə Ərzurumdakı Atatürk, Bayburt, Muş və Ağrı universitetlərinin heykəltaraşlıq fakültələrinin müəllimləri qardan nəhəng heykəllər düzəldiblər. Bildirilir ki, bunun üçün ətraf ərazilərdən 200 yük maşını qar daşınıb.Qeyd edək ki, Sarıqamış faciəsi Birinci Dünya müharibəsində Osmanlı dövlətinin qarşılaşdığı ən böyük acıdır. 106 il keçsə də, Sarıqamış faciəsi qurbanlarının əziz xatirəsi Türkiyə xalqı tərəfindən böyük ehtiramla anılır.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…