Təbiəti sevirəm! Necə varsa elə,olduğu kimi. Payızın çən-çiskinini, tozanaqlı küləyini. Ayaq altda qızılı rəngə çalan xəzələ dönmüş yarpaqlarını. Fəsilləri insanlara bənzədirəm.Məsələn payızın havasında, dəli-dolu, coşub-daşan, təbiətən dəyişgən bir insanın abu-havası var. Hər gün, hər an dəyişə bilər. Gah əsər, gah coşar, gah göz yaşını axıdar, gah da həzin sakitliyi ilə könülləri kövrəldər.Payız ceşid-çeşid, dadlı-tamlı meyvələri ilə ağız tamın dada gətirər, cavanları xoşhal edən çal-çağırlı toyları ilə yadda qalar.
Payız üzün bozardıb,
Vurub-çatır hamını.
Havanın zoruna bax,
Atır evin damını.
Göyün üzü qaralıb,
Yağış selləmə gəlir.
Qarılar yerin salıb,
Istisinə dincəlir.
Ağaclara vay tutur.
Küləyin qamçıları.
Gözüm tavanda qalıb,
Nə yaman damcılayır.
Təbiəti çox sevirəm, çox! Qışın oğlan çağında ürəklərin hərarəti artır. Sevənlər bir-birinə can atır. Qəlblərində qövr edən sevgi atəşi onları qışın şaxtasında isidir. Yağan qar ruzi-bərəkətdən xəbər verir. Qışın şaxtası, göydən yerə yağan lopa-lopa qar könlümüzə nağıl dolu dünyanın şirinliyini gətirir.
Bu qışın şaxtası kəsəcək məni,
Bu qışın, o qışa bənzəri yoxdu.
Quşbaşı qara bax, başımın üstə,
Allah! elə yağdı, gözlərim qorxdu.
Bu qışın qənimi sevən ürəklər,
Nə boran qorxudar, nə qar, nə çovğun.
Əllər birləşəcək şaxtalı gündə,
Gözlər baxışacaq, hey oğrun-oğrun.
Bu qışın elə bil sonu yox kimi,
Ağ pəmbə buluda bənzəri vardı.
Uşaqlar əl çalıb qışqırışacaq,
Ay aman!nə gözəl, nə gözəl qardı.
Təbiəti çox sevirəm, çox! Yamyaşıl qumaşa bələnmiş allı-güllü, nazlı-qəmzəli yazı isə daha çox sevirəm. Yazın bam-başqa gözəlliyi, müşgü-əmbər qoxulu ətri var. Mənə elə gəlir ki, təbiətin ən şahanə fəsli yazdır. Ağaclarda açılan yarpaqların təravəti, çiçəklərin qoxusu, leysan yağışının sirli-sehirli, ürəklərə məlhəm olan görünüşü. Dağların billur rəngli şaqraq şəlaləsi Bizi məftun edir. Yazın nazlı-qəmzəli görünüşü könülləri riqqətə gətirib, hər birimizin arzularına yeni çalarlar hopdurur.
Yazın gəlişidi, dəlib bağrımı.
Ruhumun qanadı pərvazlanacaq.
O güllü, çiçəkli bağlar içində,
Könlümün nəğməsi qanadlanacaq.
Düzlərə vurğunam, lalə biçimli,
Yamyaşıl yamaclar, xəlisi otdan.
Buz bulaq bal kimi, suyu içimli,
Bu cənnət salacaq atlını atdan.
Əlvanlıq içində çaşıb qalmışam.
Bu yazın gəlişi başqa olacaq.
Nəğməmin hər bəndi, hər sətri bu gün,
Güllərin özüylə bir doğulacaq.
Təbiəti çox sevirəm! Çox. Çal-çağırlı, haylı-küylü, bol məhsullu, uşaqlarımızın at oynatdığı fəsillərdən biri olan yayı da sevirəm. Körpələr yayda boy atır, böyüyür. Nənələr nəvələrinə daha da qovuşur, yaxın olur. Günəşli yay fəsli…Balalarımızın qayğısız günlərinin başlanğıcıdır. Uşaqlar yay fəslinin sahibinə çevrilirlər. Meşə gəzintiləri. Dəniz sahilində coşqu, sevinc, fərəh. Dağların ağuşunda,sərinliyi hamıya rahatlıq verən yaylaqlarda unudulmaz günlər. Belə məqamlarda xoşbəxtliyin ölçüsü sonsuzdur.
Bu güllərin içində,
Gülə dönəcəm özüm.
Əlvanlıqdan pay alıb,
Boyanacaq hər sözüm.
Gah yasəmən olacam,
Gah da çəmən çiçəyi.
Gah qırmızı,gah sarı,
Min çalarda ləçəyim.
Kəpənəyi rəngbərəng,
Böcəyi xallı-xallı.
Meşənin üzü rübənd,
Nurlu gəlin misallı.
Meyvəsi bol, suyu bol,
Hər qarışı bərəkət.
Nabran mənim gözümdə,
Məmləkətdi, məmləkət.
Ağacları qol-boyun,
Yallı gedir elə bil.
Vurulmuşam buyurda,
Onunla mən də dilbir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…